Güləşçilər arasında dünya çempionatı keçiriləcək

İyulun 29-dan avqustun 4-dək Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı keçiriləcək.Azərtac Azərbaycan Güləş Federasiyasının saytına istinadla xəbər verir ki, ilk günlərdə mübarizə aparacaq sərbəst güləşçilərimiz böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Yaşar Əliyevin rəhbərliyi ilə çıxış edəcəklər. Heyətdə Murad Haqverdiyev (45 kq), Cavid Cavadov (48 kq), Riad Aslanov (51 kq), Zirəddin Bayramov (55 kq), Fərhad Kərimli (60 kq), Cəbrayıl Hacıyev (65 kq), Məmmədəli Əliyev (71 kq), Fərid Cabbarov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) yer alıblar.Yeniyetmə qızların yarışında ölkəmizi böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Zenfira Həşimova (43 kq), Gültəkin Şirinova (46 kq), Nərgiz Səmədova (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Firuzə Məcidova (61 kq) və Nigar Mirzəzadə (65 kq) təmsil edəcəklər.Mundialın son günlərində böyük məşqçi Taleh İsrafilov və məşqçi Rasim Ağayevin rəhbərliyi ilə mübarizəyə qoşulacaq yunan-Roma güləşi üzrə millimizin tərkibinə Fərid Sadıxlı (45 kq), Ziya Babaşov (48 kq), Elmir Əliyev (51 kq), Nihat Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq), Xasay Həsənli (65 kq), Rauf Əliyev (71 kq) və Laçın Vəliyev (92 kq) daxil edilib.Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Zaur Şərifov da ədaləti qoruyacaq.xeber100.com

İyul 28, 2019 11:35

“Barselona” futbol klubu braziliyalı yarımmüdafiəçini transfer edəcək

İspaniyanın “Barselona” futbol klubu braziliyalı yarımmüdafiəçi 27 yaşlı Filipp Koutinyonu 120 milyon avroya satmaq niyyətindədir. “Qazeta.Ru” saytı bu haqda “Mundo Deportivo” nəşrinə istinadla məlumat verib.İspaniya komandasının rəhbərliyi bu oyunçunun transferinə görə ən azı bu məbləği almağı nəzərdə tutur ki, klub həmin futbolçunu alarkən çəkdiyi xərclərin əvəzi çıxsın.Yarımmüdafiəçinin transferinin bütün məbləği 135 milyon avroya bərabərdir. Bu məbləğdən 120 milyon avro Koutinyonun keçidi üçün qiymət, daha 15 milyon avro bonuslar şəklində müəyyən edilib.Azərtac xəbər verir ki, braziliyalı futbolçu ildə 14 milyon avro alır. “Barselona”nın rəhbərliyi hesab edir ki, Koutinyonu almağa yalnız İngiltərənin “Mançester Siti” və ya “Mançester Yunayted”, həmçinin Fransanın “Pari Sen-Jermen” komandalarının imkanı ola bilər.Yarımmüdafiəçi keçən mövsümdə iştirak etdiyi bütün turnirlərdə 54 matç keçirib, bu oyunlarda 11 qol vurub və 5 uğurlu ötürmə edib. O, “Barselona” komandasının heyətində iki dəfə İspaniya çempionu, İspaniya Kubokunun və İspaniya Superkubokunun sahibi olub.Koutinyo Braziliya yığmasının heyətində 55 görüş keçirib, bu oyunlarda 15 qol vurub. Onun aktivində bu il Amerika Kubokunun qızıl medalı da var.xeber100.com

İyul 26, 2019 2:08