Azərbaycanın zəngin musiqi irsinin incisi olan muğam sənətini beynəlxalq miqyasda tanıtmaq məqsədilə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalı bu il 17–22 iyun tarixlərində keçiriləcək.
Mədəniyyət Nazirliyindən bildirilib ki, festivalda Türkiyə, Almaniya, İspaniya, Mərakeş, İraq, Cənubi Koreya, Özbəkistan, Tacikistan, Kanada, Hindistan, Norveç, Rusiya, Böyük Britaniya, ABŞ, Yaponiya, İsveçrə, ümumilikdə 25-dən çox ölkədən 50-dən çox ifaçı, tədqiqatçı və qonaq iştirak edəcək. Festivalın açılış mərasimi iyunun 17-də Bakıda – Heydər Əliyev Sarayında “Bayatı” adlı konsert-tamaşa ilə reallaşacaq.
Festival çərçivəsində Azərbaycan, Türkiyə, Tacikistan, Özbəkistan, Səudiyyə Ərəbistanı və Çindən olan gənc istedadların beynəlxalq muğam müsabiqəsi keçiriləcək. Müsabiqədə ümumilikdə 30-dan çox gənc xanəndə və instrumental ifaçı iştirak edəcək. Festivalın proqramına İçərişəhərdə Azərbaycan radiosunun 1950-60-cı illərin “Muğam saatı” proqramı əsasında interaktiv səs performansının, XIII əsrin görkəmli musiqişünası Səfiyəddin Urməvinin nəzəri və praktik irsi ilə bağlı simpoziumun, “Muğam 12” musiqi marafonunun keçirilməsi daxildir. Festival boyunca Azərbaycanın tanınmış muğam ifaçılarının iştirakı ilə ustad konsertləri də olacaq.
Müsabiqənin bağlanış mərasimi muğamın beşiyi olan azad Qarabağda – Ağdam Muğam Mərkəzində keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”