Trans-Anadolu Boru Kəməri layihəsində…

"Cənub Qaz Dəhlizi" QSC tərəfindən Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin zəmanəti ilə Trans-Anadolu (TANAP) Boru Kəməri layihəsinin maliyyələşdirilməsi üçün 750 mln. ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit müqaviləsi imzalanıb."Cənub Qaz Dəhlizi" QSC-dən "Apa-Economics"ə verilən məlumata görə, bu ilin iyunun 29-da Cənub Qaz Dəhlizi (CQD) layihəsinin tərkib hissəsi olan TANAP layihəsinin dəstəklənməsi məqsədilə Azərbaycanın dövlət zəmanəti, habelə Çoxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyinin (MIGA) zəmanəti ilə 500 mln. dollar və 215 mln. avro ilə, ümumilikdə 750 mln. dollar məbləğində sindikatlaşdırılmış kreditin “Cənub Qaz Dəhlizi” QSC-yə ayrılmasına dair kredit və zəmanət müqavilələri imzalanıb.Qeyd olunan kredit müqaviləsinə dair dövlət zəmanəti müqaviləsini Azərbaycan Respublikası adından maliyyə naziri Samir Şərifov, kredit müqaviləsini isə CQD QSC-nin Baş direktoru Əfqan İsayev imzalayıb.Xatırladaq ki, MIGA 1988-ci ildə Dünya Bankı Qrupunun tərkib hissəsi kimi üzv ölkələrdə birbaşa investisiyaların stimullaşdırılması məqsədilə yaradılan beynəlxalq maliyyə-kredit institutudur. Bu qurum investisiyaların qeyri-kommersiya risklərdən sığortalanmasını həyata keçirir. Azərbaycan 1992-ci ildə Dünya Bankının, o cümlədən MIGA-nın üzvü olub.xeber100.com

İyun 30, 2018 5:33

“Bakı Metropoliteni” QSC-nin məlumatına görə…

Yay mövsümünün başlanması və sərnişin sayının azalması ilə əlaqədar olaraq, iyul ayının əvvəlindən metropoliten qatarlarının hərəkət qrafikində dəyişikliklər ediləcək.Azərtac xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.Bildirilib ki, qrafik bir qayda olaraq, sərnişin axınının optimal şəkildə təmin olunması məqsədini daşımaqla yay və qış mövsümü üçün ayrıca tərtib edilir. “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun əmrinə əsasən, iyul ayının 1-dən metropolitendə qatarların hərəkəti yay qrafikinə keçiləcək.Yay qrafikinə uyğun olaraq, xəttə əvvəlkinə nisbətən az sayda qatar buraxılacaq. Bu da qatarlararası intervalların cüzi artmasına səbəb olacaq. Yəni, sərnişinlərin əsas axın saatlarında metronun “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı fasilə, qış dövründə olduğu kimi, 2 dəqiqə deyil, 2,5 dəqiqə olacaq. Sərnişinlərin az olduğu səhər və axşam saatlarında bu sahədə 3 dəqiqə və daha çox intervala hesablanmış hərəkət təşkil ediləcək.Metronun “28 May” stansiyasında yol “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru olmaqla, 2 istiqamətə ayrıldığına görə, həmin istiqamətlərdə qatarlararası intervallar iki dəfə böyüməklə, gur vaxtlarında 5, başqa vaxtlarda 6 dəqiqə və daha çox olacaq.Yay qrafiki yeni tədris ilinin başlanmasına kimi qüvvədə olacaq.xeber100.com

İyun 29, 2018 11:04