Rusiyanın tanınmış tarixçisi Oleq Kuznetsovun “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tədqiqat” kitabının təqdimatı olub.Azərtac xəbər verir ki, Şəmkirdə keçirilən kitabın təqdimatında müəlliflə yanaşı, Milli Məclisin deputatı Sona Əliyeva, təhsil işçiləri, tarixçilər, rayonun fəal gəncləri iştirak ediblər.Milli Məclisin deputatı Sona Əliyeva çıxış edərək Oleq Kuznetsova kitabında erməni terrorizmini və xalqımıza qarşı törədilən cinayətləri əhatəli işıqlandırdığına görə təşəkkürünü bildirib.Qeyd edib ki, O.Kuznetsov beynəlxalq terrorizm və erməni terrorizmi ilə bağlı məsələlərin araşdırılması üzrə MDB məkanında tanınmış mütəxəssislərdən biridir. Uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başlanma səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanda dinc əhaliyə qarşı törədilən cinayətləri tədqiq edib, bu barədə həm Rusiyada, həm də Azərbaycanda olan arxiv və məhkəmə materiallarından istifadə edərək hadisələrin real təsvirini yaratmağa nail olub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…