“Fintech Summit 2023” – Maliyyə və Texnologiyalar Sərgisi keçiriləcək

İyunun 13-14-də VISA ilə əməkdaşlıq çərçivəsində Bakıda "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin təşkilatçılığı ilə "Fintech Summit 2023" - Maliyyə və Texnologiyalar Sərgisi keçiriləcək. Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, sammit “Bank və Ödəniş Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, Fintexlər və Təhlükəsizlik” mövzusunda təşkil olunacaq. Sammitdə “Ayrılmaz ekosistemlər: bankçılıq və fintex”, “Super bank tətbiqi və ya super fintex”, “Embedded” bankçılıq və bankçılıq xidmət kimi”, “Rəqəmsal mühitdə rəqəmsal aktivlər”, “Müxbir əlaqələr: dayanıqlılıq vacibdir”, “Kreditləşmədə yeni yanaşmalar”, “Kibertəhlükəsizlik” mövzularında müzakirələr aparılacaq. Qeyd edək ki, sammit Azərbaycandakı bütün bank rəhbərlərinin iştirak etdiyi yeganə maliyyə-bank tədbiridir. Sammit tənzimləyici orqan, banklar, fintexlər, assosiasiyalar, beynəlxalq maliyyə təşkilatları, yerli səfirliklər, akademik dairələr, tanınmış şirkətlərin rəhbər nümayəndələrini, qərar qəbuledicilər və influenserləri bir araya gətirir. Sammit çərçivəsində “Maliyyə və Rəqəmsal Texnologiya Günləri” elan ediləcək və müxtəlif əlaqədar yan tədbirlər də (mitaplar, vebinarlar, yarışmalar və s.) keçiriləcək.xeber100.com

Mart 27, 2023 3:01

Bakı Beynəlxalq Avtovağzal Kompleksində rekord göstərici qeydə alınıb

COVID-19 pandemiyasından sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) sərnişindaşımada ilk rekord göstərici qeydə alınıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, martın 18-də 473 reyslə 15 min 240 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. AYNA vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində sərnişinlərin sayı adi günlərlə müqayisədə 4 dəfə daha çox olub. Həmçinin belə yüksək göstərici qanunsuz sərnişindaşıma ilə mübarizə tədbirlərinin səmərəli olması nəticəsində əldə edilib. Qeyd edək ki, AYNA-nın tapşırığına əsasən, bütün avtovağzal və avtostansiyalar əhalini davamlı və keyfiyyətli şəkildə sərnişindaşıma xidməti ilə təmin etmək üçün mart ayının 15-dən 27-nə kimi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. BBAK bayram günlərində sərnişin sıxlığını qarşılamaq üçün əlavə nəqliyyat vasitələrini sərnişindaşımaya cəlb edib və bu proses tələbata uyğun şəkildə davam edəcək. Sərnişinlərin əksəriyyəti biletləri onlayn qaydada və qabaqcadan satış kassalarından "Biletim.az" portalından və “biletim” mobil tətbiqindən əldə ediblər. Daha bir üstünlük: rayonlara səfər edən vətəndaşlar artıq 20 istiqamət üzrə geri dönüş biletini də onlayn qaydada "Biletim.az" portalından və tətbiqindən əldə edə bilər.xeber100.com

Mart 21, 2023 2:16