Cüdo üzrə Silahlı Qüvvələr birinciliyi keçirilib

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində cüdo üzrə Silahlı Qüvvələr birinciliyi keçirilib. Yarışda birlik, birləşmə, hərbi hissələri təmsil edən 100-dək idmançı 7 çəki dərəcəsində mübarizə aparıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, çempionatı Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri Fariz Hüseynovun rəhbərliyi ilə hakimlər briqadası idarə edib.Yarışın açılış mərasimi ümummilli liderimiz Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.Müdafiə Nazirliyinin fiziki hazırlıq və idman bölməsinin rəisi, polkovnik Sadiq Paşayev çempionatın açılışında çıxış edərək, orduda şəxsi heyətin fiziki hazırlığının daim diqqət mərkəzində olduğunu qeyd edib.Digər çıxış edənlər bildiriblər ki, hərbi qulluqçuların fiziki cəhətdən möhkəm, güclü olmaları onların döyüş ruhunu daha da artırır. Ordu idmançıları cüdoya da böyük maraq göstərirlər və hər il davamlı yarışlar keçirilir, eləcə də idmançılarımız beynəlxalq yarışlarda uğurla iştirak edirlər.Beynəlxalq dərəcəli hakim Fariz Hüseynov cüdo idman növü və yarışın qaydaları haqqında iştirakçılara ətraflı məlumat verib.Silahlı Qüvvələrin cüdo birinciliyində iştirak edən 13 komanda arasında “Şəmkir”, “Beyləqan” və “Bakı” kollektivləri müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.Çüdoçulardan Natiq Qurbanlı (60 kq), Tural Muradov (66 kq), Çingiz Əhmədov (73 kq), Vasif Talıbov (81 kq), Ruslan Əliyev (90 kq), İslam Abbasov (100 kq) və Tamerlan Əlisultanov (100 kq-dan artıq) Silahlı Qüvvələr birinciyini qələbə ilə başa vurublar.Sonda qalib idmançı və komandalar medal, fəxri fərman və diplomlarla mükafatlandırılıb.Birinci yeri tutmuş komandaya keçici kubok təqdim edilib. Azərbaycan Cüdo Federasiyasının bir qrup hakimi Müdafiə Nazirliyinin rəhbərliyi adından mükafatlandırılıb.xeber100.com

Oktyabr 26, 2017 12:49

Avropa Ədalətli Oyunlar Hərəkatının 23-cü konqresinə start verilib

Oktyabrın 24-də İsrailin Hayfa şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 23-cü konqresinə start verilib.Azərtac xəbər verir ki, konqresdə ölkəmizi Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev təmsil edir.Tədbirin keçirilməsində məqsəd idmanda və ümumiyyətlə, cəmiyyətdə ümumbəşəri dəyərlərin, etik normaların qorunması istiqamətində maarifləndirici işlərin aparılması, idman yarışları zamanı müxtəlif təsirlər altında meydana gələn neqativ hallara qarşı mübarizənin gücləndirilməsi yollarının araşdırılmasına idman mütəxəssislərini və əlaqədar şəxsləri cəlb etmək və müsbət nümunələri dəyərləndirərək cəmiyyətə çatdırmaqdır.“İdman barışıq vasitəsidir” mövzusuna həsr olunan konqresdə idman mütəxəssislərinin məruzələri dinləniləcək.Tədbirin açılış mərasimində MOK-un vitse-prezidenti Xəzər İsayev Hayfa şəhərinin meri Yona Yahava Azərbaycan Milli Olimpiya Komitəsinin xatirə hədiyyəsini təqdim edib. AzƏOK sədri Azərbaycan dövləti tərəfindən Ədalətli Oyunlar Hərəkatının inkişafına verilən dəstək, bu sahədə görülən işlər barədə məlumat verib. O, Avropa qurumu ilə əlaqələrin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib.Konqresə oktyabrın 26-da yekun vurulacaq.xeber100.com

Oktyabr 25, 2017 12:29

Milli Karate Federasiyasının məlumatına əsasən…

Yeniyetmə və gənclərdən ibarət karate üzrə Azərbaycanın milli komandasının üzvləri İspaniyada keçiriləcək dünya çempionatında mübarizə aparacaqlar.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a bildirilib ki, oktyabrın 25-28-də yeniyetmə və gənc karateçilər arasında Tenerifedə təşkil ediləcək yarışda 12 idmançımız iştirak edəcək.Karateçilərdən Fərid Ağayev (52 kq), Rəvan Bağırov (63 kq) və Namiq Quliyev (70 kq) 14-15 yaşlı yeniyetmələr arasında, Müseyib Məmmədov (55 kq), Hümmət Baxşəliyev (61 kq) və Fidan Teymurova (48 kq) 16-17 yaşlı gənclərin yarışında tatamiyə çıxacaq. 18-20 yaşlı gənclərin turnirində isə Elcan Məmmədrzayev (60 kq), Murad Balakişiyev (68 kq), Murad Hacızadə (84 kq-dan yuxarı), Asya Məlikova (50 kq-dan yuxarı) və Fəridə Əliyeva (68 kq-dan yuxarı), həmçinin Roman Heydərov (kata) mübarizə aparacaq.Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi nümayəndə heyətində 18 yaşadək yeniyetmə və gənclərdən ibarət komandanın baş məşqçisi Anar Allahverdiyev və beynəlxalq hakim Cahangir Babayev də yer alıblar.İki ildən bir keçirilən dünya çempionatına 109 ölkədən 1710 karateçi qatılacaq. Bu yarış, həmçinin gələn il Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya verən üç seçmə turnirdən ikincisidir.Dünya Karate Federasiyası texniki komitəsinin üzvü və Avropa Karate Federasiyasının idarə heyətinin üzvü Y.Bəşirov yarışdan əvvəl beynəlxalq təşkilatın konqresində iştirak edəcək.xeber100.com

Oktyabr 25, 2017 12:21