"Interbrand" agentliyi yeni düzəlişdə dünyanın ən bahalı brendlərinin reytinqini tərtib edib.Milli.az bildirir ki, reytinqə "Apple" başçılıq edir. Markanın dəyəri bir ildə 16% artıb və ümumi dəyəri 200 milyard dolları aşıb. İkinci pillədə 155 milyard dollarlıq dəyəri ilə "Google" qərarlaşıb. Üçlüyü isə 101 milyard dollarlıq marka dəyəri ilə "Amazon" sonlandırıb. İlk üçlüyün ümumi marka dəyəri 500 milyard dollardır.İlk onluğa, həmçinin "Microsoft", "Coca-Cola", "Samsung", "Toyota", "Mercedes-Benz", "Facebook", "McDonald's" və s. kimi markalar daxil olmağı bacarıb. Qiymətləndirməyə daxil olan markaların yarıdan çoxu texnologiya, avtomobil istehsalı, FMCG, maliyyə xidmətləri, lüks mallar aiddir.İlk dəfə olaraq reytinqə "Spotify" daxil olub. O reytinqdə 5,2 milyard dollarlıq marka dəyəri ilə, 92-ci olub. İlk dəfə reytinqə daxil olan markalar arasında "Subaru" da var. Belə ki, adıçəkilən marka 4,2 milyard dollarlıq marka dəyəri ilə 100-cü olub.Dünyada ümumi olaraq 100 ən bahalı brendlərin dəyəri 2017-ci illə müqayisədə 7,7% artıb və 2 trilyon dollara çatıb.xeber100.com