İyulun 18-də “YARAT” Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “YARAT”ın rezidentləri Ozan Atalan (Türkiyə), İlkin Hüseynov və Ehtiram Jabinin (Azərbaycan) əsərlərindən ibarət “Azar. Sevgi. Təbiət” adlı sərgi açılacaq.Azərtac xəbər verir ki, “Artım” layihə məkanında reallaşacaq sərginin əsərləri, rəssamların süniliyə göstərdiyi maraqlarla bağlıdır. Əgər toy mərasimini “biznes” nöqteyi-nəzərindən xırdalasaq, bu, kənardan necə görünər? Geniş vüsət alan urbanizasiya və landşaftların rəqəmsallaşdırılması bizim təbiətlə bağlı qavrayışımıza necə təsir göstərir? Kollektiv dinamikaya cəlb edilən şəxs, kollektivin və şəxsi arasında fərq qoya bilərmi? “YARAT” rezidentləri bu dəfə bizim “həqiqi” və “süni” kimi qəbul etdiyimiz bir çox anlayışların, habelə, bütövlükdə ikili (binar) ayrılığın sevgi, xəstəlik və təbiət mövzuları vasitəsilə məqsədəuyğunluğunu araşdırır.İlkin Hüseynovun “Toyxana” adlı əsəri, Azərbaycan mədəniyyəti və ənənələrinin ən populyar mövzusu olan toyu multimedia layihəsində əks etdirib. Rəssam, öz sənədli yanaşması və statistik araşdırması ilə bir vaxtlar yalnız sayılıb-seçilən qonaqlardan ibarət olan, bu mötədil, kiçikmiqyaslı ənənəvi mərasimin bu gün öz əndazəsindən çıxaraq, ifrat dərəcədə israfçılığın və “yeyib-içməyin” yer aldığı möhtəşəm tədbirə, son dərəcə təmtəraqlı bir şouya çevrilməsini, nəticədə isə ailələri külli miqdarda ziyana, borca salmasını araşdırır. Əsərdə şadlıq evlərinin arxitekturası, bahalı maşınlar, geyimlər və s. kimi toy aksesuarlarını əks etdirən fotoşəkillər, toy statistikasının rəqəmləri və faktiki qida qalıqlarından ibarət instalyasiya daxildir. Bu isə bir növ barokko dövrünün məşhur vanitas janrının duyğusal təcrübəsinə çevrilir və gözəllik, tənəzzül və faniliyi özündə cəmləşdirərək, “mənasız görünüş, miskinlik, fanilik”, hətta “yalan, lovğalıq, iflas və ya absurd” mənasını kəsb edir.Ehtiram Jabinin “Koma” adlı əsərlər silsiləsi, komatoz halın fərdi vəziyyətdən kollektiv vəziyyətlərə qədər metaforik durumunu araşdırır. Fotoşəkillərdə əks edilən obyektlər və situasiyalar gündəlik həyatdan götürülsə də, rəssam onları fərdiləşdirir və melanoxolik, “letargik” qrup mexanizmlərini sərgiləyən güc obyektlərinə çevirir. Sərgi avqustun 12-dək ziyarətçilər üçün açıq qalacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…