Türk Diasporası
Hazırda dünya ölkələrində fərqli fəaliyyətləri ilə seçilən onlarla diaspor qurumlar var ki, onların fəaliyyəti daima diqqət mərkəzində dayanır. Yaranma tarixi baxımından uzun bir zamanı əhatə edən diaspoq qurumlar var ki, onların fəaliyyəti həqiqətən də mənsub olduğu millətin təəssübkeşliyi uğrunda apardığı mübarizəni qabarıq şəkildə göstərir. Ancaq elə diaspor qurumlar da var ki, yaranma tarixi az müddəti əhatə edir ki, bu da onun fəaliyyətində özünü büruzə verir. Nə olur olsun hər işdə təcrübə böyük rol oynayır ki, bunun üçün də zamana ehtiyac var. Çünki təcrübə uzun illər hesabına yaranan bir qabiliyyətdir.
Bütün bunları nəzərə alaraq belə hesab edirik ki, diasporanın yaranma tarixini özündə əks etdirən geniş yazılara ehtiyac var. O zaman sizlərə təqdim etdiyimiz bu yazıları qəbul etməklə həm tarixə səyahət edəcək, həm də diaspora anlamının izahını tam olaraq tapacaqsınız.
Diaspora və ya diyaspora(ingiliscəsi)… qədim yunan sözüdür-mənası toxum səpmə, zərrələr olaraq dağılma deməkdir. Bioloji termin olan diaspora bir millətin çox uzun zamandan bəri ana vətənini tərk edərək başqa ölkələrə dağılmasına verilən addır. Söz həm dağılma mənasını verir, eyni zamanda da dağılmış olaraq yaşayan birlikləri ifadə edir. Qədim yunan deyimində diasporá kəliməsi ana vətəndən çıxaraq dünyanın müxtəlif yerlərində məskunlaşan xalq anlamına gəlirdi. Sonrakı dövrlərdə bu sözün ən çox istifadə olunan mövzusu Babil əsarətindən sonra Yəhudilərin bütün dünyaya dağılması oldu. Tövratın yunan dilinə olan tərcüməsində “dünyanın bütün ölkələrinə dağılacaqsınız” ayəsi bir daha sübut edir ki, diaspora kəliməsi bu ikinci mənanın ana qaynağıdır. Dünyanın bir çox ölkələrinə dağılan yəhudilər kimi, ana vətənindən çıxaraq dünyanın müxtəlif ölkələrinə dağılan türklər özlərinə məxsus yer tutaraq fəaliyyət göstəriblər ki, bunda da türk diaspor qurumlarının böyük rolu olub.
Çərkəs diasporası
1864-cü ildə Qafqazın şimal hissəsi çar Rusiyası tərəfindən işğal edildikdən sonra təxmini hesablara görə 1-1.5 milyon Qafqazlının böyük bir qismi o zamanlar Osmanlı torpağı hesab olunan Türkiyəyə yerləşdirilmişdir. Onların çox hissəsini Qafqazın qərbindən gələn Çərkəzlər, Ubıh və Abxazlar təşkil edir. Hazırda Türkiyənin Mərmərə, İç Anadolu, Qaradəniz və Şərqi Anadolu bölgələrində təqribən 7 milyon Qafqazlı yeni vətənlərində, müdafiə, siyasət, sənət, iqtisadiyyat və digər bir çox sahələrdə ön planda yer almışlar və önəmli uğurlara imza atmışlar. Yeri gəlmişkən Qafqazlılar dədə-babadan sahib olduqları adət-ənənələri qorumaq uğrunda böyük işlər görürlər. Doğrudur, qaçınılmaz məqamlar da olmamış deyil. Məsələn, Ubıh dilini bilən sonuncu şəxsin vəfatı ilə bu dil tamamilə sıradan çıxmışdır. Yeri gəlmişkən, araştırmaçıların uzun araştırmasından sonra məlum olub ki, Ubıhlar, Abidə xalqı ilə Abxaz xalqı arasında , ancaq adət-ənənə baxımından Abxazlara daha yaxın bir xalqdır.
Türkiyədə məskunlaşan Qafqazlılar hər zaman iş başındadırlar, mədəniyyətlərini yaşatmaq üçün 100-dən artıq dərnəklər, fondlar yaratmışlar. Könüllülərdən ibarət bir araya gələrək fəaliyyət göstərən bu quruluşlar həmrəylik günləri folklor tamaşaları hazırlayır, onu nümayiş etdirir, Qafqazda sülh şəraitində yaşadıqları azad günlərin həsrətini paylaşırlar.
Kimlik mübarizəsi
Osmanlı dönəmində Çərkəz xalqının kimliyi üzərində olan çalışmalar İkinci Məşrutiyətdən sonra həyata keçirilmişdir. Bir çox dərnəklər yaradılmış, ərəb və latın hərfləriylə Çərkəz və Abxaz dillərində əlifbalar hazırlanmış, kitab, jurnal və qəzetlər nəşr edilmiş, Çərkəz dilində qız məktəbi açılmışdır. Eyni zamanda fəaliyyət göstərərn dərnəklərin vasitəsilə Qafqaza əlifba, kitab və müəllimlər göndərilmiş, beynəlxalq mədəni əlaqələrin inkişafı üçün bir çox işlər görülmüşdür. 1917-ci ildə bolşevik inqilabından sonrakı vətəndaş müharibəsi zamanı Qızıl ordu tərəfindən Qafqaz yenidən işğal edilmiş və ölkə xarabaya çevrilmişdir. 11 may 1918-ci ildə qurulmuş Şimali Qafqaz Respublikası dağıdılmış və beləliklə də başlanan beynəlxal dirçəliş cəhdləri söndürülmüşdür. Tək partiyalılıq dövründə Türkiye Çərkəzləri heç bir mədəni əlaqələrin təsirində olmayıblar. Ancaq İkinci Dünya Müharibəsindən sonra 1949-cı ildə çoxpartiyalılıq sistemi həyata keçincə Türkiyə Çərkəzləri məhz qərbin məcburu təsiriylə dərnəklər yaratmağa başlayaraq fəaliyyət göstərmişlər.
Dərnəklərin göstərdiyi bütün səylərə baxmayaraq mədəni təsirlərin qarşısını tam olaraq almaq mümkün olmayıb. 1990-cı illərdə SSRİ-nin parçalanmasıyla Çərkəzlərin də ana yurda olan maraqları artmış, hətta bir çoxları Qafqaza gedərək münasibətlər qurmağa başlamışdır. Bu da o deməkdir ki, Qafqazlıların kimlik uğrunda olan mübarizələri hər zaman davam edir.
Diasporanın ilk qapısı - Almanya
Türkiyədən gələn qaçqınların Qərbə açılan ilk qapısı Almaniyadır. Almaniyadakı türklərin sayı 2 milyondan artıqdır ki, əskik deyil. Qaçqın olaraq Almaniyaya üz tutan türklərin 700 mini artıq oranın vətəndaşlığını qəbul etmişdir, 500 min nəfəri isə seçim etmək hüququna malikdir.
Aparılan araştırımalar göstərir ki, türklər digər qaçqınlarla müqayisədə say çoxluğu ilə üstünlük təşkil edir. 82 milyon əhalisi olan Almaniyada 7,4 milyon kənar millətlər yaşayır ki, onlar arasında da ilk sıranı türklər tutur. Ümumiyyətlə isə Almaniyada yaşayan müsəlmanların sayı, təbii ki, türklər də daxil olmaqla 3 milyona yaxınlaşır. İkinci Dünya Müharibəsindən sonra federal sisteme geçən Almaniya, başda Şimali Reyn Vestfalya və Bavyera olmaqla 16 əyalətdən ibarət idi. Hər əyalətin baş naziri və parlamenti belə var idi. 1960-cı illərdə Almanyanın köç mərkəzi Şimali Reyn Vestfalya idi. Yeri gəlmişkən, Şimali Reyn Vestfalya, Almaniyanın ən gur əyaləti hesab olunur. Əhalisi 18 milyondur. Bu əyalətdəki qaçqınların 34 faizini türklər təşkil edir.
Bir zamanlar Bavyeranın baş naziri Edmund Stoiberin sədrlik etdiyi Xristiyan Sosial Birlik Partiyası, əslində Bavyera partiyasıdır. Qırmızı-Yaşıl Koalisyonunun hazırladığı Köç qanununa qarşı təsir etmək üçün müxalifəti hərəkətə gətirərək seçicilərinin qarşısına çıxan Stoiber elə həmin gündən də qaçqınların dəstəyini itirir. Həmin gündən etibarən səslərini Yaşıllar da daxil, digər partiyalar üçün istifadə etməyə başladılar. Edmund Stoiber yenidən baş nazir kürsüsünə oturmaq üçün namizədliyini verərək ilk sıralarda olsa da sonda məlum olur ki, sadəcə 13 min səs toplayıb və bu da onun uğursuzluğa düçar olmasını göstərir. 500 min türk əsilli qaçqının səsi Alman siyasətində böyük əhəmiyyət daşımışdır. Və o gündən etibarən türk əsilli qaçqınların səsvermədəd iştirakı mühüm əhəmiyyət kəsb etdi. İllər öncə diqqətə çəkilən “Vaxt gələcək ki, türk əsilli qaçqınlar Almaniyanın daxili siyasətində də öz sözlərini demək imkanı qazanacaq” fikri artıq özünü qabarıq şəkildə büruzə verir.
Türk işçi qrupunun ilk dayanacağı hesab olunan Şimali Reyn Vestfalya, İkinci Dünya Müharibəsində müttəfiq dövlətlərin bombardman etdikləri bölgələrdən biri idi. Bunun səbəbi, Alman silah sənayesi üçün həyatı önəm daşıyan quruluşların məhz bu bölgədə yer alması idi. İkincisi, Dünya Müharibəsində ən böyük təxribat bu əyalətin bir neçə sənaye şəhərlərində gerçəkləşdirilmişdir. Bu müharibədə kömür hövzəsinin mərkəzi olan Ruhr bölgəsinin 70 faizi təhqir edilmişdir. Müharibədə böyük itkilər verən almanlar, az bir zamanda Reyin Hövzəsini yenidən canlandırmağı bacardılar. Bu hövzə son illərə qədər Alman iqtisadiyyatı və sənayesinin şah damarı hesab olunurdu. Reyin Hövzəsində yaşayan Türklərin tarihi 50 ildən artıqdır. 1960 və 1970-ci illərin əvvəllərində gələnlər artıq təqaüdə çıxmışdır. Burdakı türk təqaüdçülərinin sayı isə 200 minə yaxındır. Ümumiyyətlə Almaniyada yaşayan türkləri yaş baxımından 3 qrupa bölmək olar. Yaşlı nəsil, 30-45 yaş arası olan nəsil və 20 yaş nəsli. 3-cü qrupa aid olanların 500 mini tələbələrdir.
Kıbrıs Türkleri
Kıbrıs Türkləri və ya Kıbrıslı Türklər... Kıbrıs adasında yaşayan Türklər, Osmanlı İmparatorluğunun 1571-ci ildə Kıbrıs adasını ələ geçirməsindən sonra Anadoludan Kıbrıs adasına köç etmişlər. 1974-cü ildə Türk Silahlı Qüvvələrinin müdaxiləsi nəticəsində adanın ikiyə bölünməsiylə bir hissədəki yaşayış ərazisi Şimali Kıbrısa verilmişdir. 1975-ci illərdə Anadoluda baş verən köç zamanı Kıbrıs Türkünün tərkibinə Türk qaçqınları da əlavə olundu. Osmanlı idarəsindəki din dəyişdirilmə məsələsi nəzərə alınmazsa o zaman aydın görünər ki, etnik baxımdan Kıbrıs türkləri ilə Anadolu türkləri arasında elə bir fərq yoxdur.
Doğrudur, Yunan qaynaqları Kıbrıs Türklərinin, türkə heç bir aidiyyatı olmayan, sonradan assimilasyona uğrayaraq müslüman olduğu iddiasını ortaya qoysa da, oxşar adət-ənənə, mədəniyyət deyilənlərin yalandan başqa bir şey olmadığını sübut edir. Əslində Kıbrıs türkləri yad təsirlərdə olduğuna görə bir qədər müsəlmançılıqdan uzaqlaşıblar. Neçə ki, bir zamanlar SSRİ adlı bir imperatorluqda yaşayan xalqlar dilini, dinini unudaraq zorla ruslaşdırılmışdı. Zənnimcə elə bu müqayisə yerinə düşər ki, o zaman nəyin yanlış, nəyin həqiqət olduğunu tam olaraq aydınlaşdırmaq mümkün olsun.
Məsələn, Kıbrıslı Türklər Anadoludan gətirdikləri Anadolu mədəniyyətini uzun zamandır qorumağı bacarsalar da, 1974-cü ilə qədər Kıbrıs Rumlarıyla birlikdə yaşadıqlarına görə Rum mədəniyyətindən də təsirlənmişlər, xüsusilə dil sahəsində bir çox mədəni alış-veriş yaşanmışdır.
1878-ci ildə adanın ingilislərin ixtiyarına keçməsindən sonra adada olan türklərin Anadolu ve türk mədəniyyətiylə olan bağları getdikcə zəifləmişdir. 400 ildə adada var olan dəyişik mədəniyyətlərin təsirində qalan Kıbrıslı Türklər nəhayət öz mədəniyyətlərini qurmağı bacardılar.
Doğrudur, zamanla ada türkləri ilə 1974-cü ildən sonra adaya gələn türklər arasında “yerli Kıbrıslılık" düşüncəsi ətrafında bir ayrılıseçkilik yaranmışdı. Hətta buna görə "Kıbrıslı Türk" (kısaca Kıbrıslılar) ve "Türkiyəli Türk" (kısaca Türkiyəliler) olmaqla toplum iki hissəyə ayrılmışdır. Bunun nəticəsində Kıbrıslı Türklər və Türkiyəli (Türkiyəden gələn) Türkler arasında bir uzaqlıq yaranmışdı. İki hissəyə bölünmə zamanla Kıbrıslıları Türkiyəlilər əleyhinə, Türkiyəliləri isə Kıbrıslıların əleyhinə döndərmişdir. Bu günə qədər də bu ayrıseçkilik var və yəqin ki, bu proses bütün dünya türklərinin bir araya gələcəyi günə qədər davam edəcək.
Kıbrıs Türklərinin bir qismi siyasi və ekonomik səbəblərə görə 1955-ci ildən etibarən digər ölkələrə üz tutmağa başlayıblar. Xüsusilə Birləşmiş Krallıq, Avstraliya və Türkiyəyə Kıbrısdan böyük köç yol almışdır. Dəqiq say haqqında heç bir məlimat olmasa da təxmini saylara görə demək olar ki, ölkədən kənar yaşayan Kıbrıslı Türklərin sayı Şimali Kıbrısda yaşayan Türklərin sayından artıqdır.
I Dünya Müharibəsində Kıbrıslı Türklərin əksəriyyəti Birləşmiş Krallığın Ordusuna qatılaraq dünyanın müxtəlif yerlərində savaşmış, müharibədən sonra isə Britaniya adasına yerləşmişlər.
1951-ci ildə Türklər, Birləşmiş Krallıkda varlıqlarını qabarıq şəkildə sübut etmək məqsədiylə Kıbrıs Türk Cəmiyyətini yaratmışlar. 1958-ci ildə isə Türkiyənin baş naziri Adnan Menderesin maddi yardımları ilə Oksford Stritdəki dərnək binası alınmış və fəaliyyətlərini orda davam etdirmişlər. Dərnəyin köməyilə Kıbrıs türkləri dəfələrlə mitinqlər keçirmiş türk haqqlarının müdafiəsi uğrunda bir çox işlər görmüşlər...
( Yazıda Türkiyə araştırmaçı yazarlarının məqalələrinə istinad edilmişdir)xeber100.com