04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürüb

Oktyabrın 26-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürüb.Azərtac xəbər verir ki, Azərbaycan milli komandası yarışın ilk günündə aktivinə bir medal yazdırıb. Altmış altı kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Şıxəlizadə finaladək Çin, Moldova, Gürcüstan və Rusiya idmançılarına qalib gəlib. İdmançımız həlledici görüşdə israilli Tal Flikerə uduzaraq gümüş medala sahib olub.Qeyd edək ki, 47 ölkədən 277 idmançının (172 kişi, 105 qadın) mübarizə apardığı birincilikdə Azərbaycan milli komandası 11 cüdoçu (8 kişi, 3 qadın) ilə təmsil olunur.xeber100.com

Oktyabr 27, 2017 12:08

Futbol üzrə UEFA Çempionlar Liqası çərçivəsində

Oktyabrın 18-də futbol üzrə UEFA Çempionlar Liqası çərçivəsində Bakıda keçirilən “Qarabağ”-“Atletiko” matçından sonra Madrid klubunun oyunçusu Yannik Karrasko İspaniya mətbuatının diqqət mərkəzinə düşüb.Bu ölkənin “okdiario.com” portalı yazır ki, oyunun 70-ci dəqiqəsində əvəzlənən Karraskonun meydandan çıxarkən tələsməməsi narazılıqla qarşılanıb. O, əvəz edilməsinə narazılığını belə ifadə edibmiş.Klubun baş məşqçisi Dieqo Simeone İspaniya çempionatında “Selta” ilə oyun ərəfəsindəki keçirdiyi mətbuat konfransında bu barədə danışıb. O deyib ki, belçikalı oyunçu ilə bu barədə söhbət edib. “Qarabağ”la oyun turnir cədvəli baxımından çox vacib olsa da, “Atletiko”nun 10 nömrəli futbolçusu davranışı ilə bunu anladığını hiss etdirmirdi.Yannik Karraskonun əvəzlənməsindən narazılıq etməsi və bunu açıq şəkildə büruzə verməsi ilk dəfə deyil. Belə hal ötən mövsümdə də baş verib.xeber100.com

Oktyabr 27, 2017 12:06

Azərbaycan Premyer Liqasında X tura start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək.Azərtac xəbər verir ki, ilk oyun günündə lider “Qarabağ” doğma meydanda “Səbail”i qəbul edəcək. “Azərsun Arena”da keçiriləcək matçı Rəvan Həmzəzadə idarə edəcək.“Qarabağ” 19 xalla turnir cədvəlinə başçılıq edir. “Səbail” klubu isə doqquz xalla altıncı pillədədir.Qeyd edək ki, turun ikinci günündə “Kəpəz” komandası “İnter”in qonağı olacaq. Görüş “İnter Arena”da keçiriləcək. Günün növbəti qarşılaşmasında “Zirə” və “Qəbələ” klubları Zirə Olimpiya İdman Kompleksində üz-üzə gələcəklər.Turun sonuncu günündə - oktyabrın 29-da “Bakcell Arena”da “Neftçi və “Sumqayıt” klubları qarşılaşacaqlar.xeber100.com

Oktyabr 27, 2017 12:04

PSJ klubuna 45 milyon avro təklif edilib

PSJ futbol klubunun yarımmüdafiəçisi Anxel Di Mariya “Milan”ın maraq dairəsinə düşüb.Azərtac xəbər verir ki, İtaliya klubu tanınmış futbol agenti Jorje Mendeşdən transferi təşkil etməyi xahiş edib. Argentinalı futbolçu PSJ-nin əsas heyətində yerini itirib və yalnız matçın sonlarında meydana çıxır.Bir neçə gün əvvəl Mendeş parislilərin idman direktoru Anter Enrike ilə görüşərək təklifi irəli sürüb. “Milan” Di Mariya üçün 45 milyon avro ödəməyə hazırdır.xeber100.com

Oktyabr 27, 2017 12:02

“Qlazqo Reyncers” futbol klubu baş məşqçi ilə yollarını ayırıb

“Qlazqo Reyncers” futbol klubu baş məşqçi Pedru Kayşinya ilə yollarını ayırıb.Azərtac xəbər verir ki, portuqaliyalı mütəxəssisin vəzifəsindən uzaqlaşdırılacağı barədə xəbərlər xeyli müddət idi səngimək bilmirdi. Onun işinə son veriləcəyi barədə xəbərlər “Qlazqo Reyncers”in Liqa Kubokunda mübarizəni dayandırmasından sonra yayılmışdı.Premyer Liqanın son turunda “Kilmarnok” klubuna məğlubiyyət Kayşinyanın qovulması ilə nəticələnib.Qeyd edək ki, 46 yaşlı mütəxəssisin rəhbərliyi altında 26 oyuna çıxan Şotlandiya təmsilçisi 14 matçda qələbə qazanıb.xeber100.com

Oktyabr 27, 2017 11:51

“Yuqra Kuboku” beynəlxalq turniri keçiriləcək

Rusiyanın Nefteyuqansk şəhərində Vladimir Semyonovun şərəfinə güləş üzrə “Yuqra Kuboku” beynəlxalq turniri keçiriləcək.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, 14-cü dəfə keçirilən turnirdə sərbəst güləş üzrə böyüklərdən ibarət yığmamızın üzvləri də iştirak edəcəklər. Oktyabrın 28-də start götürəcək turnir iki gün davam edəcək.Məşqçilər Vahid Məmmədovun və Qılman Novruzovun rəhbərliyi altında qonşu ölkəyə 7 güləşçimiz yollanacaq. Heyətdə Mahir Əmiraslanov (57 kq), Ruslan Qasımov (61 kq), Mahal Novruzov (65 kq), Coşqun Əzimov (70 kq), Orxan Abbasov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbek Alborov (97 kq) yer alıblar.Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.Oktyabrın 28-də 57, 65, 74 və 97 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Bir gün sonra isə 61, 70, 86 və 125 kiloqram çəki dərəcələrində mübarizə aparan güləşçilər xalça üzərinə çıxacaqlar.xeber100.com

Oktyabr 26, 2017 2:34

“Sauthempton” futbol klubu yeni müqavilə imzalayıb

“Sauthempton” futbol klubunun baş məşqçisi Klod Pyuel “Lester” ilə müqavilə imzalayıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, fransalı mütəxəssislə 2020-ci ilədək müqavilə imzalanıb. “Lester” “Everton” ilə oyuna Klod Pyuelin rəhbərliyi altında çıxacaq.Daha əvvəl klub rəhbərliyi komandanın uğursuz çıxışına görə baş məşqçi Kreyq Şekspiri istefaya göndərmişdi. Kreyq Şekspirin gedişindən sonra “Lester” Maykl Eppltonun rəhbərliyi altında iki oyun keçirib.Qeyd edək ki, “Lester” İngiltərə çempionatında 9 turdan sonra 9 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.xeber100.com

Oktyabr 26, 2017 2:29

Milli Karate Federasiyasının məlumatına əsasən…

Noyabrın 24-də yeniyetmələr və gənclər arasında karate üzrə 18-ci respublika birinciliyi və böyüklər arasında 25-ci ölkə çempionatı başlayacaq.Azərtac Azərbaycan Milli Karate Federasiyasının saytına istinadən xəbər verir ki, çempionatın keçirilməsində məqsəd idmanın bu növünü inkişaf etdirmək, idmançı və hakimlərin ustalıq səviyyəsini artırmaq və beynəlxalq turnirlərdə, dünya və Avropa çempionatlarında iştirak etmək üçün yığma komandaya namizədləri seçməkdir.Yarışların keçirilməsinə ümumi rəhbərliyi Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate-Do Federasiyası Assosiasiyası və Milli Karate Federasiyası edir.Bakı İdman Sarayında keçiriləcək yarış noyabrın 26-dək davam edəcək.xeber100.com

Oktyabr 26, 2017 2:27

Şahmat üzrə beşinci turun oyunları keçiriləcək

Sankt-Peterburqda Mixail Çiqorinin xatirəsinə həsr edilmiş 24-cü memorialda 4 turdan sonra 6 şahmatçı 100 faiz nəticə göstərib.Azərtac xəbər verir ki, Rusiya Kubokunun bir mərhələsi sayılan bu memorialda 26 iştirakçının hərəsi 3,5 xal, 42 şahmatçının hərəsi 3 xal toplayıb. Azərbaycan şahmatçılarından qrossmeyster Azər Mirzəyev, beynəlxalq usta Nail Bəşirli və Atilla Eynullayevin hərəsinin aktivində hərəyə 2,5 xal, Xəzər Babazadə, Aydın Süleymanlı, Əhməd Əhmədzadə, Rəvan Əliyev, Altay Eynullayev və Elmar Atakişiyevin hərəsinin aktivində 2 xal var.Beşinci turun oyunları bu gün oynanılacaq.Turnir bazar günü – oktyabrın 29-da başa çatacaq.xeber100.com

Oktyabr 26, 2017 1:16

Dağçılıq Federasiyasının növbəti Baş Assambleyası keçirilib

İranın Şiraz şəhərində Beynəlxalq Dağçılıq Federasiyasının (UIAA) növbəti Baş Assambleyası keçirilib.Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından (FAIREX) Azərtac-a bildiriblər ki, Baş Assambleyada ölkəmizi federasiyanın prezidenti Firdovsi Əliyev təmsil edib.Tədbirdə Baş Assambleyanın gündəliyinə daxil olan məsələlərlə əlaqədar müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib. Baş Assambleya çərçivəsində, həmçinin ikitərəfli və çoxtərəfli görüşlər keçirilib.xeber100.com

Oktyabr 26, 2017 1:12
    Page 617 of 830« First«...102030...615616617618619...630640650...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az