Avropa Ədalətli Oyunlar Hərəkatının 23-cü konqresinə start verilib

Oktyabrın 24-də İsrailin Hayfa şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 23-cü konqresinə start verilib.Azərtac xəbər verir ki, konqresdə ölkəmizi Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev təmsil edir.Tədbirin keçirilməsində məqsəd idmanda və ümumiyyətlə, cəmiyyətdə ümumbəşəri dəyərlərin, etik normaların qorunması istiqamətində maarifləndirici işlərin aparılması, idman yarışları zamanı müxtəlif təsirlər altında meydana gələn neqativ hallara qarşı mübarizənin gücləndirilməsi yollarının araşdırılmasına idman mütəxəssislərini və əlaqədar şəxsləri cəlb etmək və müsbət nümunələri dəyərləndirərək cəmiyyətə çatdırmaqdır.“İdman barışıq vasitəsidir” mövzusuna həsr olunan konqresdə idman mütəxəssislərinin məruzələri dinləniləcək.Tədbirin açılış mərasimində MOK-un vitse-prezidenti Xəzər İsayev Hayfa şəhərinin meri Yona Yahava Azərbaycan Milli Olimpiya Komitəsinin xatirə hədiyyəsini təqdim edib. AzƏOK sədri Azərbaycan dövləti tərəfindən Ədalətli Oyunlar Hərəkatının inkişafına verilən dəstək, bu sahədə görülən işlər barədə məlumat verib. O, Avropa qurumu ilə əlaqələrin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini bildirib.Konqresə oktyabrın 26-da yekun vurulacaq.xeber100.com

Oktyabr 25, 2017 12:29

Milli Karate Federasiyasının məlumatına əsasən…

Yeniyetmə və gənclərdən ibarət karate üzrə Azərbaycanın milli komandasının üzvləri İspaniyada keçiriləcək dünya çempionatında mübarizə aparacaqlar.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a bildirilib ki, oktyabrın 25-28-də yeniyetmə və gənc karateçilər arasında Tenerifedə təşkil ediləcək yarışda 12 idmançımız iştirak edəcək.Karateçilərdən Fərid Ağayev (52 kq), Rəvan Bağırov (63 kq) və Namiq Quliyev (70 kq) 14-15 yaşlı yeniyetmələr arasında, Müseyib Məmmədov (55 kq), Hümmət Baxşəliyev (61 kq) və Fidan Teymurova (48 kq) 16-17 yaşlı gənclərin yarışında tatamiyə çıxacaq. 18-20 yaşlı gənclərin turnirində isə Elcan Məmmədrzayev (60 kq), Murad Balakişiyev (68 kq), Murad Hacızadə (84 kq-dan yuxarı), Asya Məlikova (50 kq-dan yuxarı) və Fəridə Əliyeva (68 kq-dan yuxarı), həmçinin Roman Heydərov (kata) mübarizə aparacaq.Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi nümayəndə heyətində 18 yaşadək yeniyetmə və gənclərdən ibarət komandanın baş məşqçisi Anar Allahverdiyev və beynəlxalq hakim Cahangir Babayev də yer alıblar.İki ildən bir keçirilən dünya çempionatına 109 ölkədən 1710 karateçi qatılacaq. Bu yarış, həmçinin gələn il Argentinanın Buenos-Ayres şəhərində keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya verən üç seçmə turnirdən ikincisidir.Dünya Karate Federasiyası texniki komitəsinin üzvü və Avropa Karate Federasiyasının idarə heyətinin üzvü Y.Bəşirov yarışdan əvvəl beynəlxalq təşkilatın konqresində iştirak edəcək.xeber100.com

Oktyabr 25, 2017 12:21

Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarını keçirəcək

Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması oktyabrın 25-də, 28-də və 31-də Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarını keçirəcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, yığmamızın mübarizə aparacağı 4-cü qrupun oyunları Albaniyada təşkil olunacaq. Futbolçularımız ilk oyununu Ukrayna, ikinci qarşılaşmasını İspaniya, qrupun son matçını isə Albaniya komandasına qarşı keçirəcəklər. İlk iki oyun Bakı vaxtı ilə saat 16:00-da, sonuncu qarşılaşma isə saat 18:00-da başlayacaq.Yığmamızın seçmə mərhələ oyunları üçün heyətində Nigar Abdulova (“Qəbələ”), Sudə Topçu (“1207 Antalya Döşəməaltı Bələdiyyə Spor”, Türkiyə),Pəritan Bozdağ (“Konak Bələdiyyə Spor”, Türkiyə), Ayşən Əhmədova (“Gənclik”), Cəmilə Hüseynova (“Qubek”), Həqiqət Qasımova (“Təhsil”), Vüsalə Hacıyeva (“Sumqayıt”), Vüsalə Seyfətdinova (“Gənclik”), Dilgə Uyğun (“Ayntraxt”, Almaniya), Öznur Tas (“1207 Antalya Döşəməaltı Bələdiyyə Spor”, Türkiyə), Aytən İbadova (“Qubek”), Firəngiz Teymurova (“Konak Bələdiyyə Spor”, Türkiyə), Nino Qurqenidze (“Martve”, Gürcüstan), Rövşanə Sərdarlı (“Gənclik”), Mərvə Özdemir (“Ayntraxt”, Almaniya), Muazəz Yağmur Özkumru (“Konak Bələdiyyə Spor”, Türkiyə), Çağla Miray Kanpara (“Herta 03 Zehlendorf”, Almaniya), Ülkü Özdemir (“Montabaur”, Almaniya), Arzu Əliyeva (“Sumqayıt”) və Hatice Özdemir (“Montabaur”, Almaniya) yer alıblar.xeber100.com  

Oktyabr 24, 2017 12:55