9 bankın əmlakı satışa çıxarıldı

Əmanətlərin Sığortalanması Fondu Azərbaycanın Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC "Bank Standard" KB, "Texnikabank" ASC, "Kredobank" ASC, "Bank of Azərbaycan" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Zaminbank" ASC, "Atrabank" ASC, "Royalbank" ASC və "Dəmirbank" ASC-nin balansındakı daşınar və daşınmaz əmlakı 58 lot üzrə satışa çıxarır.Milli.az bildirir ki, Fonddan Qaynarinfo-ya verilən məlumata görə, 32 lot üzrə əmlak birinci dəfə, 3 lot üzrə əmlak ikinci dəfə, 12 lot üzrə üçüncü dəfə, 11 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır. 3 sentyabr 2018-ci il tarixində keçiriləcək hərracda 8 ədəd bankomat, 2 ədəd generator, 9 ədəd inkassator maşını, 1 ədəd qeyri-yaşayış sahəsi, 1 ədəd minik avtomobili, 6 lot üzrə kompüter və rabitə avadanlığı, 1 lot üzrə mebel və texniki avadanlıq, 1 lot üzrə 60 ədəd pos-terminal, 10 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca 10 ədəd minik avtomobili, 2 lot üzrə mebel və texniki avadanlıq, iki mənzil, 17 sentyabr 2018-ci il tarixdə keçiriləcək hərraca bir minik avtomobili və bir mənzil, 25 sentyabr 2018-ci il tarixində keçiriləcək hərraca isə 11 ədəd minik avtomobili və iki lot üzrə generatorlar və müvafiq texniki avadanlıq satışa çıxarılır.Hərraclar açıq formada Xammal və Əmtəə Birjasında, Bakı şəh., İ.Hidayətzadə küç., 156 (20A) 1933-cü məh. ünvanında keçiriləcək. Hərraca cıxarılan əmlakın vəziyyəti ilə buradan tanış olmaq olar.xeber100.com

Avqust 26, 2018 3:56

“Kapital Bank” növbəti hədiyyəli aksiya keçirir

Hər zaman müştərilərə müxtəlif aksiya və kampaniyalar təqdim edən "Kapital Bank" "BirKart" sahibləri üçün növbəti hədiyyəli aksiya keçirir. Şərtlərə görə, taksitlə alış-veriş edən "BirKart" sahibləri 50 manatlıq hədiyyə kartı qazana biləcək.Oktyabrın 20-dək davam edəcək aksiya çərçivəsində hər 50-ci taksit əməliyyatı edən müştəri, avtomatik olaraq "BirKart" tərəfdaşlarında keçərli olan 50 manatlıq hədiyyə kartı qazanacaq. Müştərinin istəyindən asılı olaraq bu kart onun "BirKart" hesabına mədaxil olunacaq 50 manatla da əvəzlənə bilər.Bu aksiya ilə paralel olaraq, sentyabrın 15-dək partnyor mağazalar şəbəkəsində "BirKart" ilə taksit əməliyyatı edən müştərilər, həmçinin lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilər. Hər ay keçirilən tiraj zamanı 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkədaxili səyahət sertifikatı və 1 nəfər “iPhone X” əldə edəcək. Sentyabrın 22-də baş tutacaq son tiraj zamanı isə 1 nəfər Milana 2 nəfərlik səyahət və 2 min manat qazanacaq.Qeyd edək ki, "BirKart"ı artıq məvacib və pensiyasını "Kapital Bank"dan almayan şəxslər də əldə edə bilər. Bunun üçün yaşı 18-dən yuxarı olan müştərilər "Kapital Bank"ın istənilən filialına kart üçün müraciət edə bilər. "BirKart" bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, həmçinin 1,5 faizdən 30 faizədək Cashback imkanı. Visa kartları əsasında olan "BirKart" 36 ay müddətə verilir, SMS məlumatlandırma xidməti isə pulsuzdur.xeber100.com

Avqust 20, 2018 3:59