Mədəniyyət və Turizm Nazirliyinin Rusiyada turizm nümayəndəliyi olan “Tour A Vent” şirkəti tərəfindən Tatarıstanın Kazan şəhərində Azərbaycanın turizm potensialının təqdimatı keçirilin. Tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdir müavini Rauf Paşayev, “Tour A Vent” şirkətinin nümayəndəsi Yuliya Uba, eləcə də “Jumeirah Bilgah Beach Hotel”, “Shamakhi Palace”, “Naftalan Hotel by Rixos”, “Intourist”, “Bulvar”, “Qarabağ” otellərinin və “Şahdağ” Turizm Mərkəzinin nümayəndələri təqdimatlarla çıxış ediblər. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nümayəndələr təqdimat zamanı Azərbaycanın turizm potensialı haqqında geniş məlumat verib, öz məhsullarını təqdim ediblər. “Tour A Vent” şirkətinin nümayəndəsi çıxışında Kazan şəhərinin yaxınlığında yerləşən Ulyanovsk şəhərindən Bakıya açılması planlaşdırılan çarter reyslərindən danışıb. Qeyd edib ki, çarter reysin, oteldə yerləşmə, transfer və sığortanın daxil olduğu tam turizm məhsulunun yaradılmasında, Azərbaycanın milli aviadaşıyıcısı olan “Azərbaycan Hava Yolları”nın (AZAL) böyük köməyi olub. Bildirilib ki, AZAL-la əməkdaşlıq çərçivəsində belə çarter reyslərin Rusiyanın Moskva, Sankt-Peterburq, Mineralnıye Vodı və Kazan şəhərlərindən də açılması nəzərdə tutulur. Təqdimatda Kazan şəhərinin və Rusiya Federasiyasının tur operatorları, jurnalistləri, qonşu şəhərlərin və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Sonda keçirilən lotereya oyununda Azərbaycana turpaketlər qazanılıb. Azərbaycanın turizm potensialının növbəti təqdimatı Ulyanovsk şəhərində keçirilib.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…