II Regional İKT Konfransı keçiriləcək

Noyabrın 5-də “ASAN xidmət”in Qəbələ Mərkəzində qızlar üçün FEMMES DIGITALES klubunun II Regional İKT Konfransı keçiriləcək.Klubdan Azərtac-a bildirilib ki, konfrans çərçivəsində qızlar üçün bir sıra tədbirlər keçiriləcək. Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə keçirilən regional konfransın təşkilatçısı “Azərbaycan qadınları İKT-də - FEMMES DIGITALES (AWIC)” klubudur. Bu il tədbirin baş sponsoru “Gilan Holding”dir.Tədbirin birinci hissəsi çərçivəsində “Azərbaycan qadınları İKT-də - FEMMES DIGITALES (AWIC)” klubunun üzvləri olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “B.EST Solutions”, “ASAN xidmət”, “MONT”, “Cybernet”, “Aztelekom”, “Ultra Technologies” və digər şirkətlərin xanım nümayəndələri informasiya texnologiyaları sahəsində öz karyera tarixçələri ilə bölüşəcək, bu sahədə təhsilin perspektivləri haqqında danışacaq və məktəbli qızlarla ünsiyyət quracaqlar. Həmçinin Qəbələ rayonunun məktəbli qızları arasında IT-startapı üçün ən yaxşı ideya müsabiqəsi keçiriləcək. Günün ikinci yarısında isə konfrans iştirakçıları nəticələrin qiymətləndirilməsinə başlayacaq.Konfransın kompüter təhsilinə istiqamətlənmiş ikinci hissəsi isə beynəlxalq ixtisaslaşmış tədris mərkəzi olan STEP Azerbaijan IT-Akademiyasının iştirakı ilə keçəcək. IT-Akademiyanın nümayəndələri qızları qüvvədə olan təlim proqramları ilə tanış edəcək, robot texnikası üzrə təcrübi dərs keçirəcəklər.xeber100.com  

Noyabr 3, 2017 2:19

Əmlak Məsələləri Dövlət Komitəsinin məlumatı əsasında…

Özəlləşdirmə portalına baxış sayı milyonu ötüb.Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) Azərtac-a bildirilib ki, komitə tərəfindən ötən ilin avqust ayında istifadəyə verilən Özəlləşdirmə portalının fəaliyyəti öz müsbət nəticəsini verir. Yarandığı vaxtdan portala milyondan artıq baxış olub. Təkcə bu il ərzində isə portala 665 minə yaxın ziyarətçi daxil olub.Statistik göstəricilərə əsasən, portalın gün və ay ərzində istifadəçi sayı çoxluq təşkil edir. Belə ki, portala bir ayda 86 minə yaxın, gün ərzində isə 3 mindən çox investor və vətəndaş baxışı olub. Bildirilib ki, portala daxil olanların 67,8 faizi mobil telefonla, 32,2 faizi isə kompüter vasitəsilə olub.Bu onu göstərir ki, ölkəmizdə investorların əmlak sahibi olmaq imkanları digər illərlə müqayisədə daha da artır. Alınan əmlakın biznes obyektinə çevrilməsi üçünsə şərait genişləndirilir. Təbii ki, bu göstəricilərin yüksək olmasının əsas səbəbi özəlləşdirilmənin sürətlənməsi istiqamətində görülən innovativ tədbirlərdir. Özəlləşmə prosesini həyata keçirən qurum olaraq ƏMDK isə bu prosesdə aktivliyin, şəffaflığın, çevikliyin təmin edilməsi, müvafiq prosedurların elektron üsullarla gerçəkləşdirilməsi üzrə mütəmadi olaraq işlər reallaşdırır. Belə tədbirlər isə müasir prinsip və metodlara əsaslanır. Yeni yanaşmalar tətbiq edilməklə həyata keçirilən özəlləşdirilmə prosesi artıq öz nəticəsini verir. Belə ki, prosesə investor marağı artır, dövlət müəssisələri iri sərmayəçilər tərəfindən özəlləşdirilir.Vətəndaşların iştirakında məhdudiyyətin və maneənin olmaması hərraca marağın artmasına gətirib çıxarıb. İnsanların marağını cəlb edən faktorlar bununla bitmir. Belə ki, özəlləşdirmə portalının xüsusi və rahat dizayna malik olması da portala daxil olanların sayını artıran səbəblərdəndir.Məqsəd ölkədə özəlləşdirilmə sahəsində həyata keçirilən işlərin işıqlandırılması, bu sahədə əlçatanlığın və operativliyin təmin edilməsi, əmlaklara investorların cəlb olunmasıdır.xeber100.com  

Noyabr 1, 2017 1:55