26 aprel görkəmli radio diktoru, pedaqoq, Xalq artisti Yusif Muxtarovun anım günüdür.
Yusif Muxtarov 22 iyul 1941-ci ildə anadan olub.Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda dram və kino aktyorluğu fakultəsində -rejissor Adil İsgəndərovun kursunda təhsil alıb.
Y.Muxtarov 1964-1994-cü illərdə indiki Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində diktor, ictimat-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb.
Azərbaycan Radiosunun qızıl fondunda Yusif Muxtarovun səsində 350-dən artıq bədii verilişlər saxlanılmaqdadır. Klassik şeirimizin təbliğatçılarından biri kimi tanınan Y.Muxtarov Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, İmadəddin Nəsiminin şeirlərini natiqlik məharətilə söyləməyi sevirdi. O, bir sənətkar kimi xüsusuilə qeyd edirdi ki, radionun öz dili, öz ahəngi var. Hər şeydən əvvəl, radioda orfoqrafiya qanunlarına ciddi riayət olunmalıdır. Səsin çalarları, ahəngi, tembiri müəyyən qaydada olmalıdır. Məzmun aydınlığı, forma gözəlliyi, tələffüz qaydaları təqdimatda əsas götürülməlidir.
Yusif Muxtarovun iştirakı ilə Azərbaycan dilində mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılaraq qorunur. Bəşəriyyət dillərinin gələcək nəslə çatdırılması və mühafizəsi məqsədilə hazırlanan bu disklərdə Azərbaycan dili Yusif Muxtarov səsində təqdim olunur.
Y.Muxtarov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində uzun illər çalışıb, pedaqoji fəaliyyətlə məşğul olub. Tələbələrə səhnə danışığı fənnindən də dərs deyib, incəsənət sahəsində gələcək kadrların hazırlanmasında da böyük zəhmət çəkib. Yusif Muxtarov böyük məsuliyyət hissilə peşəsinin sirrini yaşlı nəslin nümayəndələrindən diqqətlə öyrəndiyi kimi, öyrəndiklərini də eyni həvəslə gənclərə öyrətməyin peşəkarı idi. O, geniş səs diapozonuna malik bir sənətkar olması ilə yanaşı, eyni zamanda sevib-seçdiyi sənətlə bağlı maraqlı, orijinal düşüncələrə də malik idi.
1992-ci ildə Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli aktrisa Amaliya Pənahova ilə birgə Bakı Bələdiyyə teatrını yaradıb. Ömrünün sonuna kimi Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olub, bu sənət ocağının yaranmasında, fəaliyyətində və inkişafında böyük rol oynayıb.
Bakı Bələdiyyə Teatrının Azərbaycan Ordusu qarşısında müntəzəm və davamlı çıxışlarının təşkilinə görə 2005-ci ildə Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb.
1999-cu ildə Türkiyənin İstanbul Hərbi-Hava Akademiyasının qızıl medalı, 2003-cü ildə isə Tehranda keçirilən Beynəlxalq teatr festivalının qızıl medalı ilə təltif edilib. 2002-ci ilin noyabr ayının 7-də Bakı Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar Ulu öndər Heydər Əliyevin Fərmanı ilə ona “Xalq artisti” fəxri adı verilib.
Diktorluq fəaliyyəti, pedaqoji fəaliyyət, dublyaj işləri ilə yanaşı, eyni zamanda bir çox televiziya tamaşalarında – Nazim Hikmətin “Qəribə adam”, M.Y. Lermontovun “İki qardaş”, Səməd Vurğunun “Vaqif”, Sabit Rəhmanın “Xoşbəxtlər”, Nazim Hikmətin “Bayramın ilk günü”, Mar Bayciyevin “Duel”, Çingiz Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, İlyas Əfəndiyevin “On iki manatlıq lüstr”, “Söyüdlü arx” və s. yaddaqalan rollar yaradıb. Onun “Azərbaycancanfilm” kinostudiyasında istehsal edilən “Baladadaşın ilk məhəbbəti”, “Gecə qatarında qətl” və bir sıra digər filmlərdə böyük ustalıqla yaratdığı obrazlar da tamaşaçıların yaddaşına əbədi həkk olunub.
Görkəmli diktor Yusif Muxtarovu bu günkü anım günündə böyük hörmət və ehtiramla yad edirik!
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…