Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bakı Beynəlxalq İncəsənət Festivalının (BIAF) açılış mərasimi keçirilib. Festival klassikanı və müasirliyi, dünya bəstəkarlarının şah əsərlərini və Azərbaycanın mədəni irsini birləşdirərək ənənə ilə yeniliyin, Şərqlə Qərbin dialoqu üçün məkan yaradır. Festivalın fəxri səfiri, ssenarist və dramaturq İsmayıl İman jurnalistlərə açıqlamasında qeyd edib ki, festival 3 həftə davam edəcək və Bakının aparıcı səhnələrində məşhur rejissorlar, xoreoqraflar və teatr truppaları çıxışlar edəcəklər.
Özbəkistanlı pianoçu Behzod Abduraimovun sözlərinə görə, belə festivallar dünyanın müxtəlif ölkələrindən gələn sənətçilərlə bir arada olmaq üçün gözəl fürsətdir.
O, festivalın əhəmiyyəti barədə danışarkən deyib: “Burada keçirdiyimiz iki məşq yaxşı mənada çox tez keçdi, çünki hər şey rahat şəkildə reallaşdı. Azərbaycan bəstəkarlarının əsərlərini dinləmək və müzakirə etməkdə çox maraqlıyam. Uzun müddətdir ki, Azərbaycana səfərimi səbirsizliklə gözləyirdim. Təəssüratlarım çox xoşdur”.
Açılış mərasimində pianoçu Behzod Abduraimov Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Akademik Simfonik Orkestrinin müşayiəti ilə çıxış edib. Proqramına Dmitri Şostakoviçin əsərləri, Qara Qarayevin “Don Kixot” süitası və Pyotr Çaykovskinin monumental konserti daxildir.
Bakı Beynəlxalq İncəsənət Festivalı noyabrın 16-dək davam edəcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”