Xoşbəxtlik nədir? Bütün insanlar xoşbəxtdirmi? Bəli, hər bir insanın həyatında xoşbəxt anları olur.Xoşbəxtlik çox böyük bir məhfumdur.Hər bir kəs təxəyyülündə bu bəxtəvərliyi öz istədiyi, arzuladığı kimi görür.Biri xoşbəxtliyini var-dövlətdə,biri böyük bir vəzifə yiyəsi olmaqda, qeyrisi eyş-işrətdə, və ya nələrdə, nələrdə…Məncə xoşbəxtliyin haçarı hər birimizdə var.İnsana xas olan ağıl, ədəb, mərifət, hünər və dözümdür.İnsan ağlıyla xarüqələr yarada bilər.Bunun sirləri insanın əlindədir.Xoşbəxtliyin çalarları hüdudsuzur. Mən elə insanların şahidiyəm ki, onlar öz xoşbəxtliklərini kiminsə ruhunu oxşamaqda, ehtiyacı olanlara dəstək olmaqda, xeyriyyəçilikdə görürlər.Gördükləri bu gözəl əməllərdən zövq alaraq xoşbəxt yaşayırlar. Əsası ondadır ki, həyata keçirdikləri əməllər artıqlıqdan deyil. Könül aydınlığından irəli gəlir.Bəli, xoş belə insanların halına. Gözlərimdə belə insanlar yer üzünün mələyinə çevrilir. Bu keşməkeşli zamanda belələrini görüb ürəyim riqqətə gəlir, qürurlanıram.Nə yaxşıki, onlar var.Yenə də təzadlar, yenə də fərqlilik.Əks təqdirdə həyat maraqsız olardı. Yaxşılrı naqislərdən ayıra bilməzdik. Məsələn kamal yiyəsi olan insan xoşbəxtliyini nələrdə görür. Onun üçün dürüst həyat yolu, bu yolda tutduğu mövqe gözəlliyin başlanğıcıdır. İnsan ruhunun saflığı, zəhməti uca zirvələri fəth də bilər. Doğrudanda bu geniş məfhum çox təzadlıdır. Məsələn bir gənc qadın ana olur. Yenicə doğulmuş körpə, məsum balasına qovuşur. Ananın sevincinin həddi-hüdudu qənirsizdir. O, dünyanın ən xoşbəxt bəndəsinə çevrilir. Qadın ana olmağıyla qürurlanır, pərvazlanır.Özünü yer üzünün bəxtəvəri sanır. Az vaxt keçəndən sonra bu hal adiləşir.Bir müddət keçdikdə ,hətda tanrıya müntəzəm olaraq şükr etməyi də unudur. Əlbətdə həyatda çox müdrik insanlarımız, övliyalarımız var ki, ölümlü-itimli dünyanın hər üzünə adi baxırlar.An qədər qısa ömrü, nəfslərinin sahibi olaraq, çox gözəl , mənalı yaşayırlar. Həyatın məğzini dolğun yaşam tərzində görürlər. Mən də bu yolun yolçusu olaraq, zövqlə yaşanan ömrə əhsən deyib, hər an gözəlliyi içimə çəkərək mürəkkəb zamanda yaşamağa cəhd edirəm. Bu yaşantının ləzzətini alaraq çox xoşbəxt oluram. Hər an ömrümün əzab-əziyyətləriylə birlikdə allahıma şükr edirəm. Günlərin bir günü, avqust ayının qızmar bir vaxtında bağa, nəvələrimin yanına xeyli azüqə alıb aparırdım. İki əlimdə ağır yük, bir neçə nəqliyyat dəyişərək bağa çatdım. Sevincim yerə-göyə sığmırdı. Axı balalarıma ürəklərindən keçən nə varsa, alıb gətirmişdim. O an çox xoşbəxt idim. Özümə rahatlıq verən halımla bərabər, həyətdə oturub, gəlinimin süzdüyü pürrəngi çayı içirdim. Bu an yaxın qohumlardan biri həyətə (bir həyətdə olurduq) girdi. Onu çox pəjmürdə gördüm.
– Əzizim nə olub halın bir təhərdi. Hə.., olacaq.
– Rəfiqəm gilə getmişdim. Biz də yaşayırıq. Bu daxmalardan ev olar? Camaat villalarda yaşayır…
– Sən nə danışırsan. Mən öz daxmamı saray bilirəm. Bax bu gün, köhnə evimə, balalarımın yanına əli dolu gəldiyimə görə xoşbəxtəm və Allahıma min dəfə şükr edirəm.
– Əzab-əziyyətlə bağa gəlib çıxmağına xoşbəxtlik deyirsən? Bu istidə heç mən maşında gəzə bilmirəm.
Dinmədim, ürəyimdə ona xeyli acıdım. İnsanların düşüncəsində sevgi, xoşbəxtlik anlamının min donda, min biçimdə, təzadlı olduğunun bir daha şahidi oldum. Allah bizləri saxlasın!
Günlərin
bir günü
mən vardım.
Sevərdim
dünyanın
insanlarını.
Arzularıma
güvənib,
qanadlanardım.
Hamını
sevərdim,
hamını.
Dəlisini, dolusunu.
Zəifini,
axmağını.
Hələ desən,
qismətimin
ağrı dolu
toxmağını.
Qamçıların
zərbəsinə
dözərdim də.
Cavanlığın
dözümü çox.
Möcüzəsi,
sehiri çox.
O dup-duru,
nəfəSimlə,
əzabları,
acıları
əzərdim də.
Bax beləcə
dolanardım
yer üzündə.
Qəmə yoldaş
olardım da.
Xoşbəxtliyin
qanadında
Gecə
gündüz
qəhərlənib
dolardım da.
Mən sevərdim
insanları.
Qocasını,
qarısını.
Mən sevərdim
yer üzündə,
İnsanların
hamısını,
hamısını!
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…