“Kiçik və orta sahibkarlar üçün” mövzusunda seminar keçirilib

Noyabrın 8-də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Beynəlxalq Ticarət Mərkəzinin təşkilatçılığı ilə "Kiçik və orta sahibkarlar üçün sərhədlərarası e-ticarət" mövzusunda seminar keçirilib. Tədbirdə 40-a yaxın iş adamı iştirak edib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, "Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol" layihəsi çərçivəsində təşkil olunmuş seminarda AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta sahibkarlığa göstərilən dəstək tədbirləri barədə məlumat verib, e-ticarətin önəmini vurğulayaraq sahibkarları elektron bazardan faydalanmağa dəvət edib. Beynəlxalq Ticarət Mərkəzinin Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə rəhbəri Yelena Butrimova və mərkəzin eksperti Mohammad Es Fih yerli məhsulların xarici bazarlara çıxarılması üçün beynəlxalq e-ticarət platformaları və onlardan istifadə qaydaları barədə danışıblar. Seminarda, həmçinin rəqəmsal ticarətdə elektron imzadan istifadəyə dair təqdimat keçirilib, sahibkarların sualları cavablandırılıb.Qeyd edək ki, bu il AZPROMO və Beynəlxalq Ticarət Mərkəzi arasında imzalanmış Anlaşma Memorandumuna əsasən "Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol" layihəsi çərçivəsində Azərbaycanda kiçik və orta sahibkarların istehsal etdiyi məhsulların rəqabət qabiliyyətinin artırılması, yerli sahibkarlarla Avropa İttifaqı ölkələrinin iş adamları arasında əlaqələrin qurulması, istehsalçı və ixracatçı assosiasiyaların potensialının gücləndirilməsi nəzərdə tutulur.xeber100.com

Noyabr 9, 2017 11:56

“Kapital Bank”ın təklifi əsasında…

“Kapital Bank” müştəri xidmətinin inkişafı istiqamətində bir sıra işlər həyata keçirir.Bankdan Azərtac-a bildiriblər ki, “Kapital Bank” ödəniş kartları üzrə şərtləri sadələşdirərək, müştərilərə ödənişsiz əsasda təklif edir. Belə ki, müştərilər hesaba minimum 20 AZN ilkin mədaxil etməklə 2 illik "Visa" kartlarını əldə edə bilərlər. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən istifadə edə bilər.“Kapital Bank” “Visa International” beynəlxalq ödəniş sisteminin üzvüdür. Ödəniş kartlarını “Kapital Bank” filiallarında və ya bankın korporativ saytından onlayn sifariş etmək mümkündür. “Kapital Bank” Azərbaycan manatı, ABŞ dolları və avro valyutası əsasında ödəniş kartlarını 1, 2 və ya 3 il müddətinə təklif edir.Qeyd edək ki, hazırda dövriyyədə “Kapital Bank”ın 3 milyona yaxın ödəniş kartı var. Prossesinq mərkəzinin inkişafı, həftənin bütün günləri fasiləsiz işləməsi, sabit fəaliyyət göstərməsi milyonlarla müştəriyə xidmət göstərməsində müsbət amil hesab olunur. “Kapital Bank”ın ölkə üzrə 600-dək bankomatı, 9000-dək POS-terminalı var.Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət etmək olar.xeber100.com

Noyabr 7, 2017 12:20