05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Rio-2016”nın rəsmi saytının məlumatına əsasən…

Braziliyanın məşhur müğənnisi Gilberto Gil “Rio-2016” Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək. “Rio-2016”nın rəsmi saytı xəbər verir ki, gitara ifaçısı olan G.Gil bir sıra məşhur mahnıların sözlərinin müəllifidir. Onun bəstələdiyi mahnı “Rio-2016”nın açılış videosunda səslənəcək. Maraqlı tarixçəsi olan mahnını müğənni 1969-cu ildə bəstələyib. Mübarizə ruhunda yazılan mahnıda həmin dövrdə Braziliyadakı hərbi diktatura rejimi tənqid olunur. Sonradan siyasətlə də məşğul olan G.Gil 2003-2008-ci illərdə Braziliyanın mədəniyyət naziri vəzifəsində çalışıb.xeber100.com

Avqust 6, 2016 12:05

Futbol üzrə yeni mövsüm başlayır

Bu gün futbol üzrə Azərbaycan çempionatında 2016/2017-ci il mövsümünə start veriləcək. Azərtac xəbər verir ki, açılış turunun ilk günündə iki qarşılaşma oynanılacaq. Yubiley – 25-ci birinciliyin ilk oyunu “AZAL Arena”da keçiriləcək. Meydan sahibi AZAL-ın qonağı “Neftçi” olacaq. Ötən mövsüm avrokuboklar uğrunda sonadək mübarizə aparan rəqiblər bu dəfə də kimin güclü olmasını aydınlaşdıracaqlar. Günün ikinci qarşılaşması isə Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Ötən il debüt mövsümündə “gümüş”ə yiyələnən “Zirə” “Sumqayıt”ı qonaq edəcək. Qitə miqyaslı turnirlərdə çıxış etməyən komandalar mövsümə uğurlu start vermək istəyirlər. Bundan əlavə hər iki klubun heyətində kifayət qədər dəyişiklik olub və bu matçı həm də yenilənmiş heyətə bir baxış kimi də xarakterizə etmək olar. Adil Şükürovun komandası ötənilki ikinciliyin təsadüfi olmadığını sübut etməli, sumqayıtlılar isə səfərdən xalla dönərək Premyer Liqanın yeni mövsümünə qələbə ilə başlamaq arzusundadırlar.xeber100.com

Avqust 6, 2016 11:53

Küveyt yığması Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından uzaqlaşdırıldı

Küveyt yığması 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak etməyəcək.  “New Straits Times”ə istinadən verdiyi məlumata görə, İsveçrənin Vaadt kantonunun (vilayəti) məhkəməsi Küveytin Beynəlxalq Olimpiya Komitəsinə (İOC) qarşı iddiasını təmin etməyib. İOC ərəb ölkəsini idmana siyasi müdaxilə səbəbindən olimpiadadan kənarlaşdırıb. İdmançılar Küveytin yox, beynəlxalq idman federasiyaları icazə verəcəkləri təqdirdə, neytral bayraq altında çıxış edə bilərlər.Ərəblər İOC-dan komandanın olimpiadaya bərpası və mənəvi ziyanın qarşılığı olaraq, 886 milyon dollar ödəməsini tələb ediblər. Lakin məhkəmə buna rədd cavabı verib. İndi Küveytin 30 gün ərzində daha yuxarı instansiyaya şikayət etmə hüququ var. Qeyd edək ki, “Rio-2016” avqustun 5-də start götürəcək.xeber100.com

Avqust 4, 2016 11:24

Yay Olimpiya Oyunlarının proqramına 5 yeni idman növü daxil edilib

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına 5 yeni idman növü daxil edib. Bu barədə BOK-un Rio-de-Janeyroda keçirilən 129-cu sessiyasında qərar qəbul olunub. Bunlar beysbol/softbol, karate, skeytbordinq, qayalara dırmanma və sörfinq idman növləridir.xeber100.com

Avqust 4, 2016 11:02

Güləşçilərin yeni reytinq siyahısı açıqlanıb

Dünya Güləş Birliyi “Rio-2016” Yay Olimpiya Oyunları öncəsi güləşçilərin yeni reytinq siyahısını açıqlayıb. Azərtac xəbər verir ki, sərbəst güləşçilərdən Hacı Əliyev, qadınlardan Mariya Stadnik, yunan-Roma güləşçilərindən isə Rəsul Çunayev reytinq siyahısında birinciliyini qoruyub. İlk onluqda yer alan sərbəst güləşçilərdən Xetaq Qazyumov üçüncü, Toğrul Əsgərov, Aleksandr Qostiyev və Cəmaləddin Məhəmmədov beşinci, Cəbrayıl Həsənov, Nurməhəmməd Hacıyev və Hacımurad Ömərov səkkizinci sırada qərarlaşıblar. Qadın güləşçilərin onluğunda Tatyana Omelçenko altıncı, Nataliya Sinişin səkkizinci, Yuliya Ratkeviç doqquzuncu yerdədir. Yunan-Roma güləşçilərinin reytinq siyahısında isə onluğa daxil olanlardan Rövşən Bayramov ikinci, Rafiq Hüseynov dördüncü və Saman Təhmasibi beşinci sırada qərarlaşıblar. Qeyd edək ki, Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləş yarışları avqustun 14-21-də baş tutacaq. Güləş yığmamız Olimpiadada 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq.xeber100.com

Avqust 3, 2016 11:04

Avropa Liqasının seçmə mərhələsi üçün heyət müəyyənləşib

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası avqustun 9-dan 15-dək Macarıstanın Siofok şəhərində keçiriləcək Avropa Liqasının seçmə mərhələsində çıxış edəcək. Azərtac xəbər verir ki, millimizin heyətində Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, İlkin Hacıyev, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev və Hikmət Bağırov yer alıblar.xeber100.com

Avqust 3, 2016 11:00

Şahmatçılar arasında yoldaşlıq oyunu keçiriləcək

Bakı Şahmat Olimpiadasına hazırlaşan əsas yığma komandalarımız yoldaşlıq görüşündə iştirak edəcəklər. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, artıq bununla bağlı Azərbaycan və Gürcüstan Şahmat federasiyaları arasında yekun razılıq əldə olunub. Kişi və qadın şahmatçılardan ibarət Azərbaycan millisi avqustun 9-da baş tutacaq son hazırlıq toplanışında əvvəlcədən planlaşdırıldığı kimi həm də yoldaşlıq görüşü keçirəcək. Mötəbər yarışda iştirak edəcək bütün komandalarımız (3 kişi və 3 qadın komandamız) avqustda təlim-məşq toplanışı keçirəcəklər.xeber100.com

Avqust 2, 2016 10:15

“Qarabağ” futbol klubu “Viktoriya Plzen” komandası ilə qarşılaşacaq

Futbol üzrə UEFA Çempionlar Liqası turnirinin üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu bu gün Çexiyanın “Viktoriya Plzen” komandası ilə qarşılaşacaq. Azərtac xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı türkiyəli hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Hüseyin Göçek olacaq. Ona həmyerliləri Mustafa Eyisoy və Kemal Yılmaz kömək edəcəklər. Dördüncü hakim funksiyasını Barış Şimşek yerinə yetirəcək. Görüşün UEFA nümayəndəsi Andreas Akkelides (Kipr), hakim-inspektoru isə İqor Satçi (Makedoniya) olacaq. Oyun saat 20:30-da başlayacaq. Qeyd edək ki, komandalar arasında bir həftə əvvəl Çexiyada təşkil olunan ilk oyunda hesab açılmamışdı.xeber100.com

Avqust 2, 2016 10:01

“Neftçi” futbol klubu müqavilə imzalayıb

Bakının “Neftçi” futbol klubu rumıniyalı hücumçu Katalin Tira ilə müqavilə imzalayıb. Klubdan Azərtac-a bildiriblər ki, gənc hücumçu növbəti 1 il ərzində Bakı təmsilçisinin formasını geyinəcək. 2009-2010-cü illərdə İtaliyanın “Udineze”, 2010-2013-cü illərdə isə "Latsio” klublarının formasını geyinmiş hücumçu, 2013-cü ildə Rumıniyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasına dəvət alıb. 2013/2014-cü illər mövsümünü Hollandiyanın "Den Haaq” klubunda keçirmiş Tira daha sonra vətəninə qayıdıb. 2014-2016-cı illərdə Rumıniyanın "Braşov” və "Konkordia” klublarında çıxış etmiş gənc hücumçunun son klubu Buxarest "Rapid”i olub.xeber100.com

Avqust 2, 2016 9:55

UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində…

Futbol üzrə UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Qarabağ” klubu ilə Çexiya çempionu “Viktoriya” arasında keçiriləcək cavab oyununa bilet satışı davam edir. Azərtac xəbər verir ki, artıq qarşılaşmaya 15 mindən çox bilet satılıb. Matçın sabah keçiriləcəyini nəzərə alsaq, bu gün və matç günündə daha çox bilet alışı gözlənilir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq. Qeyd edək ki, Çexiyada keçirilmiş ilk oyunda qolsuz bərabərlik qeydə alınıb.xeber100.com

Avqust 1, 2016 4:10
    Page 813 of 830« First«...102030...811812813814815...820830...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az