İyulun 7-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəhid hərbi qulluqçularının ailə üzvləri ilə görüş keçirilib.
Görüşdə xalqımızın Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Müdafiə Nazirliyi rəhbərliyinin səmimi salamlarını görüş iştirakçılarına çatdıran polkovnik Abdulla Qurbani 24 il öncə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və bu illər ərzində mütəşəkkil qüvvəyə çevrilən XTQ-nin keçdiyi şanlı döyüş yolundan, onun əsgər və zabitlərinin göstərdiyi şücaət və igidliklərdən, beynəlxalq təlimlərdəki uğurlarından söhbət açıb.
Daha sonra “Həzilər yurdu” musiqisinin sədaları altında Bakı Bələdiyyə Teatrının aktyorları səhnəyə çıxaraq, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Əməkdar incəsənət xadimi, şair, publisist, dramaturq Abdulla Qurbaninin “Ruhumuzun Bayraqdarı Şəhidlər” adlı kompozisiyasını səsləndiriblər.
Kompozisiyanın səsləndirilməsində Əməkdar artistlər – Səmayə Sadıqova, Mahirə Yaqubova, Hüsniyyə Mürvətova, eləcə də BBT-nin truppa müdiri İsmayıl Atakişiyev, İlqar Musayev, Aydın Əliyev, Tural Əhməd, Zülfiyyə Qurbanova, Günel Həmidova, Ülviyyə Rza, Zülfiyyə Məmmədova, Toğrul Rza və b. iştirak ediblər.
Qeyd edək ki, Bakı Bələdiyyə Teatrı aktyorlarının nümayiş etdirdikləri “Ruhumuzun bayraqdarı şəhidlər” adlı ədəbi-musiqili kompozisiya görüş iştirakçılarına həm duyğulu, həm də qürurverici anlar yaşadıb. Xalqımızın birliyini, həmrəyliyini, dövlətimizin iqtisadi gücünü, ordumuzun əsgər və zabitlərinin şücaətini, şəhid ailələrinin səbr və dözümünü, dəyanətini, qürurunu, dövlət-xalq-ordu birliyi sayəsində əldə etdiyimiz möhtəşəm Zəfəri, eləcə də, Müzəffər Ali Baş Komandanın sərkərdə məharətini, dəmir yumruğunun gücünü əks etdirən tamaşa böyük maraqla izlənilib.
İlqar Musayevin şəhid ailələri qarşısında böyük yanğı ilə
“Səsimə səs versin ellər-obalar,
Kükrəyib bəndləri yıxmaq vaxtıdır!
Yurduma uzanan qara əlləri
Dağlamaq, yandırmaq, yaxmaq vaxtıdır! söylədiyi bənddə savaş ruhunun duyulması,
Tural Əhmədin ifasından olan
“Hoydu igidlərim, hoydu Koroğlu,
Hoydu bu torpağın igid, nər oğlu!
Ey Odlar yurdunun hünərvər oğlu,
Hazırlaş, səfərə çıxmaq vaxtıdır! artıq savaşa hazırlığa səsləyirdi.
İsmayıl Atakişiyevin torpağından didərgin düşənlərin naləsiylə söylədiyi
“Çadırda çürüdük, qırıldıq yetər,
Vətənsiz yaşamaq ölümdən betər.
Desinlər savaşda öldü bəxtəvər,
Murovdan Göyçəyə axmaq vaxtıdır” bənd yaşanan ağrı-acının, yaxın keşmişdə baş verən faciənin açıq mənzərəsini bir anlıq da olsa gözlərimiz önündə canlandırırdı.
Toğrul Rzanın vətən həsrətirlə söylədiyi
“Haçandır çağlamır şır-şır bulaqlar,
Kəsilib pöhrələr fidan budaqlar,
Yamanca darıxıb oba oymaqlar,
Arandan yaylağa qalxmaq vaxtıdır” ifası sadəcə bir özləntinin ifadəsi idi, yurda həsrət qalan insanın duyduğu kədəri ifadə edirdi.
Hüsniyyə Mürvətovanın uğurlu yolçuluq arzusuyla dediyi
“Dağ başını aldı duman, get qardaşım, yaxşı yol!
Yağılara vermə aman, get qardaşım, yaxşı yol!
Qoyma qara əl uzansın mərd ananın saçına,
Güldən ağır söz deyilsin alagözlü bacına.
Qanad çalıb uç göylərdə, dön şahinə, laçına,
Dostlar baxsın heyran-heyran get qardaşım, yaxşı yol!
Mərdlərindi indi zaman, get qardaşım, yaxşı yol” deməsi
bir bacının qardaş həsrətini ifadə edirdi.
Ana duyğusunu aktrisa Səmayə Sadıqova mahir ifasıyla canlandıraraq
“Oğul, səni bu günlərçin bəslədim, ana Vətən indi səni çağırır,
Üstümüzə qoşun çəkib yağılar, mərmi yağır, atəş yağır, od yağır.
Get igidim, Zəfər ilə qayıt da gəl, sipər elə gen sinəni Vətənə.
Kürəyindən güllə alsan döyüşdə, inan mənə oğul demərəm sənə” söyləməsi bütün anaların yaşadığı hissi-həyəcanı dilə gətirirdi.
Eləcə də digər aktyorların ifasının hər birində müharibə ağrı-acısını ifadə edən, ayrılıq, həsrət duyğusunu göstərən məqamlar geniş yer almışdı.
Görüşün sonunda Bakı Bələdiyyə Teatrının kollektivi Azərbaycan Ordusunun şəxsi heyətinə, eləcə də şəhid ailələrinə mədəni xidmət göstərilməsində fəaliyyətinə görə Müdafiə Nazirliyi və XTQ komandanlığı tərəfindən mükafatlandırılıb.
Tədbirdə iştirak edən şəhid övladlarınba Müdafiə Nazirliyinin rəhbərliyi adından hədiyyələr təqdim olunub.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…