Cüdoçular arasında dünya birinciliyində fərdi yarışlar başa çatıb

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən gənc cüdoçular arasında dünya birinciliyində fərdi yarışlar başa çatıb. Azərbaycan millisi mundialın sonuncu günündə daha bir uğura imza atıb.Azərbaycan Cüdo Federasiyasından Azərtac-a bildiriblər ki, 100 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Zelim Kotsiyev finala gedən yolda Koreya, Özbəkistan, Avstriya və Tacikistandan olan rəqiblərinə qalib gəlib. Həlledici qarşılaşmada Z.Kotsiyevin rəqibi erməni əsilli Rusiya idmançısı Armen Adamyan olub. Cüdoçumuz bu görüşdə əzmkar mübarizə apararaq qələbə qazanıb. Zaqrebdə Azərbaycan cüdoçusuna dünya birinciliyinin qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, bayrağımız qaldırılıb.Bununla da millimiz kişilərin fərdi yarışlarında bütün rəqiblərindən daha yaxşı nəticə göstərərək birinci yeri tutub. Azərbaycan cüdoçuları Yaponiya, Rusiya, Gürcüstan, Braziliya, Almaniya, Özbəkistan, Türkiyə, Fransa, İtaliya və digər milli komandaları qabaqlayıblar. Ümumi komanda hesabında isə gənclərimiz yalnız Yaponiyadan geri qalaraq ikinci olublar.Xatırladaq ki, dünya çempionatında Hidayət Heydərov (73 kq), Zelim Kotsiyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Kəramət Hüseynov (60 kq) gümüş və Nəzakət Əzizova (52 kq) bürünc medal əldə ediblər.Qeyd edək ki, 83 ölkədən 590 idmançının (346 oğlan, 244 qız) mübarizə apardığı birincilikdə Azərbaycan milli komandası 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.xeber100.com

Oktyabr 22, 2017 2:11

“Everton” klubu “Lion” kollektivini qəbul edib

Oktyabrın 19-da futbol üzrə Avropa Liqasının qrup mərhələsinin III turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, 12 qrupda ümumilikdə 24 matç oynanılıb.Turun maraqlı qarşılaşmalarından biri Liverpul şəhərində keçirilib. İngiltərənin “Everton” klubu Fransanın “Lion” kollektivini qəbul edib və 1:2 hesabı ilə məğlubiyyətə uğrayıb. Qazaxıstanın “Astana” və İspaniyanın “Real Sosyedad” klubları isə rəqiblərinə böyük hesabla qalib gəliblər. Onlar müvafiq olaraq “Makkabi” (İsrail, 4:0) və “Vardar” (Macarıstan, 6:0) kollektivlərindən üstün olublar.Günün digər oyunları isə aşağıdakı kimi nəticələnib: “A” qrupu "Vilyarreal" (İspaniya) – “Slaviya” (Praqa, Çexiya) – 2:2 “B” qrupu “Dinamo” (Kiyev, Ukrayna) – “Yanq Boyz” (İsveçrə) – 2:2 “Skenderbeu” (Albaniya) – “Partizan” (Serbiya) – 0:0 “C” qrupu “Hoffenhaym” (Almaniya) – “Başakşehir” (Türkiyə) – 3:1 “Braqa” (Portuqaliya) – “Lüdoqorets” (Bolqarıstan) – 0:2 “D” qrupu “Milan” (İtaliya) - AEK (Yunanıstan) – 0:0 “Austriya” (Avstriya) – “Riyeka” (Xorvatiya) – 1:3 “E” qrupu “Atalanta” (İtaliya) – “Apollon” (Kipr) – 3:1 “F” qrupu “Şerif” (Moldova) – “Lokomotiv” (Moskva, Rusiya) – 1:1 “Zlin” (Çexiya) – “Kopenhagen” (Danimarka) – 1:1 “G” qrupu “Hapoel” (Beer-Şeva, İsrail) – “Styaua” (Rumıniya) – 1:2 “Luqano” (İsveçrə) – “Viktoriya” (Plzen, Çexiya) – 3:2 “H” qrupu “Srvena Zvezda” (Serbiya) – “Arsenal” (İngiltərə) – 0:1 BATE (Belarus) – “Köln” (Almaniya) – 1:0 “I” qrupu “Marsel” (Fransa) – “Gimaraynş” (Portuqaliya) – 2:1 “Konyaspor” (Türkiyə) – “Zalsburq” (Avstriya) – 0:2 “J” qrupu “Zarya” (Ukrayna) – “Herta” (Almaniya) – 2:1 “Ostersun” (İsveç) – “Atletik” (İspaniya) – 2:2 “K” qrupu “Nitsa” (Fransa) – “Latsio” (İtaliya) – 1:3 “Zülte-Varegem” (Belçika) – “Vitess” (Hollandiya) – 1:1 “L” qrupu “Zenit” (Rusiya) – “Rusenborq” (Norveç) – 3:1

Oktyabr 20, 2017 11:43