Mayın 12-də Bakı vaxtilə gecə saat 00:00-da “Globe” Arenada “Eurovision-2016” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçiriləcək.Azərtac-ın müxbiri xəbər verir ki, ikinci yarımfinalın açılışında qonaqlar maraqlı şounun şahidi olacaqlar. Ənənəyə uyğun olaraq “Eurovision-2016” şousunun aparıcıları Petra Mede və ötən il müsabiqədə qalib olmuş isveçli Mans Zelmerlov tamaşaçıları salamlayacaq və xüsusi performansla iştirakçı ölkənin hər birinin adını səsləndirəcəklər. “Bir araya gələk” devizi altında keçirilən 61-ci “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalında Latviya, Polşa, İsveçrə, İsrail, Belarus, Serbiya, İrlandiya, Makedoniya, Litva, Avstraliya, Sloveniya, Bolqarıstan təmsilçiləri səhnə şoularını təqdim edəcəklər. Səsvermə üçün ayrılmış vaxtda səhnədə müsabiqənin təşkilatçıları tərəfindən hazırlanmış şou nümayiş etdiriləcək. Konsertdə maraqlı məqam isə səhnə arxasındakı monitorlarda nümayiş etdirilən hər bir ölkənin təqdimatında təmsilçilərin iştirak etməsi olacaq. Müsabiqənin yeni qaydalarına əsasən böyük beşlik ölkədən bu dəfə Böyük Britaniya, Almaniya, İtaliya təmsilçiləri zalda canlı iştirak edəcək, ifalarının videoçarxı tamaşaçılara nümayiş etdiriləcək. Sonra səsvermənin nəticələri elan ediləcək. İkinci yarımfinaldan sonra finala vəsiqə qazanmış 10 ölkə təmsilçisinin iştirakı ilə mətbuat konfransı keçiriləcək.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…