İyunun 16-da Beynəlxalq Muğam Mərkəzində Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı təzhib və miniatür sərgisi açılıb. Sərgi Türkiyənin ölkəmizdəki səfirinin xanımı Zühre Akgünün də iştirak etdiyi “Təzhib–Miniatür” kursunun yekununda ərsəyə gələn əsərləri bir araya gətirib.
Sərginin açılışından əvvəl çıxış edən Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün bildirib ki, incəsənət xalqlar arasında mədəni körpülərin qurulmasında mühüm rol oynayır. O qeyd edib ki, belə sərgilər həm ortaq mədəni dəyərlərin tanıdılmasına, həm də sənət vasitəsilə xalqlar arasında qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir.
“Bizim estetik yanaşmamızda incəlik və zəriflik daha çox miniatürlərdə, əlyazma kitabların bədii tərtibatında öz əksini tapır. Klassik əsərlərin orijinal nüsxələrinə nəzər saldıqda görürük ki, şeirin sadəliyi və gözəlliyi ilə yanaşı, onun ətrafındakı bəzəklər, ornamentlər də xüsusi ustalıqla işlənmişdir. Bu gün sənətkarlarımızın yaratdığı əsərlər də məhz o tarixi incəliyin süzgəcindən keçərək müasir dövrdə yenidən canlandırılmasıdır. Bu baxımdan bütün müəlliflərə və zəhməti keçən hər kəsə təşəkkürümü bildirirəm”, – deyə səfir qeyd edib.
Yunus Əmrə İnstitutunun Azərbaycan üzrə koordinatoru Gökhan Seyhan bildirib ki, sərginin üç gün ərzində Beynəlxalq Muğam Mərkəzində təşkil olunması Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq və mədəni bağların daha da möhkəmlənməsinə, mədəniyyətlərimizin bir-birinə daha da yaxınlaşmasına mühüm töhfə verəcək. O bildirib ki, bu cür tədbirlər gələcəkdə də davamlı olacaq və ortaq mədəni dəyərlərimizin inkişafına xidmət edəcək. Sonra qonaqlar “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı təzhib və miniatür sərgisi ilə tanış olublar. Kurs iştirakçılarının bilik və bacarıqların nümayiş etdirildiyi bu sərgi, keçmişdən günümüzə uzanan zəngin sənət irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi məqsədi daşıyır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
“Вниз по течению”…