Milli Arxiv İdarəsi ilə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.Bu barədə Azərtac-a Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov məlumat verib.“Sözügedən saziş Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq və yaxın dostluq əlaqələrini daha da inkişaf etdirmək, həmçinin arxiv işi sahəsində bir-birinin təcrübəsindən faydalanmaq, habelə mövcud əməkdaşlığı genişləndirmək və dərinləşdirmək məqsədilə Astana şəhərində imzalanıb. Bu əməkdaşlıq sazişi tərəflərin milli arxiv fondlarını hər iki ölkə xalqlarının tarixi və mədəniyyətinə aid məlumatı əks etdirən sənədlərlə zənginləşdirməyi, arxiv sənədlərindən istifadə etməklə hər iki dövlətin vətəndaşları və təşkilatlarının sorğularını icra etməyi, milli qanunvericiliklərinə müvafiq olaraq dövlət arxivinin fondları, elmi-məlumat aparatının nəşr olunmuş və ya olunmamış materialları ilə işləməsinə imkan yaratmağı, o cümlədən qarşılıqlı maraq doğuran arxiv sənədləri nəşrlərinin mübadiləsini nəzərdə tutur”,- deyə N. Eminov bildirib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Heydər Əliyev – 93
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
“Вниз по течению”…
Messi influenzato…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”