Aprelin 20-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi” elmi laboratoriyasının 25 illik yubiley konfransı keçirilib.Azərtac xəbər verir ki, konfrans Təhsil Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi ilə reallaşıb.Tədbirdə Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli çıxış edərək laboratoriya əməkdaşlarının 25 il ərzində gördüyü işləri yüksək qiymətləndirib. Bildirib ki, elmi laboratoriyanın əməkdaşlarının fəal iştirakı ilə bir sıra elmi-praktik konfranslar təşkil edilib və onların materialları nəşr olunub. Bundan başqa, elmi işçilərin, müəllimlərin və doktorantların iştirakı ilə şifahi ənənəli musiqinin tarixi və nəzəri məsələləri, Azərbaycan bəstəkarlarının yubileylərinə həsr olunmuş elmi məqalələrdən ibarət toplular oxucuların ixtiyarına verilib.Qeyd edilib ki, laboratoriyada musiqişünaslıq, etnomusiqişünaslıq, sənətşünaslıq, musiqi fəlsəfəsi, musiqi tarixi, kulturologiya kimi tədqiqat istiqamətləri formalaşıb. Burada çalışan işçilərin tədqiqatları çoxsaylı məqalələr, monoqrafiyalar, dərs vəsaitlərində öz əksini tapıb və bütün bunlar təhsilin elmi bazasının inkişafına xidmət edib.Tədbirdə elmi laboratoriyanın kollektivinin fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş olunub, həmçinin musiqi nömrələri təqdim edilib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…