Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarını keçirəcək

Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması oktyabrın 25-də, 28-də və 31-də Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarını keçirəcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, yığmamızın mübarizə aparacağı 4-cü qrupun oyunları Albaniyada təşkil olunacaq. Futbolçularımız ilk oyununu Ukrayna, ikinci qarşılaşmasını İspaniya, qrupun son matçını isə Albaniya komandasına qarşı keçirəcəklər. İlk iki oyun Bakı vaxtı ilə saat 16:00-da, sonuncu qarşılaşma isə saat 18:00-da başlayacaq.Yığmamızın seçmə mərhələ oyunları üçün heyətində Nigar Abdulova (“Qəbələ”), Sudə Topçu (“1207 Antalya Döşəməaltı Bələdiyyə Spor”, Türkiyə),Pəritan Bozdağ (“Konak Bələdiyyə Spor”, Türkiyə), Ayşən Əhmədova (“Gənclik”), Cəmilə Hüseynova (“Qubek”), Həqiqət Qasımova (“Təhsil”), Vüsalə Hacıyeva (“Sumqayıt”), Vüsalə Seyfətdinova (“Gənclik”), Dilgə Uyğun (“Ayntraxt”, Almaniya), Öznur Tas (“1207 Antalya Döşəməaltı Bələdiyyə Spor”, Türkiyə), Aytən İbadova (“Qubek”), Firəngiz Teymurova (“Konak Bələdiyyə Spor”, Türkiyə), Nino Qurqenidze (“Martve”, Gürcüstan), Rövşanə Sərdarlı (“Gənclik”), Mərvə Özdemir (“Ayntraxt”, Almaniya), Muazəz Yağmur Özkumru (“Konak Bələdiyyə Spor”, Türkiyə), Çağla Miray Kanpara (“Herta 03 Zehlendorf”, Almaniya), Ülkü Özdemir (“Montabaur”, Almaniya), Arzu Əliyeva (“Sumqayıt”) və Hatice Özdemir (“Montabaur”, Almaniya) yer alıblar.xeber100.com  

Oktyabr 24, 2017 12:55

Futbol üzrə Türkiyə Super Liqasının 9-cu turunda

Oktyabrın 22-də futbol üzrə Türkiyə Super Liqasının 9-cu turunda İstanbul derbisi oynanılıb.Azərtac xəbər verir ki, çempionatın lideri "Qalatasaray" komandası əzəli rəqibi "Fənərbağça"nı qəbul edib.Baş hakim Cüneyt Çakırın idarə etdiyi oyunda hesab açılmasa da, matç bir sıra gərgin anlarla yadda qalıb.Oyunun 73-cü dəqiqəsində meydan sahibləri sayca azlıqda qalıblar. Belə ki, Belhanda ikinci sarı vərəqə ilə cəzalandırılaraq oyunu tərk edib. Lakin qonaqlar bu imkandan yararlana bilməyiblər və oyun qolsuz, heç-heçə ilə başa çatıb.Görüşün əvvəlində azarkeşlər arasında qarşıdurmalarla başlayan gərginlik matç boyu davam edib. Gərginlik hər iki komandanın baş məşqçiləri İqor Tudor və Aykut Kocaman arasında da yaşanıb.Bundan başqa, yan hakim Tarık Ongün azarkeşlər tərəfindən naməlum əşyanın stadiona atılması nəticəsində başından zədə alıb.Buna baxmayaraq, bu görüş cari mövsümdə Super Liqada ən çox tamaşaçının baxdığı qarşılaşma olub. Belə ki, "Türk Telekom Arena"da oyunu 50 min 291 tamaşaçı izləyib.Doğma meydanda xal itirməsinə baxmayaraq, "Qalatasaray" çempionatda liderliyini qoruyur. Bu komandanın aktivində 23 xal var. "Fənərbağça" 15 xalla altıncı sırada qərarlaşsa da, yeddinci yerdəki "Beşiktaş"ın doğma meydanda "Medipol Başakşəhər" komandasını məğlub edəcəyi təqdirdə bir pillə geriləyə bilər. Lider "Qalatasaray"dan altı xal geridə qalan "Göztəpə", "Akhisar Bələdiyyə", "Kayserispor" ilk dördlüyü tamamlayırlar. Beşinci sıradakı "Medipol Başakşəhər"in isə 16 xalı var.xeber100.com

Oktyabr 23, 2017 10:43