Bakı Bələdiyyə Teatrı Xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesinə müraciət edib.
Pyesi uzun İllər İlyas Əfəndiyevlə əməkdaşlıq edən, onun əsərlərini əksəriyyətinə səhnə həyatı verən görkəmli rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov səhnələşdirəcək. Hazırda tamaşanın məşqləri gedir.
Görkəmli dramaturq İlyas Əfəndiyev “Məhv olmuş gündəliklər” pyesini 1969-cu ildə qələmə alıb və bu əsər zaman-zaman müxtəlif rejissorlar tərəfindən tamaşaya qoyulub. Yazıçı əsərdə insan hisslərini yüksək ustalıqla qələmə alaraq qəlbin tərəddüdlərini ön plana çəkir. Qəhrəmanını “məhəbbət, yoxsa sərvət?” seçimi qarşısında qoyur. Təmiz hisslər və şirin yalan. İlyas Əfəndiyevin qəhrəmanı zahiri parıltıya aldanır, şirin yalana uyur. Sonda var-dövlətin parıltıdan başqa bir şey olmadığı. xoşbəxtlitin var-dövlətlə ölçülmədiyi ön plana çəkilir.
Rejissor Mərahim Fərzəlibəyov əsərdəki duyğulara, baş verən hadisələrin fonunda səhnədə hər dövrün aktual problemi kimi qabardəlan şirin yalan və acı həqiqəti üz-üzə qoyur. Məqş prosesindən bəlli olur ki, görkəmli rejissorumuz yeni səhnə əsəri ilə tamaşaçını yenidən düşündürməyi qarşısına məqsəd qoyub.
Tamaşada iştirak edirlər: Gülsabah Quliyeva, İlqar Musayev, Zülfiyyə Məmmədova, Nigar Babayeva, Toğrul Rza, Mamed Əlili.
“Məhv olmuş gündəliklər” tamaşası yeni mövsümdə geniş tamaşaçı auditoriyasına təqdim olunacaq.xeber100.com