05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Bölgə xəbərləri

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin regionlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov noyabrın 26-da Ağdaşda vətəndaşları qəbul edib. Qəbul zamanı Ağdaş, Yevlax rayonları və Mingəçevir şəhərindən olan vətəndaşların müraciətlərinə baxılıb.Komitədən Azərtac-a bildirilib ki, qəbulda iştirak edən vətəndaşların müraciətləri həm özəlləşdirmə, həm də daşınmaz əmlakın sənədləşdirilməsi barədə olub. Belə ki, bir sıra vətəndaş dövlət əmlakının özəlləşdirilməsi prosedurları, dövlət mülkiyyətində olan əmlakların icarəsi barədə müraciət edib. Hərraclarda iştirak, icarədə və ya istifadədə olan kiçik dövlət obyektlərinin özəlləşdirilməsi məsələləri barədə müraciətlər çatdırılıb.

Noyabr 26, 2016 3:14

“Qardaşlaşmış məktəblər” protokolu imzalanıb

Türkiyənin Uşak şəhərinin Hasibə və Mazhar Gürbüz məktəbinin bir qrup müəllimi noyabrın 21-26-da İsmayıllıda olub.Azərtac xəbər verir ki, qonaqlar İsmayıllıya İsrayıl Həsənov adına şəhər 1 saylı tam orta məktəbin müəllimi Surə Mehdiyevanın “eTwining Plus” layihəsi çərçivəsində türkiyəli həmkarları ilə əməkdaşlığı çərçivəsində gəliblər.Qeyd edək ki, “eTwining Plus” layihəsi 2004-cü ildə Avropa İttifaqı ölkələri ilə ən yaxın qonşu ölkələr arasında qarşılıqlı əlaqələrin dərinləşməsi məqsədilə işlənib hazırlanıb. Layihə Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsi olmaqla pedaqoji işçilərə ünsiyyət qurmaq, əməkdaşlıq etmək, birgə layihələr yaratmaq, Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. Bu ilin iyun ayından Azərbaycan da Avropa İttifaqının qonşuluq siyasətinə əsaslanan bu layihəyə qoşulub.xeber100.com

Noyabr 26, 2016 3:08

İstehlakçı hüquqlarına dair konfrans keçirilib

Noyabrın 25-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə Sabirabadda "Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir" mövzusunda maarifləndirici konfrans keçirilib.Azərtac xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələri və 300-dən çox istehlakçı iştirak edib.xeber100.com

Noyabr 25, 2016 2:38

Fövqəladə hallar naziri məcburi köçkünlərin müraciətlərini dinləyib

Noyabrın 25-də Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Bərdə, Tərtər rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.Azərtac xəbər verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 16 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş 205 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.xeber100.com

Noyabr 25, 2016 2:32

Tibb işçilərinin sertifikasiya imtahanı keçirilib

Naxçıvanda praktiki tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan səhiyyə mütəxəssislərinin sertifikasiya prosesi davam etdirilir. Azərtac xəbər verir ki, Naxçıvanın səhiyyə sistemində sertifikasiya imtahanları bu il xüsusi kompüter proqramı ilə aparılır. İmtahanlara cəlb olunan 92 tibb bacısından 83 nəfəri növbəti mərhələdə iştirak edib. Sertifikatlaşdırma imtahanlarında uğurlu nəticə əldə edə bilməyən orta tibb işçiləri ixtisaslarına uyğun hazırlıq kurslarına cəlb olunacaqlar.xeber100.com

Noyabr 23, 2016 11:59

Diaqnostik qiymətləndirmə keçiriləcək

Noyabrın 23-də Qubada müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulacaq.Təhsil Nazirliyindən Azərtac-a bildiriblər ki, Qubada keçirilən diaqnostik qiymətləndirmədə Quba ilə yanaşı, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edirlər. Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə ötən il müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul olunan müəllimlər də bu imtahanlara cəlb ediliblər.Növbəti diaqnostik qiymətləndirmə noyabrın 27-28-də İsmayıllı Olimpiya İdman Kompleksində keçiriləcək. İmtahanda İsmayıllı ilə yanaşı, Qobustan və Şamaxı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər iştirak edəcəklər. Eyni zamanda, Şuşanın Qəbələ və İsmayıllı rayonlarında yerləşən ümumi təhsil müəssisələrinin müəllimləri də bu imtahanlara cəlb ediləcəklər.xeber100.com

Noyabr 23, 2016 11:52

2016-cı il üzrə İqtisadi Forumu öz işinə başlayıb

Noyabrın 22-də Gəncə şəhərində BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) “Əməkdaşlıq vasitəsilə davamlı inkişaf məqsədlərinin həyata keçirilməsinin gücləndirilməsi” mövzusunda 2016-cı il üzrə İqtisadi Forumu öz işinə başlayıb.Azərtac xəbər verir ki, forumda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, beynəlxalq təşkilatların, yerli və xarici şirkətlərin 100-ə yaxın nümayəndəsi iştirak edir.xeber100.com

Noyabr 22, 2016 3:13

Vergilər naziri vətəndaşları qəbul edəcək

Noyabrın 25-də Vergilər naziri F.Məmmədov Siyəzən rayonunda yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzində Sumqayıt şəhəri, Abşeron, Siyəzən, Xızı və Şabran rayonlarından olan vətəndaşları qəbul edəcək.Vergilər Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.xeber100.com

Noyabr 22, 2016 3:10

“Açıq qapı günü” – vətəndaş forumu keçiriləcəkdir

“Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq 24 noyabr2016-cı ildə saat 11.00-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən Şirvan regional miqrasiya idarəsinin əhatə etdiyi Salyanda və elə həmin gün saat 15.00-da Neftçalada “Açıq qapı günü” - vətəndaş forumu keçiriləcəkdir.Tədbir çərçivəsində miqrasiya məsələləri üzrə vətəndaşların təklif və rəylərinin qəbulu, müzakirələrin təşkili, vətəndaşları maraqlandıran sualların cavablandırılması planlaşdırılır.xeber100.com  

Noyabr 21, 2016 3:46

Diaqnostik qiymətləndirilməyə start verilib

Noyabrın 21-də Qubada dövlət ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə start verilib.Azərtac xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində təşkil olunan və 3 gün davam edəcək qiymətləndirmədə Quba ilə yanaşı Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının dövlət ümumtəhsil müəssisələrində çalışan 6 minədək müəllim iştirak edəcək. Eyni zamanda, ötən il Xaçmaz rayonu üzrə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən müəllimlər də bu imtahanlara cəlb olunublar.Ölkənin 26 şəhər və rayonunda keçiriləcək diaqnostik qiymətləndirmə cari ilin dekabr ayının sonunadək davam edəcək.xeber100.com

Noyabr 21, 2016 12:41
    Page 30 of 46« First«...1020...2829303132...40...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az