Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin F.Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbinin müəllim və şagirdləri tərəfindən “YARAT” Müasir İncəsənət Məkanında “Könüllülər ili”nə həsr olunmuş “Nağıl dolu dünya” adlı konsert-tamaşa təqdim edilib.İdarədən Azərtac-a bildirilib ki, “Nağıl dolu dünya” adlı konsert-tamaşa dörd musiqili nağıldan ibarətdir.Tariximizlə bağlı olan birinci nağılda rəqs edən şagirdlərin ifasında sanki Qobustanda qayaüstü təsvirlər canlanır, nağaraçıların ifasında isə “Qaval daşı” səslənir.Nənənin nəvələri ilə dialoqundan ibarət olan ikinci nağıl Q.Qarayev musiqisinə həsr olunub. Q.Qarayevin ev-muzeyində olan nəvələr nənə ilə öz təəssüratlarını bölüşüblər. Onlar “Don Kixot” simfonik qravüralarından, “İldırımlı yollarla” və “Yeddi gözəl” baletlərindən parçalar ifa edərək bəstəkarın nağıl dolu həyatını canlandırıblar.Özəyi xalq musiqisi olan üçüncü nağılda şagirdlərin ifasında xalq mahnıları, rəqs nümunələri və instrumental parçalar səslənib.Doğma yurdumuza həsr olunan dördüncü nağılda vətənpərvər şagirdlər Azərbaycana olan sevgilərini musiqinin dili ilə təqdim ediblər.Konsert-tamaşanın bədii rəhbəri və ideya müəllifi məktəbin direktoru, Əməkdar müəllim, professor Adilə Yusifovadır. O deyib: “Dünyada nağıllar çoxdur. Hər bir xalqın öz nağılları var. Səhnələşdirdiyimiz nağılımız isə keçmiş və gələcəyimizlə, xalq musiqimiz və bəstəkar əsərlərimizlə sıx bağlıdır. Biz tədbirimizlə şagirdləri ölkəmizin bilikli, bacarıqlı və vətənpərvər övladları olmağa çağırırıq”.Konsert-tamaşa böyük maraqla qarşılanıb.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…