Oktyabrın 4-də Yaponiya-Azərbaycan investisiya forumu keçirilib

Oktyabrın 4-də Bakıda Yaponiya-Azərbaycan investisiya forumu keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, 8 Noyabr - Zəfər Günündən ötən qısa müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə başlamış quruculuq işləri uğurla davam edir. Azərbaycan azad edilmiş torpaqlarında dünyanın ən son texnoloji uğurlarını tətbiq edərək, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrini sürətlə həyata keçirir. Qarabağda və Şərqi Zəngəzurda müasir şəhərsalma standartlarına uyğun quruculuq işləri, iqtisadiyyatın bərpa edilməsi və dirçəldilməsi üçün böyük investisiya imkanları yaradılır.“Heç şübhəsiz ki, bu imkanlar barədə bugünkü Azərbaycan-Yaponiya İnvestisiya Forumunda iştirak edən investorlara da məlumat veriləcək. Yaponiya şirkətləri Azərbaycanda neft-qaz və energetika sənayesində aktiv fəaliyyətə, ölkəmizdə kommunikasiyaların yenidən qurulması və təchizatı, ekologiya, infrastruktur, Azərbaycan mütəxəssislərinin təlimi və sair sahələrdə yaxından iştirak edirlər. 2020-ci ilin yekunlarına görə, Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 200 milyon ABŞ dollarıdır”, - deyə Məmməd Musayev vurğulayıb.M.Musayev qeyd edib ki, ASK-a müxtəlif beynəlxalq təşkilatlar və investorlarla əlaqələr yaratmaq imkanlarından geniş istifadə edir. Yapon investorlarının təsis etdiyi “TET International Development” şirkəti Azərbaycan Sahibkarlar Konfederasiyasının fəal üzvlərindən biridir. Son iki ildə TET şirkəti Zaqatala, Oğuz, Şəki və Tovuz rayonlarında 4 tütün emalı müəssisəsi açaraq ümumilikdə 10 milyon ABŞ dollardan artıq investisiya yatırıb.Forumda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, bir neçə böyük şirkət Qarabağa vəsait ayıracaq. İşğaldan azad edilmiş torpaqlarımızda artıq bir neçə obyektə maliyyə yardımının göstərilməsinin texniki mərhələsinə başlanılıb.KOBİA-nın İdarə Heyətinin sədrinin birinci Natiq Həsənov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Məmmədova Azərbaycanla Yaponiya arasında aparılan iqtisadi əlaqələri yüksək qiymətləndiriblər.Yapon “TET International Development” şirkətinin rəhbəri Taro Savada Yaponiyada Azərbaycan məhsullarının satış mərkəzini açmağı planlaşdırıldığını deyib.O bildirib ki, hazırda Azərbaycanın təbii məhsulları, fındıq, şərab, zeytun yağlarını Yaponiyaya ixrac edilir. “Azərbaycan məhsullarının satışı Yaponiyanın “e-kommersiya” saytı vasitəsilə həyata keçirilir. Biz rəsmi olaraq Azərbaycan məhsullarını Yaponiyaya ixrac edən ilk şirkətik. Azərbaycanın satış mərkəzini məhz Tokioda açmağı planlaşdırırıq”, - deyə şirkət rəhbəri qeyd edib.Qeyd edilib ki, bu il sentyabrın əvvəlində yapon investorlarının ilk qrupu ölkəmizə biznes səfəri edib. Azərbaycan Sahibkarlar Konfederasiyası onları ölkəmizin investisiya imkanları ilə tanış edib və Şəki, Zaqatala rayonlarında keçirilən görüşlərin təşkilində dəstək verib. Görüşlərin nəticəsi olaraq, bəzi qeyri-neft sektoru məhsullarının Yaponiyaya ixracı barədə ilkin razılıqlar əldə olunub, eyni zamanda, qonaqları maraqlandıran sahələrlə bağlı suallara cavablar verilib.Sonra Azərbaycan-Yaponiya arasında Anlaşma Memorandumu imzalanıb.xeber100.com

Oktyabr 4, 2021 6:54

Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının 91-ci iclası təşkil olunub

Sentyabrın 24-də Moskvada Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurasının 91-ci iclası təşkil olunub.Belarus Respublikasının sədrliyi ilə keçirilən tədbirdə Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.Nümayəndə heyətləri əvvəlcə məhdud tərkibdə görüşüblər. Tədbiri açan MDB İcraiyyə komitəsinin icraçı direktoru Sergey Lebedev qeyd edib ki, iclasda MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyətinə dair 22 məsələ müzakirə olunacaq.İclas iştirakçıları Dəmir yolu nəqliyyatının strateji inkişaf Konsepsiyası, İnnovasiyalar sahəsində dövlətlərarası əməkdaşlıq proqramının icrası üzrə Kompleks Plan, həmçinin Yerin təkinin kəşfiyyatı, istifadəsi və qorunması üzrə Hökumətlərarası Şuranın fəaliyyəti, Neft-qaz maşınqayırması sahəsində Əməkdaşlıq Konsepsiyasının icrası üzrə Təxirəsalınmaz Tədbirlər Planının yerinə yetirilməsi, MDB orqanlarının vahid büdcəsinin icrası və sair layihələrə dair məsələləri müzakirə ediblər.“Rosatom” Dövlət Korporasiyası baş direktorunun müavini Nikolay Spasski və Qazaxıstan Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyinin Geologiya Komitəsinin sədri Talqat Satiyev atom enerjisindən dinc məqsədlərlə istifadə, yerin təkindən istifadə və onun mühafizəsi mövzularında çıxışlar ediblər.İclasın sonunda MDB İcraiyyə Komitəsi ilə Rusiya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.İclas çərçivəsində Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarus Baş nazirinin müavini İqor Petrişenko arasında ikitərəfli görüş keçirilib.Tərəflər Azərbaycan ilə Belarus arasında iqtisadi sahədə qarşılıqlı əlaqələr, MDB çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.xeber100.com

Sentyabr 24, 2021 11:00