Rusiyanın Orenburq şəhərində VII Beynəlxalq Mstislav Rostropoviç Festivalı Jorj Bizenin “Karmen” operasının tamaşası ilə açılıb.TASS agentliyi xəbər verir ki, səhnədə Qalina Vişnevskaya Opera Mərkəzinin solistləri və İtaliyadan gəlmiş maestro Marko Boeminin dirijorluğu ilə orkestr çıxış edib.Mstislav Rostropoviçin qızı, festivalın təşkilatçısı və bədii rəhbəri Olqa Rostropoviç deyib: “Möhtəşəm operadır, hətta Pyotr Çaykovski də belə hesab edirdi. Onu bütün ölkələrdə, müxtəlif dillərdə, habelə yaponca ifa edirlər. Biz operanı orijinalda – fransızca ifa edəcəyik”.İtaliyalı maestro bildirib ki, festivala gəlməzdən əvvəl Moskvanın Novodeviçye qəbiristanlığında Mstislav Rostropoviç və Qalina Vişnevskayanın məzarlarını ziyarət edib. O əlavə edib ki, Mstislav Rostropoviç onun üçün həm musiqiçi, həm də insanlıq örnəyidir.VII Beynəlxalq Mstislav Rostropoviç Festivalının ikinci günündə Orenburq Vilayət Filarmoniyasında opera-qala olacaq. Konsertdə Qalina Vişnevskayanın adını daşıyan Beynəlxalq Opera Müsabiqəsinin laureatları çıxış edəcəklər.Qeyd edək ki, Orenburq Mstislav Rostropoviç üçün əziz yer olub. Böyük Vətən müharibəsi illərində onun ailəsini Moskvadan məhz bu şəhərə evakuasiya ediblər. Maestro musiqi təhsilini də Orenburqda davam etdirib, ilk konsertlərini burada verib. Hazırda Orenburq Dövlət İncəsənət İnstitutu onun adını daşıyır.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…