Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) özündə müxtəlif sahə və peşələr üzrə 27 həmkarlar təşkilatını birləşdirir ki, onlardan biri də Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqıdır. Azərtac xəbər verir ki, aprelin 15-də Beynəlxalq Muğam Mərkəzində təşkilatın yaranmasının 110 illiyi təntənəli şəkildə qeyd olunub. Əvvəlcə dövlət himni səsləndirilib və Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş əsgər və zabitlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Bütün iştirakçıları 15 aprel – Beynəlxalq Mədəniyyət Günü və rəhbərlik etdiyi təşkilatın yaranmasının 110 illiyi münasibətilə təbrik edən Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova görülmüş işlərdən, qarşıda duran vəzifələrdən və gələcək planlardan danışıb. Beynəlxalq Mədəniyyət Gününün əhəmiyyətindən danışan komitə sədri bu günün ölkəmizdə bir neçə ildir geniş qeyd edildiyini bildirib. Tarixini 1935-ci ildən başlayan bu gün BMT tərəfindən dünya şöhrətli rəssam Nikolay Rerixin təşəbbüsü ilə təsis olunub və mədəniyyətin qorunmasına, hərtərəfli inkişafına və geniş təbliğinə həsr olunur. Beynəlxalq Mədəniyyət günü eyni zamansa “Rerix paktı” kimi də dünyada qəbul edilib.
Natiq bildirib ki, 2016-cı il Azərbaycanda “Multikulturazlizm ili” kimi qeyd olunur. Multikulturalizm müasir Azərbaycan dövlət siyasətinin ən vacib istiqamətlərdən biri kimi Prezident İlham Əliyev tərəfindən vurğulanıb. Bu siyasətin əsaslarını qoyan ümummilli liderimiz Heydər Əliyev multikulturalizmi azərbaycançılıq ideologiyasının ən vacib alətlərindən biri kimi qiymətləndirib. Multikulturalizm Azərbaycan vətəndaş cəmiyyətində həyat tərzi kimi qəbul olunan bir varlıqdır.
Bildirib ki, XX əsrin əvvəllərində həmkarlar ittifaqlarının yaranıb təşkilatlanması həmin dövrdə sənayenin güclü inkişafı, iqtisadi potensialın durmadan artması və bunun müqabilində güclü fəhlə ordusunun yaranması ilə bilavasitə sıx əlaqədardır. Azərbaycanda ilk həmkarlar ittifaqları 1898-1903-cü illərdə neft sənayesi işçiləri, sonradan isə Bakı çapçıları tərəfindən yaranmağa başladı. 1904-cü ilin 13-30 dekabrında Bakı fəhlələrinin ümumi tətili nəticəsində həmkarlar ittifaqının hərəkatı tarixində ilk dəfə olaraq dekabrın 30-da “Elektriçeskaya sila” zavodunda böyük fəhlə kütləsinin əhatəsində imzalanan kollektiv müqavilə sonralar “Mazut Konstitusiya” adı ilə tarixdə məşhurlaşdı. Tarixi sənədlərə əsasən, Bakı çapçılarının həmkarlar ittifaqı 1905-ci ildən mövcuddur. Lakin, bu ittifaqın yaranma vaxtı 1903-cü ilə təsadüf edir. Natiq deyib ki, hazırda təşkilata üzv olan işçilərin sayı 55 minə yaxındır. Təşkilatın ölkənin bütün şəhər və rayonlarında yerli komitələri mövcuddur. Azərbaycanda AHİK-in nüfuzunun yüksək olduğunu, bu təşkilatın qanun çərçivəsində hər bir işçi təbəqəsinin hüquqlarını müdafiə etdiyini vurğulayan komitə sədri Beynəlxalq Mədəniyyət İşçiləri Həmkarlar İttifaqları ilə də əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışıb. Rəhbərlik etdiyi komitənin bir neçə müvafiq beynəlxalq qurumun üzvü olduğunu söyləyib.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…