Beynəlxalq Voleybol Federasiyasının məlumatı

FIFA-dan sonra Beynəlxalq Voleybol Federasiyası (FIVB) da voleybol üzrə yeni mötəbər turnir – Millətlər Liqasını təsis edib.Azərtac beynəlxalq voleybol qurumunun saytına istinadla xəbər verir ki, bu barədə FIVB-nin yaradılmasının 70 illik yubileyi münasibətilə Parisdə keçirilən mərasimdə Federasiyanın prezidenti Ari Qraça məlumat verib. O qeyd edib ki, 2018-ci ildə start götürəcək bu mötəbər turnir voleybol idmanı üzrə inqilabi yenilik olacaq. Millətlər Liqasının təsis olunması idman tarixində də ən mühüm hadisələrdən biridir.FIVB-nin, Beynəlxalq İdman və Media Şirkətinin (IMG) və 21 milli federasiyasının birgə layihəsi olan voleybol üzrə Millətlər Liqasında qadınların və kişilərin yarışının hər birində 12 əsas və 4 əlavə komanda olmaqla ümumilikdə 16 kollektiv çempion adı uğrunda dairəvi sistem üzrə mübarizə aparacaq. Liqanın bir mövsümündə hər komanda ən az 15 matç keçirəcək. Ümumilikdə isə bir mövsüm ərzində 130-dan artıq görüş oynanılacaq. Yarışlar zamanı əsas komandalardan biri ən az bir qrupun oyunlarına ev sahibliyi edəcək.Kişilərin mübarizəsində Braziliya, İtaliya, ABŞ, Çin, Serbiya, Fransa, Argentina, İran, Polşa, Almaniya, Yaponiya, Rusiya milliləri əsas, Avstraliya, Koreya Respublikası, Kanada və Bolqarıstan isə əlavə komandalar kimi seçiliblər.Qadınların yarışında isə Braziliya, İtaliya, ABŞ, Çin, Serbiya, Niderland, Tailand, Türkiyə, Koreya Respublikası, Almaniya, Yaponiya, Rusiya seçmələri əsas, Argentina, Dominikan Respublikası, Polşa və Belçika yığmaları isə əlavə komandalar qismində çıxış edəcəklər.Voleybol üzrə Millətlər Liqasının təsis olunmasının əsas məqsədi idmanın bu növünün kütləviliyinin artırılması, voleybolçuların irimiqyaslı beynəlxalq platformada çıxış etməsinə şəraitin yaradılmasıdır. Həmçinin qadınlar və kişilər üçün bərabər səviyyəli beynəlxalq yarış platformasının təsis olunması voleybolun daha sürətli inkişafına töhfə verəcək.Xatırladaq ki, Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası sentyabrın 22-dən oktyabrın 1-dək keçirilən sonuncu Avropa çempionatında dördüncü yeri tutmasına baxmayaraq, Millətlər Liqasının iştirakçıları siyahısına salınmayıb.xeber100.com

Oktyabr 13, 2017 2:37

Güləş üzrə paytaxt birinciliyi keçirilib

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində yeniyetmələr arasında güləş üzrə paytaxt birinciliyi keçirilib.BŞGİBİ-dən Azərtac-a bildiriblər ki, yarışda 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə 224 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb.Gərgin idman mübarizəsi şəraitində keçən birincilikdə Ramin Heybətov (42 kq), Ruslan Şıxıyev (46 kq), Məhəmmədəli Quliyev (50 kq), Azər Əhmədov (54 kq), Bəhmən Piriyev (58 kq), Əşrəf Aşımov (63 kq), Vahid Əlizadə (69 kq), Cəfər Hacızadə (76 kq), Fuad Mayılov (85 kq) və Fərid Məmmədov (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Yunan-Roma güləşi yarışlarında isə 245 idmançı 10 çəki dərəcəsində xalça üzərinə çıxıb.Yarışda Ariz Hüseynov (42 kq), Qurban Qurbanov (46 kq), Həsrət Cəfərov (50 kq), Murad Abbasov (54 kq), Rəvan Fərhadov (58 kq), Xasay Həsənli (63 kq), Rəvan Kərimov (69 kq), Qabil Əhmədov (76 kq), Əliheydər Əliyev (85 kq) və Əli Fərmanov (100 kq) qızıl medala sahib olublar.Sərbəst güləş üzrə yarışlarda ilk üç, yunan-Roma güləşi üzrə yarışlarda isə ilk beş yeri tutan idmançılar açıq respublika turnirinə vəsiqə əldə ediblər.Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla mükafatlandırılıblar.xeber100.com

Oktyabr 13, 2017 2:35

UEFA-nın Millətlər Liqası divizionlarının tərkibi məlum olub

2018-ci il Dünya çempionatına seçmə turniri başa çatdıqdan sonra Avropada gələn ilin sentyabrında start götürəcək UEFA-nın Millətlər Liqası divizionlarının tərkibi məlum olub. Qruplar üzrə bölüşdürülmə UEFA-nın yığmalara dair reytinqi əsasında keçirilib.Azərtac xəbər verir ki, Millətlər Liqasında çıxış edəcək 55 Avropa yığması 4 diviziona bölünəcək. A və B divizionlarının hərəsinə 12, C divizionuna 15, D divizionuna isə 16 komanda düşüb.Azərbaycan komandası Makedoniya, Gürcüstan, Belarus, Ermənistan, Farer adaları, Latviya, Lüksemburq, Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta, Kosovo, Andorra, San-Marino və Hibraltar yığmaları ilə turnirin dördüncü divizionuna düşüb. Bu komandalar hər qrupda 3 yığma olmaqla 4 qrupa bölünəcək və birinci diviziona çıxmaq uğrunda mübarizə aparacaqlar. Qruplar üzrə püşkatma yanvarın 24-də İsveçrənin Lozanna şəhərində keçiriləcək.A divizionu (hərəsində 3 komanda olmaqla 4 qrup): Almaniya, Portuqaliya, İspaniya, Belçika, İngiltərə, Fransa, İsveçrə, İtaliya, Polşa, İslandiya, Xorvatiya, Hollandiya.B divizionu (hərəsində 3 komanda olmaqla 4 qrup): Avstriya, Uels, Rusiya, Slovakiya, Ukrayna, İrlandiya, İsveç, Şimali İrlandiya, Danimarka, Bosniya və Herseqovina, Çexiya, Türkiyə.C divizionu (3 komandadan ibarət 1 qrup və hərəsi 4 komandadan ibarət 3 qrup): Rumıniya, Şotlandiya, Sloveniya, Macarıstan, Serbiya, Albaniya, Norveç, Yunanıstan, Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya, Kipr, Estoniya, Litva.Qrup mərhələsində oyunlar 2018-ci ilin sentyabr-noyabr aylarında keçiriləcək. A divizionunda qrupların qalibləri 2019-cu ilin iyununda “dördlərin finalı”nı keçirəcək. A, B, C divizionlarının qruplarında ən zəif komandalar aşağı diviziona düşəcək və onları müvafiq qrupların qalibləri əvəz edəcək.Əlavə edək ki, bütün divizionların qalibləri olan 16 komanda “Avro-2020”nin final turnirinə 4 vəsiqə qazanacaq. Qarşılaşma matçları divizion daxilində keçiriləcək. Bununla da, turnirdə hər diviziondan ən azı 2 komanda iştirak edəcək.xeber100.com

Oktyabr 12, 2017 12:30

Dünya çempionatına seçmə turniri başa çatdıqdan sonra…

Oktyabr 12, 2017 12:11