11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Kəpəz” komandası Azərbaycan çempionatlarında növbəti oyununu keçirib

“Kəpəz” komandası Azərbaycan çempionatlarında 300-cü ev oyununu keçirib. Bu, Premyer Liqanın III turuna təsadüf edib. Gəncə təmsilçisi öz meydanında “Turan Tovuz”a 0:2 hesabı ilə uduzub. 1992-ci ildən fasilələrlə ölkə çempionatında çıxış edən “Kəpəz” 300 matçda 179 qələbə qazanıb. Öz meydanında 50 heç-heçəsi olan komanda 71 dəfə uduzub. Qeyd edək ki, yalnız üç komanda – “Qarabağ”, “Neftçi” və “Şamaxı” doğma meydanda daha çox oyun keçirib.xeber100.com

Avqust 21, 2023 11:00

Boksçular arasında Avropa birinciliyində final mərhələsinə yekun vurulub

Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində 1/8 final mərhələsinə yekun vurulub. Federasiyadan verilən məlumata görə, 1/4 finala gedən yolda Azərbaycan millisinin daha 2 boksçusu rinqdən qələbə ilə ayrılıb. Toğrul Quliyev (57 kq) Sonni Hollinqsvortla (İngiltərə) üz-üzə gəlib. Boksçumuz rəqibini 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Səftər Məmmədzadə (90 kq) də 1/8 final səddini uğurla adlayıb. Yan Vimzalla (İBAC) döyüşən təmsilçimiz 5:0 (30:26, 30:24, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib. Bununla da Avropa birinciliyində 1/4 finalda mübarizə aparacaq boksçularımızın sayı 9-a çatıb. Quliyev və Məmmədzadə ilə yanaşı, Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq), İsmayıl Vəliyev (70 kq), Hüseyn Abdiyev (80 kq) və Mədinə Məmmədova (60 kq) yarımfinal üçün mübarizə aparacaq. Qeyd edək ki, Avropa birincililiyi avqustun 25-də yekunlaşacaq.xeber100.com

Avqust 21, 2023 10:58

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində

AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçiriləcək Azərbaycan – Belçika oyununun biletləri satışa çıxarılıb. AFFA-nın rəsmi saytı xəbər verir ki, biletlərin qiyməti 5 (II kateqoriya), 10 (I kateqoriya) və 50 AZN (VİP) təşkil edir. Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.xeber100.com

Avqust 21, 2023 10:56

Voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar keçiriləcək

Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar keçiriləcək. Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level 2 seminarı 11-15 sentyabr tarixlərində Azərbaycan Voleybol Federasiyasında təşkil olunacaq. FIVB-nin müəyyən etdiyi şərtlərə görə, seminarda yaşı 18-dən yuxarı olan və milli federasiyalar tərəfindən tövsiyə edilən mütəxəssislər iştirak edə bilərlər. İştirakçılar ingilis dilini bilməli, həmçinin onlar sağlam, fiziki və məşqçilik bacarıqlarına sahib olmalıdırlar. FIVB-nin tələblərinə görə, əvvəlki Level kursunu ən azı 2 il öncə keçmiş mütəxəssislər seminara qatıla bilərlər. Qeyd edək ki, FIVB-nin Bakıda Level 1 seminarı bu il 3-7 iyul tarixlərində keçirilib.xeber100.com

Avqust 21, 2023 10:54

Dünya Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib

Bakıda keçirilən Dünya Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, Azərbaycan təmsilçisi Nicat Abasov beşqat dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gəlib. İlk oyunda uduzan Nicata cavab oyununda mütləq qələbə lazım idi. Ağ fiqurlarla mübarizə aparan Nicat Abasov Maqnus Karlsenlə heç-heçə oynayıb. Ümumi nəticə 0,5-1,5 hesabı ilə uduzan Nicat avqustun 22-də üçüncü yer uğrunda mübarizə aparacaq. Qeyd edək ki, Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.xeber100.com

Avqust 20, 2023 11:16

“Sabah” və “Neftçi” futbol komandaları üz-üzə gəliblər

Azərbaycan Premyer Liqasında III tura yekun vurulub. Bağlanış matçında “Sabah” və “Neftçi” komandaları üz-üzə gəliblər. Həftəiçi UEFA Konfrans Liqasında rəqiblərinə məğlub olaraq avrokuboklarla vidalaşan Bakı təmsilçiləri “Bank Respublika Arena”da qarşılaşıblar. Əliyar Ağayevin idarə etdiyi paytaxt derbisində hesabı meydan sahibləri açıb. 43-cü dəqiqədə Boyan Letiç dəqiq zərbə vurub. Fasilədən sonra “status-kvo” bərpa olunub. 49-cu dəqiqədə “Sabah”ın müdafiəçisi Con İrasabal avtoqol müəllifi olub. Görüş 1:1 hesabı ilə başa çatıb. “Sabah”ın baş məşqçisi Murad Musayev son dəqiqələrdə qırmızı vərəqə alıb. Bu nəticədən sonra “Sabah” xallarının sayını 4-ə, “Neftçi” isə 2-yə yüksəldib. Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Kəpəz”i (2:0), “Sumqayıt” “Qəbələ”ni (2:1), “Zirə” “Səbail”i (2:1) səfərdə, “Qarabağ” isə “Araz-Naxçıvan”ı (2:1) öz meydanında məğlub edib. Premyer Liqada IV turun oyunları avqustun 25-27-də keçiriləcək.xeber100.com

Avqust 20, 2023 11:00

Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib. İlk iki turda məğlub olan "Qəbələ" öz meydanında "Sumqayıt"ı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Gənclik şəhəri" təmsilçisindən qolları 3-cü dəqiqədə İsa Suliman, 31-ci dəqiqədə Kamran Əliyev vurublar. Meydan sahiblərinin heyətində isə 53-cü dəqiqədə Osama Xalayla fərqlənib. Bu qələbədən sonra xallarını 6-ya çatdıran "Sumqayıt" zirvəyə yüksəlib. Xalı olmayan "Qəbələ" isə sonuncu pillədə qərarlaşıb. Günün digər oyununda "Səbail" "Zirə" ilə qarşılaşacaq. Qeyd edək ki, III turun açılış oyununda "Turan Tovuz" "Kəpəz"ə 2 cavabsız qolla qalib gəlib. Tura avqustun 10-da keçiriləcək "Qarabağ" "Araz-Naxçıvan" və "Sabah" - "Neftçi" matçları ilə yekun vurulacaq.xeber100.com

Avqust 19, 2023 11:21

Azərbaycan milli komandası növbəti oyununu keçirib

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatında növbəti oyununu keçirib. Ataman Güneyligilin başçılıq etdiyi kollektiv “C” qrupundakı ikinci matçında ev sahibi Almaniya ilə qarşılaşıb. Görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimiz qrupdakı ilk görüşündə Çexiya yığmasını böyük hesabla məğlub edib – 3:0. “C” qrupunun digər matçında İsveç seçməsi Yunanıstana 1:3 hesabı ilə uduzub. İlk iki turdan sonra aktivində üç xalı olan Azərbaycan millisi üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, sentyabrın 3-dək davam edəcək qitə çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Qrupda ilk dörd pilləni tutan ölkələr 1/8 finala yüksələcəklər.xeber100.com

Avqust 19, 2023 11:19

“Partizan” və “Sabah” komandaları arasında ikinci hissə start götürüb

Serbiyada "Partizan" və "Sabah" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda ikinci hissə start götürüb. İlk yarıdan sonra meydan sahibləri hesabda öndədirlər - 1:0. Qarşılaşmada yeganə qolu 30-cu dəqiqədə Mateus Saldanya vurub. Komandalar meydana aşağıdakı heyətlərlə çıxıblar: "Partizan": 1. Aleksandar Yovanoviç,2. Arandel Stoykoviç, 3. Mixaylo İliç, 6. Svetozar Markoviç (k), 5. Nikola Antiç, 40. Kristian Beliç, 8. Frank Kanute, 10. Bibras Natço, 7. Severina Xander, 9. Kvinsi Meniq11. Mateus Saldanya Baş məşqçi: İqor Dulyay "Sabah": 1. Yusif İmanov, 2. Amin Seydiyev, 24. Maruan Hadudi, 44. Sofian Çakla (k), 7. Boyan Letiç, 15. Kristian da Silva, 10. Aleksey İsayev, 12. Vensan Till, 9. Anatoli Nuriyev, 27. Jarl Marqarita, 18. Davit Volkov Baş məşqçi: Murad Musayev Qeyd edək ki, Bakıdakı ilk matçda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.xeber100.com

Avqust 18, 2023 2:52

Milli komandamız Avropa çempionatında mübarizəyə başlayacaq

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatında mübarizəyə başlayacaq. Ataman Güneyligilin başçılıq etdiyi kollektiv C qrupundakı ilk oyununda Çexiya yığması ilə qarşılaşacaq. Almaniyanın Düsseldorf şəhərində oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Bu qrupun digər matçında Türkiyə seçməsi İsveçi sınağa çəkəcək. Qeyd edək ki, C qrupunda Azərbaycan, Çexiya, Türkiyə və İsveçlə yanaşı, Almaniya və Yunanıstan komandaları da mübarizə aparacaq. Sentyabrın 3-dək davam edəcək qitə çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir. Qrupda ilk 4 pilləni tutan ölkələr 1/8 finala yüksələcəklər.xeber100.com

Avqust 18, 2023 2:49
    Page 13 of 831« First«...1112131415...203040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az