11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Formula 1 Türkiyə Qran-Prisinə 40 min bilet satılıb

Formula 1 Türkiyə Qran-Prisinə 6 saat ərzində 40 min bilet satılıb.Azərtac xəbər verir ki, biletlərin sürətlə satılmasına səbəb onların ucuz olması göstərilir. Belə ki, bu biletlərin hər birinin qiyməti cəmi 30 türk lirəsi təşkil edir.Türkiyə Qran-Prisinin təşkilatçıları yarış üçün, ümumilikdə 100 min bilet satmağı planlaşdırırlar. Bununla belə, epidemioloji vəziyyət pisləşərsə, yarışın boş tribunalarla keçiriləcəyi variantına baxılacaq.Yarışın təşkilatçısı “İntercity” şirkətinin rəhbəri Vural Ak qeyd edib ki, avtodromun tutumu 220 min yerlik olsa da, COVID-19 şəraitində təhlükəsizlik səbəbindən yalnız 100 min bilet satılacaq. O, eyni zamanda, virusun yayılması ilə bağlı vəziyyətin daha da pisləşəcəyi təqdirdə, yarışın tamaşaçısız keçiriləcəyini vurğulayıb.İstanbul trasında keçiriləcək Türkiyə Qran-Prisi noyabrın 15-də baş tutacaq.xeber100.com

Sentyabr 17, 2020 3:42

“Fiorentina” futbol klubu heyətinə yeni futbolçu cəlb edib

“Fiorentina” klubu heyətinə yeni futbolçu cəlb edib.Azərtac xəbər verir ki, İtaliya təmsilçisi “İnter”in yarımmüdafiəçisi Borxa Valero ilə müqavilə imzalayıb. Otuz beş yaşlı oyunçu “Fiorentina”ya azad agent kimi qoşulub. Müqavilənin detalları açıqlanmayıb.Qeyd edək ki, B.Valero 2012-2017-ci illərdə də “Fiorentina”da oynayıb. O, ötən mövsüm “İnter”də 25 matçda 3 qol vurub.xeber100.com

Sentyabr 17, 2020 3:40

Milli Basketbol Assosiasiyasının məlumaatı əsasında…

Milli Basketbol Assosiasiyasının (MBA) müntəzəm çempionatının nəticələrinə əsasən mövsümün debütant oyunçularının rəmzi heyəti açıqlanıb.Azərtac xəbər verir ki, mövsümün ən dəyərli gənc basketbolçusu adını alan “Memfis”in oyun qurucusu Ca Morantla yanaşı, siyahıda onun komanda yoldaşı Brendon Klark, “Mayami”dən Kendrik Nann, “Nyu Orlean”dan Zayon Uilyams və “Qolden Steyt”dən Erik Paskall da yer alıblar.İkinci rəmzi beşlikdə isə “Mayami”də Tayler Hirro, “Toronto”dan Terrens Devis, “Çikaqo”dan Kobi Uayt, “Şarlott”dan Pi Cey Vaşinqton və “Vaşinqton”dan Ryu Xaçimura qərarlaşıblar.xeber100.com

Sentyabr 17, 2020 3:38

Şahmatçıları arasında yoldaşlıq görüşünə start verilib

Azərbaycan və Qazaxıstan şahmatçıları arasında yoldaşlıq görüşünə start verilib.Azərtac xəbər verir ki, onlayn turnirdə hər iki ölkənin 16 yaşadək oğlan və qız şahmatçıları mübarizəyə qoşulub. “Lichess.org” platforması vasitəsilə keçirilən oyunları beynəlxalq qrossmeyster Nicat Abasov şərh edir.xeber100.com

Sentyabr 17, 2020 3:36

Ümumdünya Sülh Gününə həsr olunmuş futbol turniri start götürüb

Sentyabrın 16-da Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə 21 sentyabr - Ümumdünya Sülh Gününə həsr olunmuş oğlanlar arasında futbol turniri start götürüb.Azərtac xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksinin ərazisində açıq havada keçirilən yarışda xüsusi, yardımçı internatlar, sosial müəssisə və inklüziv orta məktəblərin məzunlarından təşkil olunan komandalar iştirak edirlər. Turnirdə ümumilikdə 300-dən çox atlet mübarizə aparır.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə keçirilən turnir 2021-ci ilin beynəlxalq yarışlarına hazırlıq xarakteri daşıyır.xeber100.com

Sentyabr 16, 2020 10:02

UEFA Çempionlar Liqası III təsnifat mərhələsi çərçivəsində

Bu gün Ağdamın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün III təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” komandası ilə qarşılaşacaq.Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüş Kiprdəki “AEK Arena” stadionunda olacaq.Bu oyunun qalibi koronavirus pandemiyası səbəbindən yeni reqlamentə görə, bir oyunla məlum olacaq.Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Scran Yovanoviç olacaq.Ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu (4:0), II təsnifat mərhələsində isə Moldovanın “Şerif” komandasını mübarizədən kənarlaşdırıb - 2:1.“Molde” isə Finlandiyanın KUPS (5:0) və Sloveniyanın “Cele” klublarından güclü olub - 2:1.Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) – “Ferentsvaroş” (Macarıstan) duelinin güclüsü ilə qarşılaşacaq. Pley-off oyunları sentyabrın 22-23-də və 29-30-da keçiriləcək.xeber100.com

Sentyabr 16, 2020 9:59

UEFA Super Kubokunda hakim təyinatları açıqlanıb

UEFA Super Kubokunda “Bavariya” və “Sevilya” arasında keçiriləcək oyuna hakim təyinatları açıqlanıb.Azərtac UEFA-nın saytına istinadən xəbər verir ki, matçın baş hakimi İngiltərə Futbol Federasiyasından Entoni Teylor olacaq. Ona həmyerliləri Qeri Bisuik və Adam Nann köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Orel Qrinfild yerinə yetirəcək.Qeyd edək ki, UEFA Super Kuboku sentyabrın 24-də Budapeştdə keçiriləcək.xeber100.com

Sentyabr 15, 2020 10:04

“Barselona” futbol klubunun yeni transferi müəyyənləşib

İspaniyanın “Barselona” futbol klubunun yeni transferi Miralem Pyaniçin komandada geyinəcəyi formanın nömrəsi müəyyənləşib.Azərtac klubun saytına istinadla xəbər verir ki, 30 yaşlı bosniya və herseqovinalı yarımmüdafiəçi Kataloniya klubunun heyətində 8 nömrəli formanı geyinəcək.Qeyd edək ki, yarımmüdafiəçi yay transfer pəncərəsində İtaliyanın “Yuventus” komandasından “Barselona”ya keçib. Bu transferin qiyməti 60 milyon avro olub. M.Pyaniç ötən mövsümdə İtaliya A Seriyasında “Yuventus”un heyətində iştirak etdiyi 30 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib.xeber100.com

Sentyabr 15, 2020 10:02

“Lill” futbol klubu daha bir türkiyəli futbolçunu transfer edib

Türkiyənin "Qalatasaray" futbol klubu ilə müqavilə müddəti bitən Mustafa Kapı Fransanın "Lill" komandasına transfer olunub.Azərtac Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 18 yaşlı türkiyəli yarımmüdafiəçi ilə uzunmüddətli sözləşmə imzalanıb. Bu keçid üçün "Lill"in "Qalatasaray"a 300 min avro yetişdirmə haqqı ödədiyi bildirilib.Qeyd edək ki, Türkiyə millisinin üzvləri Yusuf Yazıcı ilə Burak Yılmaz da "Lill"ə transfer olunub.xeber100.com

Sentyabr 14, 2020 2:35

Tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində

Sentyabrın 14-də tennis üzrə “Böyük dəbilqə” seriyasından ABŞ açıq turnirində (US Open) kişilər arasında final görüşü keçirilib.Azərtac xəbər verir ki, ümumi mükafat fondu 54,4 milyon dollar olan turnirdə kişilərin yarışının həlledici görüşündə avstriyalı tennisçi Diminik Tim və almaniyalı Aleksander Zverev üz-üzə gəliblər.Görüş Dominik Timin qələbəsi ilə başa çatıb - 2:6, 4:6, 6:4, 6:3, 7:6 (8:6).Turnirin tarixində ilk dəfə çempion beşinci setdəki tay-breyk nəticəsində müəyyənləşib.İyirmi yeddi yaşlı tennisçi karyerasında ilk dəfə “Böyük dəbilqə” seriyasından turnirin qalibi adını qazanıb.O, 2018-ci və 2019-cu illərdə “Roland Garros”, 2020-ci ildə “Australian Open” turnirlərin finalına kimi yüksələ bilib.Qeyd edək ki, Dominik Tim yarımfinalda Rusiya idmançısı Danil Medvedevi (6:2, 7:6, 7:6), Aleksander Zverev isə ispaniyalı Pablo Karrenyo-Bustanı (6:3, 6:2, 3:6, 4:6, 3:6) məğlub ediblər.xeber100.com

Sentyabr 14, 2020 2:31
    Page 239 of 831« First«...102030...237238239240241...250260270...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az