Azərbaycan Kinematoqrafçılar İttifaqı kino nəşrlərinin say və keyfiyyət artımını kinomuzun inkişafı üçün vacib hesab etdiyinə görə, bu istiqamətdə ardıcıl layihələr reallaşdırır.
“Azərbaycan kino tarixi” 4 cildliyi, “Həsən Seyidbəyli. Sənətkar və şəxsiyyət” kitabı, rüblük “Rakurs” dərgisi bu sıradandır. Növbəti layihə “Parlaq imzalar” nəşriyyatının təşəbbüsü ilə həyata keçirilmiş kinorejissor, ssenarist Andrey Tarkovskinin “Zapeçatlennoe vremya”(“Həkk olunmuş zaman”) kitabının Azərbaycan dilində nəşridir. Kitab tərcüməçi, şair, publisist Azad Yaşar tərəfindən tərcümə olunub.
Qeyd edək ki, kino aləmində yüksək dəyərə malik olan, bir neçə xarici dilə tərcümə olunmuş “Həkk olunmuş zaman” Andrey Tarkovskinin sənət manifestidir.
Kitabın girişində Tarkovskinin həyat və yaradıcılıq bioqrafiyası yer alıb. Bu fəsildə onun oxucularla olan tanışlığı əsas götürülüb.
Tarkovski yazır ki, tamaşaçı ilə ünsiyyətimin (bəzən isə tam anlaşmazlığın!) necəliyini göstərməkdən ötrü xarakterik məktublardan sitatlar gətirməkdən özümü saxlaya bilməyəcəyəm. Və beləliklə də oxucu məktublarına yer verir. Məktublarda olan tənqidi fikirlər, bəzən oxucu hiddəti və rejissorun filmlərini analiz etmə səyi kimi məqamlar diqqətdən yayınmır. Hiss olunur ki, Tarkovski ona ünvanlanan məktublardakı hər kəliməni anlamağa çalışıb və kitabda bunu geniş oxucu auditoriyasına təqdim etməklə onlara da bəzi şeyləri anlatmağa çalışıb.
Yeri gəlmişkən, məktublarda əsas tənqid hədəfi rejissorun öz ssenarisi əsasında 1974-cü ildə quruluş verdiyi “Ayna” filminə yönəlib. Məktublarda Tarkovskiyə nifrət dolu fikilər aşılayan olduğu kimi, onu təhqir etməkdən çəkinməyənlər də olub. Tarkovski “Bu cür müraciət sahiblərinə mən heç nə tövsiyə edə bilməzdim. Bu mövcud vəziyyət məni öz hədəfimdən heç cür yayındıra bilməzdi, çünki bu sayədə hər dəfə daha bariz şəkildə əmin olurdum ki, mənim filmlərimi gözləyən və onları sevən məxsusi bir tamaşaçı auditoriyam var”. Ona bu inamı verən də tamaşaçılarından aldığı, sənətinə verilən qiymətlə yanaşı, onun yaratdığı sənət nümunəsini hiss edərək duyan, qiymətləndirənlərin olması idi. Bu baxımdan rejissor kitabda onu da xüsusilə vurğulayır ki, yazdığı bu kitabla kiməsə ağıl vermək fikrində deyil: “Bu kitabı yazarkən əslində çox araşdırılmasına baxmayaraq, xeyli gənc və cəlbedici sayılan kino sənətinin cəngəlliklərindən hər kəsdən elə öncə özüm çıxmağa can atmışam”.
Yeri gəlmişkən, Tarkovski kitabı yazarkən gündəlik qeydlərindən, çıxışlarından, müsahibələrindən geniş istifadə edib. Tarkovski filmlərinə olan münasibəti, mövzuya necə hakim olması və ümumiyyətlə çəkdiyi filmlərin ərsəyə gəlməsinin səbəblərini araşdırır: “Elə əsərlər var ki, bədii obrazlarının dəqiqiliyini və özünəməxsusluğunu, xarakterlərin sözlə ifadə olunan dərinliyini, kompozisiyası arxasında sehri və ümumilikdə kitabın yaratdığı təsir gücünü öz müəlliflərinə borcludur”.
İlk filmini yaradarkən kino rejissorluğu işini bacarıb-bacarmayacağını özü üçün dəqiqləşdirməyi qarşısına məqsəd qoyan və “Əgər bu film alınsa, deməli, kinoda işləməyə layiqəm” fikrini əsas götürən rejissor” məhz bəhs etdiyi, 1962-ci ildə çəkdiyi ilk tammetrajlı “İvanın uşaqlığı” filminin təhlil formasını xarakterizə etməklə özünün rejissor imkanlarının nələrə qadir olduğunu da açıqlamağa və ümumiyyətlə filmlərində nə demək istədiyini anlatmağa çalışıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqından bildiriblər ki, bu layihəni dəstəkləmələrinin səbəblərindən biri mətnin səliqəli, maksimum orijinala yaxın tərcümə edilməsidir. AKİ “Parlaq imzalar” nəşriyyatı ilə bundan sonra da kino nəşrlərinin realizasiyası istiqamətində birgə işə əzmlidir.
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…