07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Qida Təhlükəsizliyi Agentliyi xəbərdarlıq edir

Azərbaycan Respublikası ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə xəbərdarlıq edir.Bu barədə Azərtac-a agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.Xəbərdarlıqda deyilir: Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Gürcüstanın Samtsxe-Cavaxetiya regionunda qaramalda nodulyar dermatit xəstəliyinin yayılması müəyyən edilib. Bununla əlaqədar olaraq, bu ölkədən qaramalın idxalı ilə bağlı müraciət edən hüquqi və fiziki şəxslər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının müvafiq tələblərini nəzərə almalıdırlar. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün Gürcüstanın Samtsxe-Cavaxetiya regionundan gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Dövlət Gömrük Komitəsinə aidiyyətı üzrə müraciət olunub.xeber100.com

Avqust 8, 2018 10:36

Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyi cari ilin sentyabr ayında İsveçrənin Tiçino kantonunda Azərbaycan-İsveçrə biznes forumunun keçirilməsinə dair razılıq əldə edib.Səfirlikdən Azərtac-a verilən məlumatda bildirilir ki, tədbirdə İsveçrənin mərkəzi və yerli qurumlarının, habelə işgüzar dairələrin və İsveçrədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı gözlənilir.Səfir Xanım İbrahimova İsveçrənin Tiçino kantonunun Ticarət Palatasının Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Kiara Krivelli və Luqano şəhərinin meri Marco Borradori ilə görüşüb. Görüşdə Azərbaycan-İsveçrə ikitərəfli əlaqələri, Azərbaycanda həyata keçirilən köklü iqtisadi islahatlar və ölkəmizdə mövcud əlverişli investisiya mühitinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda, Azərbaycan iqtisadiyyatı ilə bağlı tədbirlərin təşkili imkanları müzakirə edilib.Söhbət zamanı, həmçinin Azərbaycan ilə Tiçino kantonu arasında qarşılıqlı işgüzar səfərlərin təşkili məsələsinə dair müzakirələr aparılıb.xeber100.com

Avqust 7, 2018 2:47

Nəqliyyat Agentliyinin məlumatı əsasında…

Sabunçu-Zabrat yolunda işıqforların vaxt planlarında dəyişiklik edilib.Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, Sabunçu-Zabrat yolunda nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri davam edir. Bu işlər çərçivəsində vətəndaş müraciətləri nəzərə alınaraq yolboyu işıqforların vaxt planlarında dəyişiklik olunub. Dəyişiklik edilən zaman yolda nəqliyyat axını təhlil edilib və əldə edilən nəticələrə əsasən Sabunçu-Zabrat yolundakı işıqforların yaşıl fazasının vaxtı artırılıb. Məqsəd, günün pik saatlarında yolda müşahidə edilən sıxlığın aradan qaldırılması, nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etməkdir.Hazırda Sabunçu-Zabrat yolunda piyada təhlükəsizliyinin artırılması məqsədilə Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri tərəfindən kompleks təhlillər aparılır.Bir qədər əvvəl isə yolun Heydər Əliyev prospekti ilə kəsişməsində sıxlığın aradan qaldırılması və sərnişinlərin təhlükəsizliyinin artırılması məqsədilə avtobus dayanacaq məntəqələrinin də yeri dəyişdirilib.xeber100.com

Avqust 7, 2018 2:43

“Azərsu” ASC-nin məlumatı əsasında…

Bakının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyət olacaq.“Azərsu” ASC-nin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Yasamal rayonunun Qanlıgöl ərazisində su təchizatı infrastrukturunda yenidənqurma işlərinin aparılması ilə əlaqədar avqustun 6-da gün ərzində Yeni Yasamal yaşayış massivinə, Qanlıgölün ətrafındakı ərazilərə, həmçinin Səbail rayonunun İzzət Nəbiyev küçəsindəki abonentlərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.xeber100.com  

Avqust 6, 2018 2:40

Neft Şirkəti mayeləşdirilmiş təbii qaz tədarükünə başlayacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yaxın aylarda Pakistana mayeləşdirilmiş təbii qaz tədarükünə başlayacaq.Milli.az bildirir ki, bu barədə Trend-ə "Pakistan LNG Limited" operator şirkətindən məlumat verilib.Qeyd olunur ki, SOCAR şirkətin bu məsələ ilə bağlı elan etdiyi tenderin qaliblərindən biri olub.Mayeləşdirilmiş təbii qaz SOCAR tərəfindən iki hissədə tədarük olunacaq. 140 min kubmetr həcmdə olan hissələrdən birincisi oktyabrın 10-11-də, ikincisi 20-21-də tədarük ediləcək.Qeyd edək ki, iyulun 26-da keçirilmiş tenderin qalibləri SOCAR-la yanaşı "GUNVOR International", "BB Energy", "Trafigura Pte" şirkətləri olub.xeber100.com

Avqust 5, 2018 9:02

Kriptovalyuta olan bitkoinin qiyməti ucuzlaşıb

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti yenidən ucuzlaşmağa başlayıb.Milli.az xəbər verir ki, bitkoin 7,4 min dollardan ucuz alınıb satılır."CoinMarketCap" portalının məlumatına əsasən, bitkoinin qiyməti son sutka ərzində 4,21% azalaraq 7,358 min dollar təşkil edib.Alternativ kriptovalyutalar da ucuzlaşır. Belə ki, "Ethereum" 4% və ya 404,88 dollaradək, "Ripple" 0,85% (0,4389 dollara qədər), "Bitcoin Cash" isə 6,39% (714,28 dollaradək) ucuzlaşıb. Kriptovalyuta bazarının kapitallaşması hazırda 260,84 milyard dollar təşkil edir və bunun 48,5% faizi bitkoinin payına düşür.xeber100.com

Avqust 4, 2018 9:04

Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.Azərtac xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,10 dollar ucuzlaşaraq 73,35 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,01 dollar bahalaşaraq 68,96 dollar olub.xeber100.com

Avqust 3, 2018 3:23

“Azeri Light” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 3,27 dollar ucuzlaşaraq 72,48 dollar təşkil edib.xeber100.com

Avqust 2, 2018 12:44

“Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə…

“Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.Birlikdən Azərtac-a bildirilib ki, görülmüş işlərin nəticəsi olaraq, “Azəriqaz” 2018-ci ilin yanvar-iyul ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 312 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 17 min 422 ailə yaşayır.“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.xeber100.com

Avqust 2, 2018 12:41

“Azeri Light” markalı neftin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,65 dollar ucuzlaşaraq 75,75 dollar təşkil edib.xeber100.com

Avqust 1, 2018 1:12
    Page 155 of 381« First«...102030...153154155156157...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az