Mənə elə gəlir ki, insanlar bir-birlərinə mərifətlə, sevgi və hörmətlə yanaşsalar dünyamız daha da rahat və gözəl olar. Elə anlar olur ki, insanlar bir-birlərinə məsləhət verməkdən ehtiyat edirlər.hətda qorxurlar. Sözün düzü belə bir hal məni çox təəcübləndirir, düşündürür. Axı niyə onlar bir-birlərini dinləmək, başa düşmək istəmirlər. Əlbətdə fikirlər, düşüncələr müxtəlifdir. Mənim fikrimcə adamların bir-birinə məsləhəti, xoş bir davranış kimi qəbul olunmalıdır. Bir kəs tutduğu əməlin nə qədər mənasız olduğunu dərk etmirsə, niyə də mən onu başa salmayım, düz yola çəkməyim. Bu məsləhətlərin nəyi pisdir ki?! Əksinə, kimisə düz yola çəkib, azmağa imkan vermiriksə bu əməlin nəyi lüzumsuzdur. Həyat qəribədir. Enişi-yoxuşu, ağrısı-acısı. Eh.., bu həyatı anlamaq o qədər çətindir ki. Hərdən söylədiyin xoş kəlmə boğazdan keçmir. Acı zəhər kimi qəbul olunur. Bax, ən dəhşətlisi budur. Heç kim, heç kimi anlamaq istəmir. Belə bir abu havada nə qədər ağırlıq var. Mənim isə anlamım tamamilə fərqlidir. Nə olursa olsun mən öz missiyama hər an sadiq qalacam. Törədilən səhflərin qarşısından soyuqqanlı keçə bilmərəm. Axı şahidi olduğum nadanlığa göz yumuramsa, demək mən də günahkaram. Bilmirəm, başqa cür düşünmək mümkün deyil. Hər-halda mən belə fikirləşirəm. Əgər bədəndə sağlam ruh varsa başqa cür ola bilməz. Hər birimiz əl-ələ verib, qarşımızdakına dəstək olmağı bacarmalıyıq. Aydın ağılla, saf düşüncəylə. Yıxılanın əlindən tutub, yol göstəmək, məsləhət vermək bizə babalarımızdan miras qalan ən böyük var-dövlətdir. Bizlər bir-birimizi dinləməyi bacaraq. Bu günlə yaşamaq kifayət etməz. Hər an, hər gün sabahla yaşamağı bacarmalıyıq. Sabahımızı daha da gözəl qurmaq üçün. Əzizlərim sizlərə bir neçə könlümdən süzülən fikirlərimi çatdırmaq istəyirəm.
Nadan
Dünyadan bixəbər
Kora bənzəyir.
Salam
İnsanlığın ilk pilləsi.
Kəlam
könül gözəlliyi.
Paxıllıq
insanı məhf edər.
Qəlbin nuru
insanı yaşadar.
Xoş o günə ki,
gözəlliyi anlayasan.
Yoxsa
yaşamağa dəyməz.
Bədbəxt insan!
Naqislik səni yıxdı.
Heyf bu ömrə!
Bu günüm ötdü.
Sabahım yol ayrıcında,
məni gözləyir.
Ruhun azadlığı,
varlığın təntənəsi.
İnsanlığın açarı.
Acizlik
bədbəxtliyin astanasıdır.
Yazıqlar olsun!
İnsanları sev ki,
Seviləsən.
Həqiqətin acısı
Yalanın şirinliyindən
önəmlidir.
O pənah gətirdi.
Sən könlünün
qapısını aç.
Nura boyan.
Düşmənimdən
qorxurdum.
Dostumdan
zərbə aldım.
Təzada bax!
Arif ol.
Rəhimdil ol.
Yolun azanlara
yol göstər.
Yolun uğurlu olsun.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…