Dekabrın 14-də Cənubi Qafqaz Boru Kəməri Şirkətinin (CQBKŞ) texniki operatoru olan BP ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında Cənubi Qafqaz boru kəmərlərinin genişləndirilməsi işləri zamanı aşkar edilmiş mühüm arxeoloji tapıntıların tam təhlil edilməsi üzrə əməkdaşlıq üçün qarşılıqlı anlaşma memorandumu imzalanıb.Azərtac xəbər verir ki, imzalanma mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Goranboy rayonunun Kərpiclitəpə ərazisində aşkar edilmiş tarixi əhəmiyyətli tapıntı ilə bağlı işlərin maliyyələşdirilməsinə göstərdiyi dəstəyə görə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counza təşəkkürünü bildirib. Qeyd edib ki, bu gün imzalanan sənəd hər iki tərəfin Kərpiclitəpə ərazisində aşkar edilmiş tapıntılarla bağlı Azərbaycanın mədəni irsinə dəstək göstərilməsində əməkdaşlıq etmək niyyətini təsdiqləyir. Qeyd edilib ki, bu sənəd çərçivəsində yerinə yetiriləcək işlərə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunu təmsil edən altı arxeoloq tərəfindən iki ay müddətində əlavə qazıntı işlərinin aparılması daxildir. Görüləcək işlər nəticəsində arxeoloji sahənin üçölçülü modelinin hazırlanması imkanına da baxılacaq. Aşkar edilmiş bütün arxeoloji faktlar müvafiq qaydada qeydiyyata alınacaq və qorunub saxlanılacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…