19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

SOCAR terminal vasitəsilə daşımaların həcmini açıqlayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2008-ci il mayın 16-dan bu günədək Gürcüstanın Kulevi limanında neft terminalı vasitəsilə 20,355 milyon ton neft məhsulu nəql edib.Bu barədə Trend-ə SOCAR-dan bildiriblər.Bundan başqa, həmin müddət ərzində 4 milyon tona yaxın xam neft nəql olunub.Daha əvvəl şirkətdən bildirmişdilər ki, 2019-cu ildə daşınma həcmlərinin ildə 500 min ton artırılacağı gözlənilir.Qeyd edək ki, terminal vasitəsilə xam neft, mazut, dizel yanacağı, qazoyl, metanol, aviakerosin, propilen, maye piroliz qatranı, nafta, izopropil spirti, sənaye nefti və kondensatın yüklənməsi həyata keçirilir.Kulevi terminalının ümumi gücü ildə 10 milyon ton yük, o cümlədən 3 milyon ton neft, 3 milyon ton dizel yanacağı, 4 milyon ton mazut təşkil edir.xeber100.com

Mart 26, 2019 8:46

Türkmənistan neftinin proqnozlaşdırılan həcmi açıqlanıb

Azərbaycan 2020-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ən azı 4 milyon ton Türkmənistan neftinin nəql olunacağına ümid edir.Trend-in məlumatına görə, bunu “S&P Global Platts”a müsahibəsində SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov deyib.E.Nəsirov bildirib: "Ötən il təqribən 4,2 milyon ton türkmən nefti nəql etmişik. Cari ildə bu göstəricinin aşağı olacağını gözləyirik, lakin 2020-ci ildə ən azı 4 milyon ton olacaq".Şirkətin vitse-prezidenti vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiyanın digər ölkələri ilə də, xüsusilə nəql etmə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir:"Bu yaxınlarda Qazaxıstanın "KazMunayQaz" şirkət ilə anlaşma memorandumu imzalamışıq. Ortamüddətli perspektivdə əməkdaşlığa Bakı-Tbilisi-Ceyhan üzrə Qazaxıstan neftinin tədarükünün yenilənməsi də daxil ola bilər".Qeyd edək ki, SOCAR Türkmənistan neftini Xəzər dənizi vasitəsilə tankerlərdə, daha sonra Bakı-Tbilisi-Ceyhan kəməri ilə tədarük edir.xeber100.com

Mart 23, 2019 9:01

“Microsoft” şirkətinin xəbərdarlığına əsasən…

"Microsoft" şirkəti "Windows 7" istifadəçilərini bu əməliyyat sisteminin dəstəyinin bitməsi ilə əlaqədar xəbərdar edib.Trend-in məlumatına görə, bu barədə şirkətin saytında yerləşdirilən rəsmi bloqda deyilir.Qeyd olunur ki, sistemin dəstəyi 2020-ci ilin yanvarın 14-də dayandırılacaq. İstifadəçilər bu barədə bildirişləri aprelin 18-dən etibarən almağa başlayacaqlar.xeber100.com

Mart 23, 2019 8:50

Elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq

Martın 22-də saat 10:30-dan 14:30-dək Bakının Xəzər rayonunun Buzovna, Nardaran və Bilgəh qəsəbələrinin bir hissəsinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaq.Bu barədə Azərtac-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.T.Mustafayev bildirib ki, fasilə Xəzər rayonu ərazisindəki elektrik xəttlərində aparılan təmir-bərpa və yenidənqurma işləri ilə əlaqədardır. Yaranacaq narahatlığa görə “Azərişıq” abunəçilərdən üzr istəyib.Xatırladaq ki, 2019-cu ilin əvvəlində Bakının Binəqədi, Xəzər rayonları da daxil olmaqla ölkənin 10-dan artıq regionuna “Azərişığ”ın texnika ilə yüklənmiş maşın karvanı göndərilib.xeber100.com

Mart 22, 2019 2:54

Beynəlxalq Avtovağzal Kompleksinin məlumatına görə…

Novruz bayramı ərəfəsində və bayram günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ümumilikdə 60 mindən çox sərnişin bölgələrə yola salınıb.Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Azərtac-a bildirilib ki, martın 18-də ümumilikdə 514 reyslə 14 min 300 sərnişin yola salınıb. 2100 sərnişin biletləri əvvəlcədən əldə edib (onlayn və qabaqcadan satış kassalarindan). Martın 19-da ümumilikdə 584 reyslə 17 min 800 sərnişin yola salınıb, qabaqcadan bilet alanların sayı isə 5000 nəfər olub.Həmçinin martın 20-də ümumilikdə 513 reyslə 14 min 742 sərnişin yola salınıb, biletləri qabaqcadan əldə edən sərnişinlərin sayı 3303 nəfərdir. Martın 21-də isə təxminən 13-14 min nəfər sərnişin daşınıb.xeber100.com

Mart 22, 2019 2:52

Dünya valyuta bazarlarında dolların ucuzlaşması müşahidə olunub

FED-in (Federal Ehtiyat Sistemi,ABŞ- red) açıq bazarlar üzrə komitəsi uçot dərəcəsini əvvəlki səviyyədə (2,25-2,5 % civarında) saxlamağa qərar verib.Milli.az bildirir ki, FED nümayənədələri iqtisadi artım templərinin aşağı düşəcəyindən ehtiyat etdiklərinə görə 2019-cu ildə uçot dərəcəsini artırmamağı qət edib.Bir çox iqtisadi şərhçilər faiz göstəricisinin bir və ya iki faiz qaldırılacağını proqnozlaşdırırdı.ABŞ-da təkcə 2018-ci il ərzində uçot dərəcəsi üç dəfə 0,25 faiz artırılıb.Faiz göstəricisinin artırılması adətən dolların digər valyutalara nisbətdə bahalaşmasına gətirib çıxarır.Lakin "Fed"in son qərarından sonra dünya valyuta bazarlarında dolların ucuzlaşması müşahidə olunub. Bakı vaxtı ilə saat 09.15-ə olan vəziyyətə görə, avronun dollara nisbətdə məzənnəsi 1,1423 dollara qədər yüksəlib. Dolların yenə nisbətdə məzənnəsi isə 110,55 yenə qədər aşağı düşüb.xeber100.com

Mart 21, 2019 3:07

“Azərsu” ASC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Azərsu” ASC Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.ASC-dən Azərtac-a bildirilib ki, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və “955” Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə bütün təşkilati və texniki tədbirlər görüləcək.İstehlakçılardan xahiş olunur, su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu” ASC-nin “955” Zəng Mərkəzinə müraciət etsinlər.xeber100.com

Mart 19, 2019 1:57

Dövlət Neft Fondunun iştirakı ilə hərrac keçirilib

Martın 19-da Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.Bankdan Azərtac-a bildirilib ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.xeber100.com

Mart 19, 2019 1:22

OPEC ölkələrinin13-cü iclası öz işinə başlayıb

Martın 18-də Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası öz işinə başlayıb.Azərtac xəbər verir ki, toplantıda 14 neft istehsalçısı ölkə və OPEC Katibliyi yüksək səviyyədə təmsil olunur.İclasda OPEC-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilir.Həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçiriləcək.xeber100.com

Mart 18, 2019 1:06

Nyu-Yorkun NYMEX birjasında neftin qiyməti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar geriləyərək 67,02 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,24 dollar ucuzlaşaraq 58,28 dollar təşkil edib.xeber100.com

Mart 18, 2019 12:59
    Page 125 of 381« First«...102030...123124125126127...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az