“O geri çəkilməlidir”, “Azərbaycan elmi”, “Daşqın”, “Matəm”, “Ulu yurd”, “Boz qurdun harayı”, “Hikmətli miniatürlər”, “Xəzər köməyə çağırır”, “Xəzərim mənim, taleyim mənim” və s. sənədli filmlərinin, “Bizim Cəbiş müəllim”, “Qaraca qız”, “Şərikli çörək”, “Bağ mövsümü”, “Pəncərə” və s. bədii filmlərin operatoru olmuş Elxan Əliyevin yubileyidir, yaşasaydı, 80 yaşını qeyd edəcəkdi.
Elxan Əliyev 31 Oktyabr 1946-cı ildə dünyaya göz açıb. Orta məktəb illərindən sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsində təhsil alıb.
1964-cü ildə “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayıb, uzun müddət kinostudiyanın sənədli və xronikal filmlər studiyasında çalışıb.
80-dən çox sənədli və elmi-kütləvi film çəkmiş operator, eyni zamanda Azərbaycanın siyasi və dövlət xadimi, Ulu öndər Heydər Əliyevin bölgələrə olan səfərlərini, mərkəzi komitədə xarici nümayəndə heyətləri ilə görüşlərini də lentə almışdır.
O, 1993-cü ildə Xarici İşlər Nazirliyinin İnformasiya İdarəsinə baş məsləhətçi vəzifəsinə qəbul olunub.
1999-2003-cü illərdə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyində, 2009-2012-ci illərdə isə Ukraynadakı Səfirliyində çalışıb.
E.Əliyev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Filmoqrafiya: Kimi daha çox sevirik – Dağ meşəsindən keçərkən... (1964, tammetrajlı bədii film, kinoalmanax) – operator assistenti, Azərbaycan, Azərbaycan (1970, qısametrajlı sənədli film) – ikinci operator, Sevil Qazıyeva (1970, qısametrajlı sənədli film) – operator, Nəriman Nərimanov (II) (1972, qısametrajlı sənədli film) – operator, Bahar günəşi (1974, qısametrajlı sənədli film) - operator, Qədim diyarın gəncliyi (1974, qısametrajlı sənədli televiziya filmi) – operator, Onun adı Serafino idi (1974, qısametrajlı sənədli film) – operator, Səadət naminə (1974, qısametrajlı sənədli film) – operator, Mənim iki beşilliyim (1975, qısametrajlı sənədli film) – operator, Pioner və məktəblilərin II respublika mahnı və rəqs ansamblı (1976, qısametrajlı sənədli film) - operator, Üç qardaş (1976, qısametrajlı sənədli film) – operator, Oktyabrın şəfəqləndirdiyi yol (1977, qısametrajlı sənədli film) – operator, Azərbaycan SSR (IV) (1978, qısametrajlı sənədli film) – operator, Futbol, futbol... (1979, qısametrajlı sənədli film) – operator, Məhsul yığımının yeni üsulu (1979, qısametrajlı sənədli film) – operator, Azərbaycan məktəbinin 60 illiyi (1980, qısametrajlı sənədli film) – operator, Xaldanda görüş (1980, qısametrajlı sənədli film) – operator, Mən Xəzəri görürəm (1980, qısametrajlı sənədli film) – operator, Əgər sən romantikanın ünvanını axtarırsansa... (1981, qısametrajlı sənədli film) – operator, Azərbaycanda qoyunçuluq (1982, qısametrajlı sənədli film) – operator, Elektron hesablayıcı maşınları istehsalatı idarə edir (1982, qısametrajlı sənədli film) – operator, Bərəkət (1985, qısametrajlı sənədli film) – operator, Birillik yem bitkilərinin aralıq, təkrar və qarışıq əkini (1986, qısametrajlı sənədli film) – operator, Yenidənqurmanın işığında... (1988, qısametrajlı sənədli film) – operator, Abşeron qalaları (1989, qısametrajlı sənədli film) – operator, Novruzun çələngi (1989, qısametrajlı sənədli film) – operator, Ayna və Həmid (1990, qısametrajlı sənədli film) – operator, Azadlığa gedən yollar (1990, tammetrajlı sənədli film) – operator,
Fövqəladə vəziyyət (1990, qısametrajlı sənədli film) – operator, Qanadlı şəfavericilər (1990, qısametrajlı sənədli film) – operator, Matəm (1990, qısametrajlı sənədli film) – operator, Ulu yurd (1990, qısametrajlı sənədli film) – operator, Şəhidlər və qazilər (1991, qısametrajlı sənədli film) – operator, Ziya ocağı (1991, qısametrajlı sənədli film) – operator və s.xeber100.com