Beynəlxalq Muğam Mərkəzində “İgidlərin sözü” layihəsi təqdim olunub.Muğam Mərkəzindən Azərtac-a bildirilib ki, təqdimat “Söz” layihəsi çərçivəsində ( ideya müəllifi və layihə rəhbəri Nigar Həsənzadə) reallaşıb. Gecədə tanınmış ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, layihə iştirakçılarının əsgər yoldaşları iştirak ediblər.Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Gecənin əvvəlində Beynəlxalq Muğam Mərkəzinin direktoru, Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynov “İthaf” əsərini ifa edib. Kompozisiya 44 günlük Vətən müharibəsində həlak olan Azərbaycanın igid oğullarının xatirəsinə həsr olunub. Daha sonra layihənin iştirakçıları səhnəyə dəvət edilib. Qazilərin çıxışlarından əvvəl tamaşaçılara onların doğulduğu yer, təhsil aldığı müəssisə, cəbhəyə getmə vaxtı və döyüşlərdə iştirakı barədə məlumat verilib. Onların əksəriyyəti könüllü olaraq cəbhəyə gedib. Qazilər şeirlərini Vətənə, Qarabağın gözəlliyinə, döyüş yoldaşlarına, şəhidlərə həsr ediblər. Çıxışlar zamanı ekranda “İgidlərin sözü” layihəsi iştirakçılarının döyüş yolundan bəhs edən fotoşəkillər və videokadrlar nümayiş etdirilib. Oğuz Alparslan, Səbuhi Qurbanov, Emin Piri, Nicat Ağayev, Orxan Səlifov, Eyvaz Əyyub, Cavid Əlioğlu, Kərəm Aydın, Həsən Kür, Miri Abdullayev, Elvin İntiqamoğlu döyüşlər zamanı qələmə aldıqları şeirləri səsləndiriblər. Beynəlxalq Muğam Mərkəzinin səhnəsindən qazilərin öz ədəbi əsərlərini səsləndirdikləri tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.Tədbirin sonunda layihənin ideya müəllifi şair Nigar Həsənzadə səhnəyə çıxaraq öz yaradıcılığından poetik əsərlər səsləndirib.Aparıcısı Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməd olan gecədə Azərbaycan Dövlət Simli Kvartetinin ifasında – Əməkdar artistlər Ceyla Seyidova (birinci skripka), Vaxtanq İmanov (alt) və Aleksey Miltıx (violonçel), həmçinin Soltan Məmmədovanın (ikinci skripka) ifasında musiqi nömrələri təqdim olunub.Layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirməkdir. Layihə əsasında qazilərin ədəbi nümunələrindən ibarət materiallar toplanaraq antologiya şəklində dərc olunacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…