Qazaxıstanın Astana şəhərinin yaranmasının 25 illiyi münasibətilə “Astana – gələcəyin şəhəri” adlı beynəlxalq forum keçirilib. Forum çərçivəsində tibbi turizmə həsr olunmuş plenar toplantı təşkil edilib.
Tədbirdə ölkəmizi Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasından rəhbəri, Azərbaycan Sahibkarlar Konfederasiyasının “Turizm və xidmət üzrə iş” Komissiyasının sədri Ruslan Quliyev təmsil edib.
Qlobal tibbi turizm bazarının inkişafı üzrə nüfuzlu ekspertlərin iştirakı ilə baş tutan sessiyada bazarın hazırkı vəziyyəti araşdırılıb və onun inkişafının əsas amilləri haqqında təqdimat keçirilib. Qeyd edilib ki, Astana şəhəri üçün tibbi turizmin potensial donor ölkələri Azərbaycan, Rusiya, Qırğızıstan, Özbəkistan, Belarus, Çin və İsraildir.
Tədbirdən sonra iştirakçılar Astanada fəaliyyət göstərən tibbi turizm müəssisələrinə səfər ediblər.xeber100.com