07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Dövlət Statistika Komitəsinin məlumatına görə…

Cari ilin yanvar-iyul aylarında neft-qaz sektoruna 3 milyard 237,1 milyon manatlıq vəsait yönəldilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 15 faiz artıb. Qeyd edək ki, 2022-ci ilin müvafiq dövründə sözügedən göstərici 2 milyard 724,3 milyon səviyyəsində olub.xeber100.com

Avqust 16, 2023 2:16

Mərkəzi Bank USD/AZN rəsmi məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 17-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən bildirilib ki, bankın avqustun 17-nə USD/AZN rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.xeber100.com

Avqust 16, 2023 2:12

“9D Technologies”in nümayəndələri “AzInTelecom”da olub

Pakistanın “9D Technologies”in nümayəndələri “AzInTelecom”da olub. Pakistanın İKT sahəsində lideri sayılan bu şirkətin rəsmiləri “AzInTelecom”un rəhbər heyəti ilə görüşüb və qurumun rəqəmsallaşma sahəsində əldə etdiyi uğurları yüksək qiymətləndirib. Bulud xidmətlərini təqdim edən şirkət gələcəkdə Azərbaycanda fəaliyyətə başlamağı planlaşdırır və “AzInTelecom”la əməkdaşlığın onlar üçün vacib rol oynadığını bildirib.xeber100.com

Avqust 15, 2023 2:24

Dövlət Statistika Komitəsinin məlumatına görə…

2023-cü ilin yanvar-iyul aylarında ölkədə 70 milyard 372,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz çox ümumi daxili məhsul istehsal olunub. Dövlət Statistika Komitəsindən bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,4 faiz artıb. ÜDM istehsalının 42,8 faizi sənaye, 9,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,9 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,2 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 6938,8 manata bərabər olub.xeber100.com

Avqust 14, 2023 12:21

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC yükdaşıma göstəricilərini açıqlayıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 2023-cü ilin 6 ayı üçün yükdaşıma göstəricilərini açıqlayıb. ASCO-dan bildirilib ki, cari ilin 6 ayı ərzində ASCO tankerləri ilə 2,5 milyon ton yük daşınıb. Bərə və Ro-Pax tipli gəmilərlə daşınan vaqonların sayı 16903 ədəd, avtonəqliyyat vasitələrinin sayı isə 15611 ədəd olub. ASCO-nun universal quru yük gəmiləri ötən 6 ayda 422 min ton yük nəql edib.xeber100.com

Avqust 11, 2023 2:21

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,7 dollar artaraq 91,15 dollar olub. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.xeber100.com

Avqust 10, 2023 1:49

Vergi və gömrük güzəştləri ilə bağlı Qərar təsdiqləndi

İşğaldan azad edilmiş ərazilər üzrə idxalı əlavə dəyər vergisindən və gömrük rüsumundan azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısı təsdiqlənib. Baş nazir Əli Əsədov bununla bağlı Nazirlər Kabinetinin Qərarını imzalayıb. Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir və 2033-cü il yanvarın 1-dək qüvvədədir.xeber100.com

Avqust 9, 2023 2:06

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi görülən işlər barədə məlumat açıqlayıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən cari ilin iyulun 31-dən avqustun 7-dək olan müddətdə respublika ərazisində yol tikintisi və təmiri sahəsində görülən işlər barədə məlumat açıqlanıb. Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, həmin müddət ərzində Bərdə-Ağdam avtomobil yolunun tikintisi yekunlaşır, paytaxtın Nərimanov rayonunda Kazım Kazımzadə küçəsi əsaslı şəkildə təmir edilib, Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələrin quraşdırılması davam edir. Həmçinin Bakı şəhərinin Nərimanov rayonunda Firdovsi Məmmədov küçəsi təmir olunub və M1 magistral avtomobil yolunun bir hissəsində təmir-bərpa işlərinə başlanılıb.xeber100.com

Avqust 7, 2023 1:51

Mərkəzi Bank avqustun 8-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 8-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dan bildirilib ki, bankın avqustun 8-nə USD/AZN rəsmi məzənnəsi 1,7000 səviyyəsində müəyyən olunub.xeber100.com

Avqust 7, 2023 1:48

Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib

Avqustun 1-də Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Bankdan bildirilib ki, hərracda tələb 66,1 milyon ABŞ dolları təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Avqust 1, 2023 1:37
    Page 11 of 381« First«...910111213...203040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az