Oktyabrın 14-də Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə 3 nömrəli uşaq incəsənət məktəbində sərgi açılacaq. Baş İdarədən Azərtac-a bildirilib ki, sərgi Azərbaycanın Xalq Rəssamı Lətif Kərimovun anadan olmasının 110 illiyinə həsr olunacaq. Qeyd edək ki, Azərbaycan xalça sənətinin əsas istiqamətlərini müəyyənləşdirərək, onun elmi əsasını qoyan L.Kərimov olub. O, Azərbaycan xalçalarının təsnifatını verərək, yeddi xalça məktəbi müəyyən edib – Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz. Bu məktəblərin səciyyəvi xüsusiyyətlərini göstərib. Eyni zamanda, unudulmuş, itirilmiş milli ornamentlərin, kompozisiyaların bərpa edilməsinə, xalq ənənələrinin yenidən həyata qaytarılıb zənginləşməsinə öz töhfəsini verib. Tədqiq etdiyi xalçaları o, 1961-ci ildə kitab halında çap etdirib. “Azərbaycan xalçası” adlanan bu kitabla o, milli xalçaçılığa dair bütün bilikləri, müxtəlif ornamentləri, kompozisiyaları, çeşniləri, 1300-dən artıq elementin açmasını, əyani təcrübələri bir yerə toplayıb. Kitab xarici tədqiqatçılar üçün mühüm mənbə rolunu oynamaqla yanaşı, dünyada Azərbaycan xalçasının “Şərq”, “İran”, “Qafqaz” adı altında təqdimatının səhv yanaşma olduğunu sübut edib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”