Martın 31-də Bakı Bələdiyyə Teatrının hazırladığı “Sən qayıdacaqsan” tamaşası Dövlət Sərhəd Xidmətinin Akademiyasının zabit heyətinə təqdim olundu.
31 mart 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımın timsalında bütün dünyada törədilmiş müharibələrə həsr olunan “Sən qayıdacaqsan” tamaşasının nümayişindən öncə Bakı Bələdiyyə Teatrının truppa müdiri, aktyor İsmayıl Atakişiyev çıxış edib.
O, öncə Akademiyanın zabit heyəti teatrın adından salamladıqdan sonra bildirib ki, Azərbaycanın tarixində elə tarixi anlar var ki, həmin gün xalq tərəfindən müqəddəs hesab olunur. İstər teatrda, istər kinoda, təsviri sənətdə və s. sahələrdə həmin anlar öz əksini tapıb. Bakı Bələdiyyə Teatrının repertuarında həmin tarixi anları yaşadan tamaşalar çoxluq təşkil edir. Belə tamaşalardan biri də bu gün sizlərə təqdim edəcəyimiz “Sən qayıdacaqsan” tamaşasıdır. Tamaşada müharibənin fəsadlarını yaşayan insanların hər birinin itirdiklərinin yolunu gözləməsi, müharibənin ağrı-acısı və sonda ümid dolu gözləntilər sabaha olan inamdan xəbər verir”.
İ.Atakişiyev çıxışının sonunda bütün zabit heyətini soyqırımda həlak olanlar, eləcə də şəhidlərimiz üçün 1 dəqiqəlik sükuta dəvət etdi.
Daha sonra tamaşa təqdim olundu.
Tamaşada qəhrəmanların yol ayrıclarını birləşdirib bir düz yol əmələ gətirməsi və bununla da onların həsrətinə son qoyulması və s. məqamlar müharibənin törətdikləri fəsadlara baxmayaraq insanoğlunun birlik olaraq yenidən həyatına davam etməsi, əsərin əsas ideyasını təşkil edir.
Əsərin müəllifi və quruluşçu rejissoru, Əməkdar artist Bəhruz Vaqifoğlu, ideya müəllifi, Hüsniyyə Mürvətova, quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, musiqi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Səbuhi Səmədovdur.
Tamaşada iştirak edirlər: Hüsniyyə Mürvətova(Əməkdar artist), Rafiq İbrahimov(Əməkdar artist), Mehman Abdullayev, Zülfiyyə Qurbanova, Toğrul Rza, Zülfiyyə Məmmədova, Elçin Muradov, Ülviyyə Rza, Fateh Muradov, Əzizə Həşimova.
“Sən qayıdacaqsan” tamaşası Dövlət Sərhəd Xidmətinin Akademiyasının zabit heyəti tərəfindən böyük maraqla qarşılandı.
Qeyd edək ki, Bakı Bələdiyyə Teatrının fəaliyyətinin mühüm istiqamətlərindən biri də gənc nəslə vətənpərvərlik hissi aşılamaqdan ibarətdir. Bu baxımdan da teatrın repertuarında olan tamaşalar əsasən gənc nəsildə yüksək vətənpərvərlik şüurunun formalaşmasına xidmət edir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…