05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Səbail” futbol klubu öz meydanında “Zirə”ni qəbul edib

Sentyabrın 12-də futbol üzrə Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümünün II turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, turun ikinci oyun günündə “Səbail” klubu öz meydanında “Zirə”ni qəbul edib.Qarşılaşma zirəlilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hesab 47-ci dəqiqədə açılıb. “Zirə”nin futbolçusu Davit Volkov fərqlənib. Qoldan 20 dəqiqə sonra “Zirə” hesab arasında fərqi iki topa çatdırıb. Hakimin təyin etdiyi penaltini Ruslan Qurbanov dəqiq zərbə ilə tamamlayıb.Beləliklə, “Zirə” mövsümdə Rəşad Sadıqovun rəhbərliyi altında ilk qələbəsini qazanıb.Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran “Zirə” turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Səbail” isə ardıcıl ikinci məğlubiyyətini qazanaraq xalsız qalıb.Xatırladaq ki, turun ilk oyun günündə “Neftçi” klubu “Sumqayıt”a məğlub olub. “Qarabağ”-“Keşlə” oyununda isə qalib müəyyənləşməyib - 0:0.Tura ayın 13-də baş tutacaq “Sabah”–“Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.xeber100.com

Sentyabr 13, 2020 1:36

İngiltərə Premyer Liqasının 2020-2021-ci il mövsümündə

Sentyabrın 12-də futbol üzrə İngiltərə Premyer Liqasının 2020-2021-ci il mövsümünün I turunun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, turun ilk oyun gününün növbəti oyununda son çempion “Liverpul” öz meydanında debütant “Lids Yunayted” komandasını qəbul edib.Məhsuldarlığı ilə seçilən görüş meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb.“Liverpul”un heyətində Məhəmməd Salah (4, 33, 88), Viljil van Deyk (20), “Lids Yunayted”in isə Jak Harrison (12), Patrik Bamford (30) və Mateusz Kliç (66) fərqləniblər.Günün digər görüşündə “Kristal Palas” öz meydanında “Southemton” komandasını (1:0), “Arsenal” isə səfərdə “Fulhem” klubunu məğlub edib - 3:0.Turun ilk oyun gününün son görüşü “Vest Ham Yunayted” və “Nyukasl Yunayted” komandaları arasında olacaq.xeber100.com

Sentyabr 13, 2020 1:33

Tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində

Sentyabrın 12-də tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində (US Open) qadınlar arasında final görüşü keçirilib.Azərtac xəbər verir ki, ümumi mükafat fondu 54,4 milyon dollar olan turnirin həlledici görüşündə Yaponiya tennisisçisi Naomi Osaka və belaruslu Viktoriya Azarenko üz-üzə gəlib.Görüş yaponiyalı idmançının qələbəsi ilə başa çatıb - 1:6, 6:3, 6:3.İyirmi iki yaşlı tennisisçi karyerasında ikinci dəfə “US Open” turnirinin qalibi adını qazanıb.O, sonuncu dəfə 2018-ci ildə bu titula yiyələnib.Bu titulun son qalibi kanadalı tennisçi Byanka Andresku olub.Qeyd edək ki, yarımfinal mərhələsində Naomi ABŞ idmançısı Jennifer Bredini (6:7, 6:3, 3:6), Viktoriya Azarenko isə turnirin altıqat qalibi Serena Vilyamsı (6:7, 6:3, 3:6) məğlub edib.xeber100.com

Sentyabr 13, 2020 1:26

Türkiyə çempionatının birinci turunun ikinci oyun günündə

Sentyabrın 12-də futbol üzrə Türkiyə çempionatının birinci turunun ikinci oyun günündə "Qalatasaray" doğma meydanda "Qaziantep"i qəbul edib.Azərtac xəbər verir ki, "Türk Telekom" stadionunda keçirilən görüşə meydan sahibləri fəal başlayıblar. Qarşılaşmanın 8-ci dəqiqəsində İstanbul təmsilçisinin hücumçusu Radamel Falkao hesabı açıb. İstanbullular matçın 28-ci və 40-cı dəqiqələrində fərqlənərək komandalarının qələbəsini rəsmiləşdiriblər. "Qalatasaray"ın qollarını Emre Kılınç və Radamel Falkao vurub. "Qaziantep" vurulan qollardan birinin əvəzini çıxsa da məğlubiyyətdən xilas ola bilməyiblər.Beləliklə, "Qalatasaray" Türkiyə çempionatının birinci turuna qələbə ilə başlayıb.Yeni mövsümdə Superliqada 21 komanda yarışır. Birinci turda "Konyaspor" istirahət edir.Turun digər oyunlarında "Fatih Karagümrük" doğma meydanda "Yeni Malatyaspor"un qapısından üç cavabsız qol keçirib. "Sivasspor" isə öz meydanında "Alanyaspor"a iki cavabsız qolla uduzub. "Göztəpə" isə "Dənizlispor"u 5:1 hesabı ilə darmadağın edib.Turun digər matçları sentyabrın 13-də "Ankaragücü" - "Ərzurumspor", "Kayserispor" - "Kasımpaşa", "Antalyaspor" – "Gənclərbirliyi" və b.xeber100.com    

Sentyabr 13, 2020 1:13

21 Sentyabr -Sülh Gününə həsr olunmuş futbol turniri keçiriləcək

21 Sentyabr - Ümumdünya Sülh Gününə həsr olunmuş futbol turniri keçiriləcək.Azərtac xəbər verir ki, Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə keçiriləcək turnirdə həm sağlam, həm də sağlamlıq imkanları məhdud idmançılar birgə mübarizə aparacaqlar.Turnir sentyabrın 16-da Şağan Olimpiya İdman Kompleksində təşkil olunacaq.xeber100.com

Sentyabr 12, 2020 7:33

Azərbaycan Premyer Liqasında ikinci turun növbəti oyunu keçirilib

Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci turun növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, turun ilk oyun gününün ikinci matçında son çempion “Qarabağ" klubu səfərdə “Keşlə”nin qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran “Qarabağ” liderliyini qoruyub. Eyni xala malik “Keşlə” isə 2-ci pillədə qərarlaşıb.Günün digər oyununda “Neftçi” öz meydanında “Sumqayıt”a 0:2 hesabı ilə uduzub.Qeyd edək ki, tura sentyabrın 12-də keçiriləcək “Səbail”- “Zirə” və sentyabrın 13-də baş tutacaq “Sabah” – “Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.xeber100.com

Sentyabr 12, 2020 7:30

“Paris Sen-Jermen” futbol klubu heyətinə yeni müdafiəçi cəlb edib

Fransanın “Paris Sen-Jermen” futbol klubu heyətinə yeni müdafiəçi cəlb edib.Azərtac xəbər verir ki, Paris təmsilçisi İtaliyanın “Roma” komandasının müdafiəçisi Alessandro Florenzini 2020-2021-ci il mövsümünün sonunadək icarəyə götürüb. “Paris Sen-Jermen”in 29 yaşlı oyunçu üçün 500 min avro icarə haqqı ödəyib. Klub mövsümün sonunda 9 milyon avro ödəyərək italiyalı futbolçunu birdəfəlik almaq hüququna malikdir.Qeyd edək ki, Florenzi yeni klubunda 24 nömrəli formanı geyinəcək.xeber100.com

Sentyabr 12, 2020 7:28

Tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində

Sentyabrın 12-də tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində (US Open) kişilər arasında ikinci finalçı müəyyənləşib.Azərtac xəbər verir ki, turnirin ikinci yarımfinal görüşündə Danil Medvedev (Rusiya) və Dominik Tim (Avstriya) üz-üzə gəliblər. İki saat 53 dəqiqə davam edən görüş avstriyalı tennisçinin qələbəsi ilə başa çatıb - 6:2, 7:6 (9:7), 7:6 (7:5).Dominik Tim turnirin həlledici görüşündə almaniyalı Aleksander Zverev ilə qarşılaşacaq.A.Zverev yarımfinalda Pablo Karreno-Busta (İspaniya) üzərində çətin qələbə qazanıb - 6:3, 6:2, 3:6, 4:6, 3:6.Ümumi mükafat fondu 53,4 milyon dollar təşkil edən turnirə sentyabrın 13-də yekun vurulacaq.xeber100.com

Sentyabr 12, 2020 7:26

İngiltərə Premyer Liqasının 2020-2021-ci il mövsümünə start verilib

Sentyabrın 12-də futbol üzrə İngiltərə Premyer Liqasının 2020-2021-ci il mövsümünə start verilib.Azərtac xəbər verir ki, çempionatın açılış matçında “Arsenal” səfərdə “Fulhem” ilə üz-üzə gəlib. London derbisində “topçular” 3:0 hesabı ilə qələbə qazanıblar. Görüşdə hesab 8-ci dəqiqədə açılıb. “Arsenal”ın hücumçusu Aleksandr Lakazet mövsümün ilk qoluna imza atıb. Matçın 49-cu dəqiqəsində Qabriel Dos Santos, 57-ci dəqiqədə isə Pyer-Emerik Obameyanq fərqləniblər.Tura sentyabrın 14-də yekun vurulacaq.xeber100.com

Sentyabr 12, 2020 7:24

“Monako” futbolçusunun “Başakşəhər”ə keçidi rəsmiləşib

Fransanın “Monako” klubunun futbolçusu Naser Şadlinin İstanbulun “Başakşəhər” komandasına keçidi rəsmiləşib.Azərtac klubun saytına istinadla xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Onun yeni klubunda 11 nömrəli forma geyinəcəyi bildirilib.Qeyd edək ki, 31 yaşlı futbolçu 2018-ci ildən “Monako”da oynayıb.xeber100.com

Sentyabr 11, 2020 1:12
    Page 239 of 830« First«...102030...237238239240241...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az