02 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futbolçular arasında keçirilən dünya çempionatının finalçıları bəlli olub

Avstraliyada qadın futbolçular arasında keçirilən dünya çempionatının finalçıları bəlli olub. Sidneydəki “Avstraliya” stadionunda baş tutan ikinci yarımfinal oyununda Avstraliya və İngiltərə milli komandaları qarşılaşıblar. Rəqibinə 3:1 hesabı ilə qalib gələn Avropa təmsilçisi finala vəsiqə qazanaraq İspaniyaya rəqib olub. Qeyd edək ki, həlledici qarşılaşma avqustun 20-də keçiriləcək.xeber100.com

Avqust 16, 2023 1:17

Dünya Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/8 final mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan şahmatçısı Nicat Abasov qara fiqurlarla Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Saleh Salemlə qarşılaşıb. İlk partiyada olduğu kimi cavab oyununda da Nicat Abasov qələbə qazanıb. Bununla da Azərbaycan şahmatçısı karyerasında ilk dəfə Dünya Kubokunda 1/4 finala vəsiqə qazanıb. Şahmatçımızın növbəti rəqibi Yan Nepomnyaşi (FIDE) - Santoş Vidit (Hindistan) cütünün qalibi olacaq.xeber100.com

Avqust 14, 2023 11:36

Türkiyə Super Liqası: “Fənərbağça” “Qaziantep”i qəbul edib

Türkiyə Super Liqasının ilk turunda “Fənərbağça” “Qaziantep”i qəbul edib. Kadıköylülər bosniyalı hücumçu Edin Cekonun 3 və 18-ci dəqiqələrdə vurduğu qollar sayəsində qələbə qazanıblar. Qarşılaşmanın 23-cü dəqiqəsində qonaqların rumıniyalı yarımmüdafiəçisi Aleksandru Maksim qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Birinci hissənin əlavə edilmiş dəqiqələrində “qırmızı-qaralar” hesabdakı fərqi minimuma endirsələr də, bundan artığına gücləri çatmayıb. Matç “Fənərbağça”nın 2:1 hesabı ilə başa çatıb. Qeyd edək ki, növbəti turda “Fənərbağça” “Yılport Samsunspor”la qarşılaşacaq, “Qaziantep” isə “Sivasspor”u qəbul edəcək.xeber100.com

Avqust 14, 2023 11:35

Azərbaycan komandası Paraqvay şahmatçılarını 4-0 hesabı ilə məğlub edib

Niderlandın Eyndhoven şəhərində yeniyetmələrin Ümumdünya Şahmat Olimpiadasına start verilib. İlk turda Azərbaycan komandası Paraqvay şahmatçılarını 4-0 hesabı ilə məğlub edib. Qeyd edək ki, Azərbaycan komandasında Read Səmədov, Xaqan Əhməd, Cahandar Azadəliyev və Nərmin Abdinova çıxış edir. Komandanın kapitanı Fərid Abbasovdur. Yarışda 47 ölkədən 63 komanda mübarizə aparır.xeber100.com

Avqust 14, 2023 11:33

Millimiz Belarusda keçirilən II MDB Oyunlarında 4-cü yeri tutub

Azərbaycan millisi Belarusda keçirilən II MDB Oyunlarında 4-cü yeri tutub. Yığma yarışı 62 medalla başa vurub. İdmançılarımız 10 qızıl, 17 gümüş, 35 bürünc medal əldə ediblər. II MDB Oyunlarında komanda hesabında ən yaxşı nəticəni 288 medalla (149 qızıl, 89 gümüş, 50 bürünc) Rusiya yığması göstərib. Belarus millisi 236 medalla (48 qızıl, 78 gümüş, 110 bürünc) ikinci, Özbəkistan isə 106 medalla (28 qızıl, 25 gümüş, 53 bürünc) üçüncü yeri tutub. Qeyd edək ki, III MDB Oyunları 2025-ci ildə Azərbaycanın ən böyük ikinci şəhəri olan Gəncədə keçiriləcək.xeber100.com

Avqust 14, 2023 11:30

“Zirə” futbol klubu daha bir futbolçusu ilə yollarını ayırıb

“Zirə” daha bir futbolçusu ilə yollarını ayırıb. Klub bildirir ki, müdafiəçi Slavik Alxasov paytaxt təmsilçisini tərk edib. Otuz yaşlı cinah oyunçusu ilə 2024-cü ilin yayına qədər qüvvədə olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, Slavik Alxasov 2022/2023 mövsümündə Premyer Liqada 20 oyun keçirib.xeber100.com

Avqust 11, 2023 1:33

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində

Avqustun 10-da “Neftçi” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda İstanbulun “Beşiktaş” komandası ilə qarşılaşıb. “Neftçi Arena”da keçirilən oyunda “Ağ-qaralar” 1:3 hesabı ilə uduzublar. Matçın birinci hissəsində iki qol vuran qonaqlar fasiləyə qələbə ilə yollanıblar. İstanbul təmsilçisinin heyətində Vinsent Abubakar (14) və Cekson Muleka (23) fərqləniblər – 2:0. Qarşılaşmanın 62-ci dəqiqəsində Salih Uçan komandasının üçüncü topunu “Neftçi”nin qapısından keçirib. Oyunun 79-cu dəqiqəsində “Neftçi” vurulan qollardan birinin əvəzini çıxmağa nail olub. Bakılıların fransalı yarımmüdafiəçisi Kilan Lebon adını tabloya yazdırıb – 1:3. Görüş bu hesabla da başa çatıb. Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 17-də oynanılacaq.xeber100.com  

Avqust 11, 2023 1:30

Futbolçulardan ibarət millimiz yoxlama görüşləri keçirəcək

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Monteneqro ilə yoxlama görüşləri keçirəcək. AFFA-nın rəsmi saytı xəbər verir ki, oyunların tarixi və yeri də artıq bəllidir. Bakıda təlim-məşq toplanışına başlayan U-17 monteneqrolu həmyaşıdları ilə avqustun 15-də və 18-də üz-üzə gələcək. Hər iki qarşılaşma “Dalğa Arena”da keçiriləcək və saat 18:30-da başlayacaq.xeber100.com

Avqust 11, 2023 1:27

Voleybolçulardan ibarət millimiz üç yoxlama oyunu keçirib

Avropa çempionatına hazırlıqları davam etdirən qadın voleybolçulardan ibarət millimiz Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində üç yoxlama oyunu keçirib. Bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib. Komandamız ilk yoxlama matçında Kamerun yığması ilə qarşılaşıb və oyun 2:2 hesabı ilə yekunlaşıb. Qızlarımız növbəti iki yoxlama oyununu isə yerli yığmaya qarşı keçiriblər. Qarşılaşmaların birində Sloveniya yığması 3:1 hesabı ilə qalib gəlib. Növbəti qarşılaşma isə komandamızın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, millimiz Sloveniyada daha bir yoxlama görüşü keçirəcək və rəqib Macarıstan yığması olacaq.xeber100.com

Avqust 11, 2023 1:25

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin növbəti oyunları keçirilib. Bu mərhələnin ikinci oyun günündə 3 matç oynanılıb. Fransa "Marsel"i Yunanıstanda "Panatinaikos"a gözlənilmədən məğlub olub – 0:1. İsrailin "Makkabi" (Hayfa) klubu səfərdə Slovakiyanın "Slovan" komandasına qalib gəlib - 2:1. Şotlandiyanın "Reyncers" komandası isə öz meydanında İsveçrə "Servett"indən eyni hesabla üstün olub - 2:1. Qeyd edək ki, komandalar arasında cavab görüşləri gələn həftə oynanılacaq.xeber100.com

Avqust 10, 2023 11:11
    Page 14 of 830« First«...1213141516...203040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az