“VISA International” şirkəti yeni kampaniyaya start verdi

"AtaBank" ASC "VISA International" şirkəti ilə birgə "VİZA göstər, VISA al" kampaniyasına start verdi.Kampaniya çərçivəsində xarici ölkələrə səyahət etmək üçün viza almış müştərilər "AtaBank"dan pulsuz “VISA Classic”, “VISA Gold” plastik kartına sahib olmaq imkanı əldə edəcəklər. Bunun üçün sadəcə "AtaBank"ın baş ofisinə və ya istənilən filialına şəxsiyyət vəsiqəsi və xarici pasportla yaxınlaşaraq qüvvədə olan vizanı bank əməkdaşına göstərmək kifayətdir. Hədiyyə veriləcək plastik kartın növü müştərinin səyahət edəcəyi ölkədən və vizanın müddətindən asılıdır.“VISA Classic”, “VISA Gold” kartı müştərilərə yalnız ABŞ dolları və ya avro valyutasında açıla bilər.Kampaniya yalnız fiziki şəxslərə şamil olunur və ilin son iş günü dekabrın 28-i tarixinədək qüvvədə olacaq.VISA kartlarından dünyanın 200-dək ölkəsində istifadə etmək mümkündür. Bu kartlardan istifadə edərək müştərilər həm ölkə daxilində həm də ölkə xaricində POS-terminal vasitəsilə və ya online alış-veriş edə, "AtaBank"ın AtaNet İnternet və ya Mobil Bankçılıq əlavəsinə daxil olaraq müxtəlif bank əməliyyatlarını həyata keçirə bilərlər.“WhatsApp” istifadəçiləri "AtaBank"ın “WhatsApp” əlavəsinə bağlı olan 050 999 91 36 telefon nömrəsi ilə əlaqə yaradaraq VISA plastik kart məhsulları və kampaniya haqqında istənilən məlumatı operativ əldə edə bilər.xeber100.com

Sentyabr 10, 2018 12:19

İqtisadiyyat Nazirliyinin məlumatına görə…

İqtisadiyyat naziri Şahin Mustafayev ABŞ dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə köməkçisinin birinci müavini Brayn Makfiterslə görüşüb.İqtisadiyyat Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ iqtisadi əlaqələrinin mövcud vəziyyətinə, o cümlədən ABŞ-la kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq, ABŞ şirkətlərinin sənaye parklarına investisiya qoyuluşu imkanları, iqtisadi sahədə əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.Şahin Mustafayev Azərbaycan və ABŞ arasında əlaqələrin uğurla inkişaf etdiyini, iqtisadi, enerji, nəqliyyat, təhsil, kənd təsərrüfatı, təhlükəsizlik, terrorizmlə mübarizə və s. sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayıb, ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrə və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşüb.Qeyd olunub ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün lazımi hüquqi baza mövcuddur.Hazırda Azərbaycanda sənaye, tikinti, rabitə, bank və s. sahələrdə 240 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2018-ci ilin yanvar-iyun aylarında ölkələrmiz arasında ticarət dövriyyəsi 476,1 milyon dollar təşkil eib. İndiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 13 mlrd. dollardan çox investisiya qoyulub ki, bunun da 1 mlrd. dollardan çoxu qeyri-neft sektoruna yönəldilib. 1994-cü ildə imzalanmış "Əsrin Müqaviləsi"nin siyasi-iqtisadi əhəmiyyətini bir daha vurğulayan iqtisadiyyat naziri hazırda Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi layihələrinin qlobal enerji təhlükəsizliyndə önəmini diqqətə çatdırıb, ölkəmizin geniş tranzit imkanları barədə məlumat verib. Bildirilib ki, ABŞ-ın ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) ölkəmizdə bir sıra layihələrin icrasına 350 mln. dollar vəsait ayırıb. Amerika Ticarət Palatası ilə uğurlu əməkdaşlıq çərçivəsidə iki ölkənin iş adamları arasında keçirilən görüşlər iqtisadi sahədə ikitərəfli əlaqələrin inkişafına töhfə verir.xeber100.com

Sentyabr 8, 2018 9:31