08 May 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Boksçular arasında Avropa birinciliyi start götürəcək

Oktyabrın 21-də Türkiyənin Antalya şəhərində gənc boksçular arasında Avropa birinciliyi start götürəcək.Azərbaycan Boks Federasiyandan Azərtac-a verilən məlumata görə, 8 gün davam edəcək yarışa millimiz də qatılacaq.Komandamız birincilikdə tam heyətlə təmsil olunacaq. Vaqif Şirinovun rəhbərlik etdiyi məşqçilər korpusu qitə çempionatında 10 boksçuya şans verəcək.Yığmamızın heyətində Həsən İbrahimov (49 kq), Amid Əlizadə (52 kq), Orxan Həsənov (56 kq), Sayad Lalayev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Surət Qarayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) mübarizə aparacaqlar.Bakıdakı təlim-məşq toplanışını oktyabrın 19-da başa vuracaq yığmamız ertəsi gün Antalyaya yollanacaq. Avropa birinciliyinə isə 33 ölkədən 200-ə yaxın boksçunun qatılması gözlənilir.Qeyd edək ki, yarışda ölkəmizi 10 boksçu ilə yanaşı, beynəlxalq dərəcəli hakim Rövşən Hüseynov da təmsil edəcək.xeber100.com

Oktyabr 18, 2017 11:25

Avropa Triatlon Şurası reytinq cədvəlini açıqlayıb

Avropa Triatlon Şurası idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.Azərtac qurumun rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov reytinq cədvəlində 1 pillə irəliləyib. Belə ki, hesabında 1461 xal olan R.Pevtsov ikinci pillədə qərarlaşıb.Reytinq cədvəlinə ispaniyalı Uxio Abuin Ares liderik edir. İlk üçlüyü isə portuqaliyalı Joao Pereira qapayır.Qadınların reytinq cədvəlində isə millimizin üzvü Kseniya Levkovskaya 28 pillə irəliləyərək 14-cü olub. Hazırda idmançımızın hesabında 656 xal var.Qadınların reytinq cədvəlində ilk üçlükdə rusiyalı Anastasia Abrosimova, çexiyalı Vendula Frintova və Belçika təmsilçisi Klara Miçel yer alıblar.xeber100.com  

Oktyabr 17, 2017 12:42

Ağır Atletika Federasiyasının məlumatı

Albaniyanın Dürres şəhərində keçirilən 20-23 yaşlı gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildirilib ki, yarışda ölkəmizin gənclərdən ibarət yığma komandasının üzvləri də iştirak edirlər.Oktyabrın 16-da Mərziyyə Məhərrəmova (48 kq) 23 yaşadək qadın atletlər arasında medallar uğrunda mübarizəyə qoşulub. O, birdənqaldırmada 66 kiloqramı ram edərək altıncı olub. M.Məhərrəmova təkanla qaldırma hərəkətində 85 kiloqramı ram edərək beşinci pillədə qərarlaşıb. İdmançımız toplam 151 kiloqram (66+85) nəticə ilə Avropa çempionatında altıncı yeri tutub.Xatırladaq ki, yarışların ilk günündə 20 yaşlı idmançıların mübarizəsində gənc atletlərimiz iki bürünc medal qazanıblar.Oktyabrın 22-dək davam edəcək yarışda 36 ölkədən 405 atlet (170 qadın və 235 kişi) mübarizə aparır.xeber100.com

Oktyabr 17, 2017 12:30

ÇSKA-“Bazel” oyunu “ÇSKA Arena”da keçiriləcək

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək ÇSKA (Rusiya) – “Bazel” (İsveçrə) oyununa təyinat alıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, Elçin Məmmədov matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.ÇSKA-“Bazel” oyunu oktyabrın 18-də Moskvadakı “ÇSKA Arena”da keçiriləcək.xeber100.com

Oktyabr 17, 2017 12:22

2017-2018-ci il mövsümünün üçüncü turuna start veriləcək

Oktyabrın 17-də UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin üçüncü turuna start veriləcək.Azərtac xəbər verir ki, turun birinci günündə “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar üz-üzə gələcəklər.“G” qrupunda yer alan Türkiyə təmsilçisi “Beşiktaş” klubu səfərdə “Monako”nun qonağı olacaq. Turun maraqla gözlənilən matçlarından biri isə “F” qrupunda yer alan “Mançester Siti” və “Napoli” komandaları arasında oynanılacaq. UEFA Çempionlar Liqasının sonuncu qalibi “Real Madrid” isə “Santyaqo Bernabeu”da “Tottenhem” klubu ilə qarşılaşacaq.Gün ərzində aşağıdakı görüşlər keçiriləcək: “E” qrupu “Maribor” (Sloveniya) – “Liverpul” (İngiltərə) “Spartak Moskva” (Rusiya) – “Sevilya” (İspaniya) “F” qrupu “Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya) “Feyenoord” (Hollandiya) – “Şaxtyor” (Ukrayna) “G” qrupu “Leypsiq” (Almaniya) – “Portu” (Portuqaliya) “Monako” (Fransa) – “Beşiktaş” (Türkiyə) “H” qrupu “Real Madrid” (İspaniya) – “Tottenhem” (İngiltərə) APOEL (Kipr) – “Borussiya Dortmund” (Almaniya).xeber100.com  

Oktyabr 17, 2017 12:11

Bolqarıstanda veteran güləşçilərin dünya çempionatı keçirilib

Bolqarıstanın Plovdiv şəhərində veteran güləşçilərin dünya çempionatı keçirilib.Azərbaycan Güləş Federasiyasından Azərtac-a verilən xəbərə görə, pəhləvanlarımız çempionatı 1 qızıl və 1 gümüş medalla başa vurublar.Sərbəst güləş yarışlarında “B” divizionunda mübarizə aparan Mayis İbadov (70 kq) ardıcıl olaraq Almaniya, Moldova və Bolqarıstan təmsilçilərinə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə İran idmançısına da qalib gələn Mayis İbadov veteranlar arasında dünya çempionu olub.Yunan-Roma güləşi yarışlarında “D” divizionunda mübarizə aparan Rövşən İsmayılxanlı (130 kq) isə çempionatı ikinci sırada tamamlayıb. Həlledici görüşdə Polşa idmançısına məğlub olan təmsilçimiz mundialın gümüş medalına yiyələnib.Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.xeber100.com

Oktyabr 17, 2017 12:08

İngiltərənin klublarından olan “Nyukasl” satışa çıxarılıb

İngiltərə Premyer Liqasında çıxış edən və bu ölkənin ən yaşlı klublarından olan “Nyukasl” satışa çıxarılıb.Azərtac xəbər verir ki, bu barədə klubun məxsus olduğu “St. James Holdings Limited” şirkətinin yaydığı açıqlamada “Nyukasl”ın daha aydın və parlaq gələcək üçün satışa çıxarıldığı qeyd edilib.Ötən il ikinci liqada – Çempionşipdə mübarizə aparmalı olan “Nyukasl” bu il yenidən Premyer Liqaya qayıdıb. Hazırda 8 turdan sonra aktivində 11 xal olan komanda Premyer Liqada 9-cu sıradadır.Qeyd edək ki, 1892-ci ildə yaradılan klubun hazırkı sahibi ingiltərəli milyarder Mayk Eşlidir. O, 2007-ci ilin iyulunda 134 milyon funt sterlinq ödəyərək kluba sahib olub.xeber100.com

Oktyabr 17, 2017 12:05

“Qarabağ”-“Atletiko Madrid” qarşılaşması ilə əlaqədar…

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 18-də keçiriləcək “Qarabağ”-“Atletiko Madrid” qarşılaşması ilə əlaqədar “Atletiko Madrid” klubunun oyunçuları Bakıya gəlib.Azərtac xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən məlumat verilib.Məlumatda qeyd edilib ki, futbolçular çarter uçuş həyata keçirib və İspaniyanın paytaxtı Madriddən Bakıya “Airbus A340-500” təyyarəsi ilə gətiriliblər.xeber100.com

Oktyabr 17, 2017 11:47

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində

Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”-“Atletiko Madrid” Oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejimində çalışacaq.Azərtac xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.O bildirib ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, eləcə də digər metro stansiyalarının ətrafındakı dayanacaqlarda marşrut xətlərinin fəaliyyətinə nəzarət əlavə canlı qüvvə cəlb edilməklə gücləndiriləcək. Oyundan sonra “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən sərnişinlərin vaxtında, rahat və təhlükəsiz daşınması əvvəlcədən nəzərdə tutulan plana uyğun olaraq təmin ediləcək. “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən şəhər mərkəzi, həmçinin ətraf kənd və qəsəbələrə xidmət edən 32 marşrut xətti üzrə avtobusların hərəkət intervalı əlavə nəqliyyat vasitələri cəlb edilməklə maksimum dərəcədə azaldılacaq.M.Ağayev qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən istifadə edəcək azarkeşlərə hərəkətin təhlükəsizliyi ilə bağlı bəzi qaydalara mütləq şəkildə əməl etməyi tövsiyə edir.xeber100.com

Oktyabr 17, 2017 11:42

U-17 millisi Bolqarıstan yığması ilə qarşılaşacaq

Azərbaycan millisi 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək.Azərtac xəbər verir ki, futbolçularımız Bolqarıstan yığması ilə Qorna Oreçovitsa şəhərindəki “Lokomotiv” stadionunda qarşılaşacaq. Qarşılaşmanı san-marinolu baş hakim Barbeno Luca idarə edəcək.Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.xeber100.com

Oktyabr 16, 2017 1:03
    Page 623 of 831« First«...102030...621622623624625...630640650...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az